Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                 

İRANLI DEPUTAT BU DƏFƏ YALANIN DOZASINI ARTIRDI
Tarix: 8-04-2013, 09:37 | Çap et
İRANLI DEPUTAT BU DƏFƏ YALANIN DOZASINI ARTIRDI
«QARABAĞ MÜNAQİŞƏSİ ZAMANI HEYDƏR ƏLİYEVİN MÜŞAVİRİ OLMUŞAM»

DİA.AZ: - Bir müddət əvvəl YAP-çı deputat Siyavuş Novruzovla polemikaya girən və bu fürsətdən istifadə edərək həm Azərbaycan tarixini saxtalaşdırmağa cəhd edən və həm də Azərbaycan dövlətinə və Azərbaycan türkünə qarşı siyasətdə fars-molla rejiminin əlində sıradan bir alət olduğunu ortaya qoyan iranlı parlamentarii Mənsur Həqiqətpur özünün növbəti sərsəmləməsini ictimailəşdirib.

DİA.AZ «arannyus» portalında yer almış həmin materialı diqqətinizə təqdim edir:

«Allahın adı ilə

Şərafətli və qeyrətli Azərbaycan xalqı!

Mənim Novruz bayramı münasibətilə siz müsəlman xalqa təbrik müraciətim Azərbaycanın hakim partiyasının ölkə parlamentindəki deputatı Siyavuş Novruzovu çox narahat etmiş, o da paradoksal və yalan müsahibə verməyə məcbur olmuşdur. O, ilk dəfə mənim Azərbaycan və İran vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında Memorandumun Azərbaycan Parlamenti tərəfindən ləğv edilməsinə etirazımdan sonra meydana çıxıb diskussiyaya hazır olduğunu elan etdi. Mən birneçə məktublaşma ilə onlarla elmi mövzunu və hətta diskussiyanın yerini və zamanını təyin etdim. Lakin Novruzxan heç bir dəlil göstərmədən bundan boyun qaçırıb ittihamlar irəli sürməyə, əsassız sözlər danışmağa başladı. Bundan sonra anladım ki, böyük bir xalqın vəkilliyi iddiasını edən, amma ibtidai polemika qaydalarını bilməyən bir adam xalqın həqiqi vəkili ola bilməz. Məhz buna görə birbaşa sizinlə danışmaq qərarına gəldim.

İndiki durumda siz xalqa hakim olan bəzi məmurlar, o cümlədən bu deputat dost və düşmənini seçməkdə böyük çaşqınlığa düçar olmuşlar. Bəlli deyil ki, hansı dəlil və məntiqə əsasən Ermənistana və qondarma Dağlıq Qarabağ respublikasına həmişə yardımlar edən, hətta BMT-nin səsvermələrində də adətən Azərbaycanın ərazi bütövlüyünə səs verməyən Amerikanı və İsraili Azərbaycanın dostu, Azərbaycanın müstəqilliyindən bu yana ona heç bir köməyini əsirgəməyən İranı isə düşmən sayırlar. Əlbəttə, Azərbaycanın yüksək rütbəli məmurları bunu dərk etmişlər. Məsələn Bakıda Azərbaycanın möhtərəm prezidenti ilə görüşümüz zamanı dedi: "Amerikalılar bizi saymır və həmişə Ermənistanı dəstəkləyirlər". Lakin əməli olaraq bu ölkədə antiiran hərəkətlərin günbəgün artdığını görürük. Siyavuş Novruzovun əsassız fikir və ittihamları da bu qəbildəndir.


Şərafətli Azərbaycan xalqı!

