!["TEZ-TEZ TELEFONUMU YOXLAYIR" "TEZ-TEZ TELEFONUMU YOXLAYIR"](https://dia-az.shop/uploads/posts/2013-05/thumbs/1369203625_0001.jpg)
Bu yaxınlarda ailə həyatı quran müğənni Kəmalə Qaramollayeva həyat yoldaşı Teymurla birgə efirə çıxıb.
Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Onlar” verilişində çox xoşbəxt olduğunu deyib.
Kəmalənin sözlərinə görə, həyat yoldaşı ona qarşı heç bir qadağa tətbiq etmir:
“Teymur sənətimlə bağlı qadağa qoymur. Müğənniliyə davam edəcəyəm. Amma ilk gündən deyib ki, şəxsi həyatını reklam etmə”.
Kəmalənin səsini çox sevən həyat yoldaşı Teymur isə onun qısqanc olduğunu bildirib:
“Kəmalə çox qısqancdır. Telefonumu tez-tez yoxlayır”.