![RUSİYA İRƏVANDAKI DURUMA ƏL QOYUR RUSİYA İRƏVANDAKI DURUMA ƏL QOYUR](/uploads/posts/2013-04/1365742344_0001.jpg)
OVANİSYANA MOSKVADAN XÜSUSİ DƏVƏT
Ermənistanda keçmiş prezidentliyə namizəd, “İrs” partiyasının lideri Raffi Ovannisyan xüsusi dəvətlə bu gün Rusiyanın paytaxtı Moskvaya səfər edib, - “RİA Novosti”.
Bu barədə jurnalistlərə “İrs” partiyasının sədrinin müavini Armen Martirosyan bildirib. Onun sözlərinə görə, Raffi Ovannisyanın xüsusi səfəri bir gün davam edəcək. Artıq sabah Ovannisyan İrəvana qayıdacaq və həmin gün üçün planlaşdırılmış müxalifətin mitinqinin qarşısında çıxış edəcək.
Martirosyan həmçinin bildirib ki, Ovannisyanın səfəri öncədən planlaşdırılıb. O, səfərin məqsədini açıqlamaqdan imtina edib.