Əvvəlcə cənab Novruzxanın barəmdəki qəribə və əlbəttə ki, gülünc iddialarına toxunmağı lazım bilirəm. O iddia edir ki, mən 1996-cı ildən Azərbaycan Respublikasında cinayət axtarışındayam və barəmdə cinayət işi açılmışdır. Çox təəccüblüdür, mən son bir neçə ildə, xüsusən də Ərdəbildə vali olarkən bir neçə dəfə Azərbaycana səfər etmişəm. Bakıya sonuncu səfərim olan 3 may 2010-cu ildə prezidentlə və digər məmurlarla rəsmi görüşlər keçirmişəm. Bundan əlavə, Azərbaycanın İrandakı səfiri qabaqcadan vaxt alaraq bir neçə dəfə mənimlə görüşmüşdür. O, həmçinin iddia edir ki, onda məni ifşa edəcək 200 səhifəlik material var. Mənsə uzun müddətdir deyirəm ki, Qarabağ müharibəsindəki xidmətlərimizi təsdiqləyən bir neçə min səhifədən ibarət yazılı məruzə və şəkillər və 100 saatdan artıq videomaterial var. Mən hazıram kütləvi informasiya vasitələrində hər iki tərəf öz sənəd-sübutlarını təqdim etsin.

Hamımız bilirik ki, sərhədlər 90-cı ildə açılıb, xüsusi get-gəllər və xalqlarımız arasında hər hansı bir rabitə də bundan sonrakı illərə aid ola bilər. Amma mənim azəri qardaşlarla ilk görüşüm 91-ci ilə təsadüf edir. Hələ müstəqillikdən öncəki qanlı-qadalı günlərdə xalq təmsilçiləri olan mübariz vətənpərvərlər İrana tez-tez səfərlər edir, onlara qarşı başlanan ədalətsiz müharibədə bizdən yardımlar istəyirdilər. Onlar deyirdilər ki, kommunistlər və ermənilər təpədən-dırnağadək silahlıdırlar, bizdə isə dinc əhalini qorumaq üçün ibtidai silahlar da yoxdur. Qeyd edirdilər ki, hətta münaqişə başlamazdan öncə planlı şəkildə bəzi adamların əlində olan ov silahları da yığışdırılıb. Bax beləcə münaqişə zonalarında müdafiə və müqavimət dəstələri yaratmaq məqsədi ilə ilkin əlaqələr quruldu. Bu işlər regional və qlobal dəyişiklərlə birgə müsəlman Azərbaycan xalqının kommunistlərin əsarətindən çıxmasına səbəb oldu. Maraqlıdır ki, cənab Novruzxan siz Azərbaycan xalqının kommunistlərdən qurtulmaq üçün göstərdiyi səyi təxribatçı fəaliyyət adlandırır. Yəqin o və onun həmfikirləri hələ də kommunistlərin hakimiyyəti altında qalmaq istəyirlərmiş.

Bakı, Gəncə, Şirvan, Lənkəran, Astara və digər şəhərlərin qeyrətli əhalisi!

Siz böyük və qeyrətli kişilərin varislərisiniz və onlarla fəxr etməlisiniz. Bu kişilərdən biri "OMON"-un qəhrəman komandiri Rövşən Cavadovdur. Cənab Novruzxan son sözlərində mənim onlarla rabitəmi ifşa etdiyini güman etmişdir. Kaş "OMON"-çularda və onların şəhid komandirində olan qeyrətdən bir qədər də Novruzxanda və digərlərində olaydı. Əgər tarixə erməni təcavüzkarlarına qarşı mərdliklə mübarizə aparan bir azəri qrupu göstərməli olsaq, bu qrupu göstərməliyik. Lakin onların komandiri Qarabağın azadlığını öz şəxsi maraqlarına mane bilənlər tərəfindən şəhid edildi. Əgər lazım olsa, mən sonra bu haqda daha ətraflı danışaram. İndi bu qədər deyim ki, hətta bu şəhidin oğlu Laçına da rəhm etməyib qəribə tərzdə öldürdülər. Şəhid Rövşən Cavadovun öz oğluna Azərbaycanın bir şəhərinin adını qoyması onun vətəninə güclü sevgisini göstərir. Yaxşı olar ki, Novruzxan əvvəllər barəsində danışdığım cənab Dayıdan Şəhid Rövşən Cavadovun fikirləri haqda öyrənsin. Şəhid Rövşən Cavadov dəfələrlə mənə deyirdi ki, Qarabağ məsələsində müxtəlif səviyyəli məmurlar aşkar xəyanətlər edirlər. O sonra mücahid əfqan qüvvələrini Cənubi Qarabağda yerləşdirdi ki, ermənilərin digər bölgələri zəbt etməsinin qarşısını alsınlar.

Əzabkeş Azərbaycan xalqı! Bilməlisiniz ki, Şəhid Rövşən Cavadov Əfqanıstan mücahidləri ilə danışıqlara başladı, onun səylərindən sonra iki mindən artıq əfqan döyüşçü Azərbaycan xalqı və məmurları tərəfindən Qarabağı müdafiə etmək üçün həmin bölgəyə aparıldı. Novruzxan cavab verməlidir ki, əfqanlar onun yerinə Qarabağı müdafiə edəndə haradaydı. Qeyrətli Rövşən Cavadov xəyanətkarların qarşısında möhkəm dayanıb digər yerlərin işğalına mane olurdu. Lakin əfsuslar olsun ki, ona və dostlarına çox böyük cəfalar edildi. Şübhəsiz ki, zaman bir çox məsələlərə aydınlıq gətirəcək.



Mənimlə dini və dili bir qardaş və bacılarım!

Kommunistlərin uzun istilası və ondan sonra qərb dəyərlərinin hakim olması səbəbindən bu gün özünün əsl İslam kimliyindən uzaq düşmüş Azərbaycan respublikası Şəhid Ayətullah Şeyx Əbdülqəni Badkubei, Şəhid Seyid Məhəmməd, Şeyx Hənifə Badkubei, Şəhid Şeyx Əbdülqaffar Ordubadi, Mirzə Əbdülqaffar Ordubadi, Seyid Məhəmməd ağa və Mirəşrəf Salyani kimi böyük alimləri xatırlayır. Onlar kommunist rejiminin ağır repressiya dövründə dini etiqadlarını müdafiə və şiə hökmlərini təbliğ etdiklərinə görə həbs olunmuş, ən ağır psixoloji və fiziki işgəncələrə dözdükləri uzun müddətdən sonra şəhadətə qovuşmuşlar. Maraqlıdır ki, belə bir ölkədə bəzi adamlar bizi İslam partiyası yaratmaqda ittiham edilər. Sual olunur ki, məgər belə şəhid alimlərin varisləri olan dindar azərilər əhalisinin 95 faizi müsəlmanlardan ibarət olan bir ölkədə bir İslam partiyası yaratmağın zərurətini anlamırdılarmı? Novruzxan və onun həmfikirləri bizi hətta qapalı kommunist dövründə də öz dininin təəssübkeşliyini və qeyrətini çəkən dindar insanları himayə etməkdə ittiham edirlər. Ancaq onlar Novruzxan kimi deyildilər ki, dövrün şəraitinə uyğunlaşmaqdan ötrü din və mədəniyyətləri ilə bazarlıq və öz tarixlərini təhrif etsinlər. Əlbəttə, Azərbaycan müsəlmanları və o cümlədən İslam partiyasının nümayəndələri həmişə şiə mərkəzləri ilə, dini alim və müctəhidlərlə əlaqələrini qorumuş, hər bir dönəmdə özlərinin din və şəriətdən irəli gələn vəzifələrinə düzgün əməl etməyə çalışmışlar.

Hamının bilməsi yaxşıdır ki, əvvəla dünyada İslamın və müsəlman cəmiyyətlərin inkişafı bizim öz üzərimizə götürdüyümüz qlobal missiya və müqəddəs arzudur. Kommunist əsarətindən çıxmış və bütün dini ənənələri məhv edilmiş bir məzlum xalqa İslamı dirçəltmək yolunda yardımçı olmuşuqsa, bununla fəxr edirik. Amma əsaslı bir iş görəndə onu açıq şəkildə elan etməyə də cürətimiz çatır. Bizim Hizbullah və Həmas təşkilatları ilə münasibətlərimiz buna əyani sübutdur. Qarabağın indiyə qədər işğal altda qalması isə bizim ürəyimizi ağrıdır. Bunun səbəbi Livan və Fələstin təcrübəsindən qorxub Azərbaycan vətənpərvərlərinin İranın təcübəsini öyrənməyə imkan verməyən qüvvələrin qabaqlayıcı tədbirlər görməsidir. Qarabağın azadlığı və İslam dəyərlərinin dirçəlişi üçün ayağa qalxanlar isə şərlənərək həbsxanalara salındılar. Artıq bu barədə konkret iş görənlər yox, düşünənlər də terrorçu kimi damğalanır. Halbuki hər bir ölkənin, xüsusən də Azərbaycan Respublikasının öz dini inanclarına əsasən, vətəni sevməyi imandan sayan dindarları ölkələrinin müstəqilliyinə və ərazi bütövlüyünə ən sadiq insanlardır.

Siz Azərbaycan xalqı yəqin mənimlə razılaşarsınız ki, ölkənizin Milli Məclisi Qarabağın azadlığı vəzifəsini İslam partiyasına tapşırsa, bu partiya Badkubə, Gəncə, Şamaxı və digər yerlərin gəncləri, onların ümumi səfərbərliyi və təbii ki, ölkənizin rəşadətli ordusunun köməyi ilə bunun öhdəsindən hökumətdən yaxşı gələr. Lakin yenə təəssüf ki, bu gün həm də Azərbaycan ordusu əsgərlərin ölümü və intiharı kimi daxili problemlər içindədir.



Məzlum Qarabağ qaçqınları və Azərbaycan xalqı!

Bilməniz lazımdır ki, mən mərhum Heydər Əliyevin Qarabağ üzrə xüsusi müşaviri olmuşam. Məni ittiham etmək əslində bu ölkənin mərhum prezidentini ittiham etməkdir. Yadımdadır, bir gün Azərbaycanın təlim keçmiş qüvvələri Heydər Əliyevin önündə paraddan keçərkən mənə dedi ki, səni Azərbaycanın Şöhrət ordeni ilə təltif etmək istəyirəm. Mən isə siyasi səbəblərdən qəbul etmədim. İndi isə millət vəkili adını daşıyan bir şəxsin mənə xəyanət ittihamı irəli sürməsi həqiqətən gülüncdür.

Yəqin bilirsiniz ki, İran İslam Respublikası beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycan Respulikasının müstəqilliyini tanıyıb, hazırda da onun ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığı məsələsinə çox ciddi yanaşır. Böyük Rəhbər Qarabağı İslam torpağı elan etmiş, müsəlman torpaqlarını işğal edənlərə hər növ yardımı haram saymış və yasaqlamışdır. Belə olan halda biz ermənilərə necə təlim keçə bilərdik?!

Cənab Novruzxan bilməlidir ki, mənim hamısı ərdəbilli olan ata-babalarım haqda kifayət qədər məlumatım var. Mən bir türkdilli iranlı və azərbaycanlıyam, ermənilərlə heç bir qohumluğum yoxdur. Mən heç zaman işğalçı ermənilərə kömək, dini, məzhəbi, dili və soykökü mənimlə eyni olan azərilərə xəyanət edə bilmərəm. Lakin onlar xainləri dayıları erməni olan və bu gün hakimiyyətin yuxarı eşalonunda təmsil olunanlar arasında axtarsalar, çox maraqlı ünsürlər taparlar.

Siz Azərbaycan xalqına müraciətlə deyirəm ki, yazılı diskussiyalar zamanı mənim onun və Azərbaycan parlamentinin Qarabağa dair gördükləri işlər haqda suallarıma cavabdan yayınıb həqiqətləri tam tərsinə göstərərək bizi işğalçı erməniləri himayə etməkdə günahlandırır. Əgər o, yaxud başqa bir kəs bizim yalnız bircə erməniyə hərbi dəstək verdiyimizi sübut etsə, onun bütün iddialarını qəbul etməyə hazıram. Amma onun bilməsi lazımdır ki, məndə müsəlman İranın Azərbaycana hərtərəfli köməklərinə dair sənədlər və çoxlu videomateriallar var. Əgər bu köməklər olmasaydı, indi Azərbaycanın 20 faiz yox, bəlkə 50 faiz torpağı işğal altında idi. İnşallah zamanı gələndə həmin sənədləri yayacağam.



Azərbaycan respublikasının müsəlman xalqı!

Mən qabaqkı yazışmalarda sizin bəzi həmvətənlərinizin adlarını çəkib Novruzxana demişdim ki, onlardan Qarabağ həqiqətlərini öyrənsin. O isə bunun əvəzinə mənimlə rabitədə olanların adlarını açıqlayacağını söyləyir. Hamının bilməsi lazımdır ki, mən mərhum Heydər Əliyevin Qarabağ üzrə xüsusi müşaviri olmuşam. Qarabağ məsələsində Heydər Əliyevdən başlayaraq çoxlu adamlarla söhbətlər etmişəm. Mənim mərhum Heydər Əliyevə və ozamankı Müdafiə nazirinə tövsiyələrim Azərbaycanın dövlət arxivlərində mövcuddur. Lakin Novruzxan bunları nəzərə almadan deyir ki, dindarların evlərində axtarış zamanı “Mənsur müəllimin tövsiyələri” adlı kitab tapılmışdır. Deməliyəm ki, indi Azərbaycanın təhlükəsizlik orqanlarının şərləmə üsulu hamıya tanışdır. İnsanların evlərinə silah, yaxud narkotik maddələr yerləşdirən və sonra onları "tapan" rejim istədiyi hər bir kitabı, yaxud kitabları hazırladıb istədiyi şəxsin evində yerləşdirə və sonra sənəd kimi ondan istifadə edə bilər. Allahdan qorxmayan adam, yaxud rejim istədiyi hər bir işi görə, hər bir şəri yaxa bilər.

Mənim azərbaycanlı qardaş və bacılarım!

Sonda demək istədiyim budur ki, cinayətkar gec, ya tez öz cəzasına çatacaq. Çünki bu, Allahın vədidir. Qarabağı satanlar bu günə qədər cəzalanmayıb, çünki bu gün onlar hakimiyyətdə təmsil olunurlar.

Deyirlər ki, mənim Rəhim Qazıyevlə, Rövşən Cavadovla, Heydər Əliyevlə və digərləri ilə rabitələrimi ifşa edəcəklər. Mən həmin dövrdə ordu quruculuğuna, Qarabağın azadlığına yardımçı olmaq istəyirdimsə kimlərlə rabitə saxlamalı idim. Qeyd olunan şəxslərdən biri müdafiə naziri, digəri milli müqavimət hərəkatının rəhbəri, üçüncüsü də prezident idi. Öz müşahidəmdi, Rövşən Cavadov "OMON"-çularla bir mövqedən ermənilərin üzərinə hücuma hazırlaşırdı. Cavadovun bu əməliyyatda iştirakından xəbər tutan ermənilər həmin mövqeni qoyub qaçdılar. Bir zamanlar belə şəxslərlə rabitədə olduğuma görə indi də məmnunam. Onlar Novruzxan kimilər üçün düşmən ola bilərlər, siz Azərbaycan xalqı üçün isə milli qəhrəmanlardır.

Azərbaycan xalqına demək istəyirəm ki, mənim cənab Siyavuş Novruzovla yazılı diskussiyalarımın tam mətnini diqqətlə oxuyub özləri həqiqətləri görsünlər. Yaxşı olar ki, Azərbaycan Respublikasının media orqanları da mənim sözlərimi verərkən ədalətə və peşə prinsiplərinə riayət edib bütün sözlərimi dərc etsinlər.

Qarabağın azad edilməsində Azərbaycan xalqına qələbə və ilahi yardım arzu edirəm.

İran İslam Şurası Məclisinin deputatı

Mənsur Həqiqətpur»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru