![PARAŞÜTLƏ TULLANSA DA, SAĞ QALMADI PARAŞÜTLƏ TULLANSA DA, SAĞ QALMADI](/uploads/posts/2013-04/1366780103_0001.jpg)
QAZAXISTANDA HƏRBİ TƏYYARƏ QƏZAYA UĞRADI
Qazaxıstanda Müdafiə Nazirliyinə məxsus MiQ-31 təyyarəsi qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Qazaxıstanın Baş Hərbi Prokurorluğunun rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, qəza aprelin 23-də Qaraqanda rayonunun Prostorno kəndi ərazisində baş verib. Təyyarədə olan iki heyət üzvü paraşütlə tullanmağa müvəffəq olsalar da, yerə enmə zamanı komandir həlak olub. Şturman isə axtarış-xilasetmə qrupu tərəfindən aşkar edilib və xəstəxanaya yerləşdirilib.