![İSTEFA VERMİŞ BAŞ NAZİRİN UĞURU İSTEFA VERMİŞ BAŞ NAZİRİN UĞURU](/uploads/posts/2013-05/1368421925_0001.jpg)
BOYKO BORİSOV SEÇKİLƏRİN QALİBİ OLDU
Bolqarıstanda mayın 12-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb. “Media forum” saytı xəbər verir ki, sabiq baş nazir Boyko Borisovun QERB Partiyası liderlik edir. Sağ mərkəz təmayüllü bu partiya səslərin 31,4%-ni toplayıb.
Sosialist Partiyası 27,3% səslə ikinci, türklərin və müsəlmanların maraqlarını qoruyan Hüquq və Azadlıqlar Hərəkatı 9,2% faiz səslə üçüncü yerdə gedir. Millətçi АТАКА Partiyası 7,6% faiz səs yığıb.
Bolqarıstanda növbədənkənar parlament seçkisi fevralın 20-də Boyko Borisov hökuməti iqtisadi böhrana görə istefaya getdiyi üçün keçirilib.