Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                 

"O MƏNİ BAŞA DÜŞÜR, SƏNƏTİMİ DƏSTƏKLƏYİR"
Tarix: 20-05-2013, 10:30 | Çap et
"O MƏNİ BAŞA DÜŞÜR, SƏNƏTİMİ DƏSTƏKLƏYİR"
Aktrisa və teleaparıcı Lalə Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Lalə xanım, incəsənətə gəlişiniz haqda qısaca məlumat verə bilərsiniz?

- İncəsənətə gəlməyimə atam icazə vermirdi. Amma mən gizlincə sənədlərimi aparıb İncəsənət Universitetinə verdim və imtahanlara hazırlaşdım.

- İncəsənət Universitetinə qəbul olunduğunuzu biləndən sonra atanızın sizə qarşı münasibəti necə oldu?

- Mənim ən sevimli rəqəmim 111 idi və mən də imtahan vermək üçün 111 nömrəli məktəbə düşmüşdüm. Ürəyim çox rahat idi. Cavabları yoxlayana qədər ürəyim döyünürdü. Hətta yolda bir kişinin əlində cavab jurnalını görəndə xalamqızı üçün sualları yoxlamaq istədiyimi ona bildirdim və cavabları yoxladım. Sevincimdən atamın iş yerinə necə getdiyimi bilmədim. Əsas məsələ bunu ona demək idi. Sözün düzü, bu sevincimi atam heç də yaxşı qarşılamadı. Hətta ilk dərs günü məni maşınla universitetə gətirib, maşından düşən zaman mənə dedi ki, özünə sənət tapmadın? (gülür).

- Bildiyimə görə, bir neçə teatr dəyişmisiniz, amma hazırda teatrda çalışmırsınız... Teatrda sizi özünə cəlb etməyən nə oldu?

- Səhnə mənim üçün həyatımın yarısı demək idi. Buna baxmayaraq bu gün heç bir teatrda çalışmıram. İlk tərk etdiyim teatrdan sonra mənə digər teatrda işləməyə mane olanlar oldu. Hansı teatra gedirdimsə, tapşırılırdı ki, işə götürülməyim. Yeganə Bakı Uşaq Teatrında tapşırıq keçmədi. Bu teatra ilk gəldiyim gün məni ştata götürdülər. İki il o teatrda işlədim, sonradan müəyyən səbəblərə görə teatrı tərk etdim. Məncə, aktrisa üçün məkan yoxdur. Mənim səhnəm də, teatrım da, rejissorum da, rollarım da ürəyimdədir. Teatrda çalışmamaq olar, amma sənət sənətçinin ürəyindədir. Teatrda çalışarkən bir şeyi anladım ki, sənəti və sənətçiləri dəyərləndirmirlər. Təəssüf ki, istedad indi arxa planda qalıb.

- Teatr aktyor üçün böyük məktəbdir. Teatrda çalışmamağınız sənətinizdə nəyəsə mane olmadı ki?

- Teatrda işləməkdən zövq alırdım. Mən səhnəni o qədər sevirdim ki, mənim üçün başqa heç nə yox idi. Səhnəni indi də daxilimdə çox sevirəm. Amma səhnəyə görə heç kimdən, heç nədən keçmək istəməzdim.

- Adətən aktrisanın yaradıcılığı çoxşaxəli olur. Sizdə necədir?

- Hazırda teleaparıcı kimi çalışsam da, mən ilk növbədə aktrisayam. Hərdən cizgi filmləri dublyaj edirəm. Arada çəkildiyim filmlər, reklam çarxı və kliplər olur. Bundan əlavə, rəqslə də məşğul oluram. Peşəkar rəqs etməsəm də, aktrisa üçün pis deyil (gülür).

- Hər səhər bizi “Salam, Azərbaycan” deyə salamlayırsınız. Bu sizin ilk aparıcısı olduğunuz verilişdir, yoxsa bundan öncə özünüzü bu sahədə sınamışdınız?

- “Salam, Azərbaycan” verilişinə gəlməyimə görə Vahid Mustafayevə təşəkkür edirəm. Mənim və tərəf-müqabilim, Musiqili Komediya Teatrında aktyor kimi çalışan Ruslan Mürsəlovun bu verilişə gəlməyimiz təsadüfi oldu. Biz ikimiz də “Ağabəyovlar” serialında çəkilirdik. Vahid müəllim bizə aparıcı kimi işləməyi təklif etdi və bizim bu yükü daşıyacağımıza inandı. Çalışırıq ki, onun inamını doğruldaq. İlk vaxtlar çox həyəcanlı idim, amma bu gün nisbətən o həyəcan yoxdur (gülür).

- Sizi müğənni Lalə Məmmədova ilə səhv salan olubmu?

- Hə, bir dəfə olub (gülür). AzTV-də “Benefis” verilişində iştirak edirdim, bu verilişə görə mənə qonorar yazmışdılar. Qonorarı götürməyə gedəndə onlar bunun müğənni Lalə Məmmədovaya çatmalı olduğunu söylədilər. Amma sonradan hər şeyi anladılar. Lalə Məmmədova verilişimizdə qonaq da olub. Adımı və soyadımı eşitmək çox xoş idi (gülür).

- Gününüz maraqlı keçir?

- Demək olar ki, bu barədə şikayətim yoxdur. Şükür Allaha, verilişdə olanda o 3 saatda, heç olmasa, üzümdən gülüş əskik olmur. Onu da deyim ki, mən pozitiv insanam. Ən böyük problemim olsa belə, yenə də şükür edib, yoluma davam edirəm. İndi daha da xoşbəxtəm... Çünki...

- Çünki?

- Çünki artıq sevirəm. Uzun müddət sevgiyə inanmadığım halda. Bollivud filmlərində arzuladığım sevgini artıq həyatda tapmışam (gülür).

- İlk elə başa düşdüm ki, söhbət hind filmlərinin məşhur qəhrəmanı Şahrux Xandan gedir...

- Şahruxun öz qəhrəmanı Rahula sadəcə mənim qəlbimdə sevgi formalaşmışdı. Əvvəl elə düşünürdüm ki, bu bir nağıldır. Artıq həyatda öz Rahulum var. Mən bir şeyi başa düşdüm ki, kimsə haradasa bizim üçün doğulub. Əsas "sevgilim" sözu yox, sevgi uğrunda sevgilisinin üzündə gülüşə səbəb olan birini tapmaqdır. Mən bunu tapdım, amma yenə də Allahın qisməti.

- Toyunuz haqda nə düşünürsünüz?

- Mənim üçün sevgi dəbdəbəli toy, gəlinlik deyil. Düzdür, gəlinlik geyməyi arzulayıram, amma gəlinlik iki insanın daxilində nə sevgini azaldar, nə də çoxaldar. Düşünürəm ki, toy cəmiyyət üçündür.

- Gələcək həyat yoldaşınız sizin efirdən getməyinizi istəsə...

- Mən onun bu istəyini sevə-sevə yerinə yetirərəm. Çünki qadının xoşbəxtliyi onun ailəsidir. Demirəm, içimdə öldürərəm, amma o bacarıqlarımı ailəm üçün, övladlarım üçün saxlayaram. O məni başa düşür, sənətimi dəstəkləyir. Sadəcə, elə filmlər ola bilər ki, çəkilməyimə icazə verməyə bilər.

- Amma sizin kimi fikirləşən sənətçilər çox azdır...

- Mən hər kəsin fikrinə hörmətlə yanaşıram, amma ailəmi sənətimə qurban vermərəm.

- Lalə xanım, fərqli fotosessiyalarınızı gördüm... Sizi kimlərəsə bənzətdim...

- Bir çox rejissorlar mənim aktrisa Odriyə, Monika Beluççiyə bənzədiyimi deyirdilər. Rəfiqəm Sahibə Nəzərova isə məni Xema Maliniyə bənzədirdi (gülür). Mən çox tez dəyişilirəm, adi bir saç düzümü dəyişilməyim üçün kifayət edir.

- Bizə sirr verə bilərsinizmi? Söz verirəm sizə, “sirr” kimi də qalacaq...

- Mənim əslində sirrim yox, arzularım var (gülür). Ən böyük arzum döyüşçü qadın obrazı oynamaqdır.

- Türkiyədən sizə filmə çəkilmək üçün dəvət gəlsə, gedərsiniz?

- Əslində bizdə də gözəl rejissorlar var. İcazə versələr, əlbəttə ki, gedərəm.

- Ad gününüzü adətən necə keçirirsiz? Partilərə getməyi sevirsiniz?

- Mən əslində partilərə getməyi sevmirəm. Çox nadir hallarda partilərə gedə bilərəm. Atam rəhmətə gedəndən sonra ad günümü xüsusi qeyd etmirəm. Sağ olsunlar, rəfiqələrim ad günümü keçirirlər.

- Lalə xanım, fala inanma, faldan da qalma deyiblər. Siz necə, falçıya getmisiz?

- Mən əslində ibadət edirəm, gərək belə inanclara inanmayım. Bir mif kimi fala inanıram. Düzünü deyim ki, bir dəfə falçıya da getmişəm. Rəfiqələrim gedirdilər, mənə də çox maraqlı gəldi.

- Falçı sizə nə söyləmişdi?

- Falçılar psixoloqdurlar (gülür). Hamıya dediklərini mənə də söyləmişdilər. Falçı mənə demişdi ki, mən işimi dəyişəcəyəm. Amma bu bir neçə il əvvəl olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru