VAQİF AXUNDOVUN ADI NİYƏ “QARA SİYAHIYA” DÜŞÜB?
Tarix: 29-03-2013, 10:08 | Çap et
 GENERAL BİR YANDAN MTN ŞEFİ İLƏ, BİR YANDAN DA ƏYYUBOVLA DÖYÜŞÜR
DİA.AZ: - Keçən günlərdə hakimiyyətin növbəti kadr islahatlarına tədarük görməsi barədə xəbər yaymışdıq və bildirmişdik ki, artıq “vurulacağı” haqda məlumatlar yayılan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun yerinə gətiriləcək şəxsin kimliyi də məlumdur. XDMX-nin yeni rəhbərinin bu günlərdə prezident İlham Əliyev tərəfindən rütbəsi artırılaraq general-mayor ranqına yüksəldilən Sabir Nağıyevdir.
Xatırladaq ki, Sabir Nağıyev xidməti vəzifəsində bir neçə dəfə təltif olunub. O, 2008-ci ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 15 illiyi münasibətilə, dövlətin milli təhlükəsizliyinin, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə, vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup zabitlə birlikdə "Vətən uğrunda" medalı ilə də təltif edilib.
Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, neçə müddətdir yola salınacağı ilə bağlı məlumatları yayılan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovu elə əvəz edəcək şəxs də Sabir Nağıyevdir.
Məlumatı verən qaynaq iddia edir ki, Vaqif Axundovun yerinə hazırlanan Sabir Nağıyevə Novruz bayramı ərəfəsində etimad göstərilərək, rütbəsinin artırılması birbaşa olaraq dövlət başçısının yenicə olaraq general paqonları almış XDMX əməkdaşına olan diqqətinin göstəricisi kimi qəbul olunmalıdır: «Bunu həm də nəzərdə tutulan planların tədarükü kimi də qəbul etmək olar».
DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, yaxın günlərdə Vaqif Axundovun istefaya göndərilməsi planlaşdırılır. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbənin söylədikləri: «Vaqif Axundov neçə müddətdir ki, hakimiyyətiçi oyunlara cəlb olunub. Hətta onun aşkar surətdə prezident komandasının ən etibarlı nümayəndələrindən hesab edilən Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə qarşı açıq kampaniya aparması da sübuta yetirilib. Belə ki, keçən il həbs olunan XDMX-nin keçmiş əməkdaşı Asif Lətifov mətbuata verdiyi açıqlamalarında da açıq şəkildə bildirmişdi ki, o, XDMX-dən «MTN-nin şpionu» kimi qovulub və buna səbəb onun MTN rəhbəri Eldar Mahmudova bayram münasibətilə təbrik teleqramı göndərməsi olub».
Xatırladaq ki, mətbuata verdiyi açıqlamasında Asif Lətifov dəfələrlə bildirmişdi ki, ona XDMX rəhbərliyinə aid şəxslər tərəfindən MTN-lə əməkdaşlıq etməsini təsdiqləməsi barədə təkliflər edilib. Amma o, bununla razılaşmayıb və nəhayətdə «çox bilməsi» ona baha başa oturub və XDMX rəhbərliyinin sifarişi ilə Asif Lətifov həbs edilib. Halbuki onun zamanında prezident Heydər Əliyevin mühafizəsinin təşkili zamanı ağır şəkildə yaralandığı da bir faktdır.
Beləliklə, məhz özünün şəxsi qrup maraqlarından çıxış edən Vaqif Axundovun hakimiyyətiçi oyunların fövqündə dayanması bu gün XDMX-də rəhbər dəyişikliyini zəruriləşdirib. Məlumatı verən mənbə bildirir ki, Vaqif Axundovun prezidentin şəxsi mühafizəsinin rəisi Bəylər Əyyubovla da münasibətlərinin gərgin olması onun gedişini daha da sürətləndirən faktor kimi diqqətə gəlir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51 |
|
|
|
• Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41 |
|
|
|
• Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32 |
|
|
|
• "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25 |
|
|
|
• Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55 |
|
|
|
• Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49 |
|
|
|
• Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41 |
|
|
|
• Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24 |
|
|
|
• Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21 |
|
|
|
• "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14 |
|
|
|
• 2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09 |
|
|
|
• Bu gün ilk çərşənbədir
Bu gün, 00:07 |
|
|
|
• Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02 |
|
|
|
• "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23 |
|
|
|
• “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21 |
|
|
|
• Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17 |
|
|
|
• “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58 |
|
|
|
• Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30 |
|
|
|
• "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15 |
|
|
|
• Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14 |
|
|
|
• Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00 |
|
|
|
• Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52 |
|
|
|
• "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50 |
|
|
|
• Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37 |
|
|
|
• Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35 |
|
|
|
• Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31 |
|
|
|
• Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30 |
|
|
|
• Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21 |
|
|
|
• Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15 |
|
|
|
• Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13 |
|
|
|
• “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07 |
|
|
|
• Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02 |
|
|
|
• Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53 |
|
|
|
• Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39 |
|
|
|
• Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
• Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33 |
|
|
|
• "Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32 |
|
|
|
• Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28 |
|
|
|
• “Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17 |
|
|
|
• Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12 |
|
|
|
• Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08 |
|
|
|
• "Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06 |
|
|
|
• Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04 |
|
|
|
• Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39 |
|
|
|
|