![SİLİFKƏDƏ MƏDƏNİYYƏT HƏFTƏSİ SİLİFKƏDƏ MƏDƏNİYYƏT HƏFTƏSİ](/uploads/posts/2013-05/1369027232_0001.jpg)
Müğənni Roza Zərgərli Beynəlxalq Türkdilli xalqların musiqi festivalında münsif kürsüsünə dəvət alıb.
Axşam.az-ın məlumatına görə, o, Beynəlxalq Türksoy təşkilatı və Silifkə şəhərinin dəstəyi ilə təşkil olunan “Silifkədə mədəniyyət həftəsi” çərçivəsində Türkdilli Dövlətlərin Üçüncü Beynəlxalq etno-musiqi festivalında münsif heyətində iştirak edəcək.
Festivala Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Krım və digər türkdilli ölkələrin nümayəndələri qatılacaqlar.