![BAKIDA TELEJURNALİST XƏSTƏXANALIQ OLDU BAKIDA TELEJURNALİST XƏSTƏXANALIQ OLDU](/uploads/posts/2013-01/1359443333_01.jpg)
"XƏZƏR"İN APARICISI ZƏHƏRLƏNİB
Milli.Az-a daxil olan məlumata görə, Xəzər telekanalının “Cinayət və cəza” verilişinin aparıcısı Ramal Abdullayev qidadan zəhərlənib. O, 1 saylı Şəhər Xəstəxanasında həkim nəzarəti altındadır.
Jurnalistin özü Milli.Az-a bildirdi ki, dünən yemək yeyəndən sonra vəziyyəti pisləşib. Dərhal xəstəxanaya müraciət edib. İlkin yardım göstərilib. Hazırda vəziyyəti qismən yaxşılaşsa da, bu gün müalicə davam etdiriləcək.