HAKİMİYYƏT İÇİNDƏ YENİ ÇƏKİŞMƏ
Tarix: 26-09-2011, 11:49 | Çap et
RAMİZ MEHDİYEV ZEYNAL NAĞDƏLİYEVƏ QARŞI
DİA.AZ: - Nə hakimiyyətin yaş senzi «açılımı» nə də hansısa bir hadisə bu gün YAP hakimiyyətinin ağır toplarından biri, elə həm də birincisi hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görəvdən alınması üçün bir səbəb rolunu oynaya bilmir. Mərhum prezident HeydərƏliyevin idarəetmə prinsiplərini tamamilə əxz etmiş kimi görünən PA rəhbərini elə bu gün iqtidar düşərgəsinin əsas siması kimi təqdim edənlər də var.
Ona görə də mətbuatda «boz kardinal» kimi təqdim olunan Ramiz Mehdiyev bir zamanlar ANS-çi Mirşahinin təbirində «ölkənin səlahiyyətlisindən də səlahiyyətli» qiymətini almağa müvəffəq olmuşdu. Doğrudur, bu ifadənin səslənməsindən indiyinə qədər Ramiz Mehdiyevin əksinə işləyə biləcək elə bir ciddi hadisə baş verməyib. Yəni onun nüfuzunun aşağı düşmədiyi, hələ də ictimai-siyasi həyatda ən vacib fiqurlardan biri olduğu göz önündədir.
Və elə diqqət yetidrikdə görə bilərik ki, Ramiz Mehdiyevlə yanaşı, onun çevrəsi də tam olaraq irəliləməkdədir. Məsələn, bu gün PA-da Ramiz Mehdiyevin əsas adamlarından birincisi hesab olunan PA-nın şöbə müdiri Əli Həsənov media müstəvisində çox ciddi mövqeləri ələ keçirməyə müvəffəq olub. Əli Həsənov onlarla qəzeti öz nəzarəti altında saxlayır. Bundan əlavə PA-nın şöbə müdiri «Araz» radiosuna, «Xəzər»TV-yə, Beynəlxalq Mətbuat Mərkəzinə, «Kaspi» yayım firmasına, «Bakıpress» yayım firmasına, yeni qurulmaqda olan «Kaspi» mətbəəsinə və daha neçə media strukturuna sahiblənib. Ki, bütün bunlar da əslində Ramiz Mehdiyevin media ilə bağlı planlarının icrası kimi təqdim oluna bilər.
Bundan əlavə, Ramiz Mehdiyev hakimiyyətiçi münasibətlərdə də çox ciddi mövqelərə malikdir. Bu gün tikinti sektorunda, ərzaq-qida sənayesində və bir sıra mühüm strateji iqtisadi sahələrdə Ramiz Mehdiyevin favoritliyini görməmək mümkün deyil.
Uzun müddətdən bəri ölkənin siyasi yükünü də «çəkməli olan» Ramiz Mehdiyev eləcə də müxalif cinahla bağlı proseslərdə də əsas fiqur kimi diqqətə gəldiyindən, əslində, onun malik olduğu gücü təsəvvür etmək belə çətindir.
Amma bu çətinliyə baxmayaraq, bütün fövqəllərin sonu olduğu kimi, Ramiz Mehdiyevin də erasının bitəcəyi tarix var. Və artıq bu tarixə indidən tədarük görülməkdədir. Bu barədə redaksiyamıza çox ciddi çevrələrdən məlumatlar daxil olub.
Belə ki, hakimiyyət içindəki mötəbər qaynaqların «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) verdiyi xəbərlərə görə, artıq prezident İlham Əliyev onun «şəriki» kimi təqdim olunan və bəzi hallarda bu şərikliyi qabarıq şəkildə hiss olunan Ramiz Mehdiyevlə yollarını ayırmaq qərarını verib.
Mötəbər mənbənin söyləntilərindən bəlli olur ki, hal-hazırda Ramiz Mehdiyevin yerinə alternativ qüvvələrin gücləndirilməsi prosesinə start verilib. Xatırladaq ki, bu vaxta qədər Ramiz Mehdiyevdən sonrakı dönəm üçün PA rəhbəri postuna ən şanslı namizəd kimi PA-nın şöbə müdirləri Əli Əsədovla Zeynal Nağdəliyevin adları çəkilməkdədir. Və son olaraq yayılan məlumatlarda bildirilir ki, artıq Əli Əsədov Zeynal Nağdəliyevlə eyni qrupda təmsil olunur və onlar çəkici bir zindana vurma barədə qərara gəliblər. Hətta onların mövqelərinə həm PA daxilindən və həm də kənardan kifayət qədər ciddi dəstəyin verildiyi də söylənilir.
Etibarlı mənbənin bildirdiklərində isə qeyd olunur ki, elə prezident İlham Əliyev də Ramiz Mehdiyevdən sonrakı dönəm üçün PA rəhbəri postuna əsas olaraq Zeynal Nağdəliyevin gətirilməsində maraqlıdır: «Yəni Zeynal Nağdəliyev sırf olaraq İlham Əliyevin kadrıdır və onun komandasının üzvüdür. Ramiz Mehdiyev isə köhnə eşalondan qalan ən qabarıq fiqur kimi mütləq şəkildə istefaya göndərilməlidir».
Mənbəmiz bildirir ki, Ramiz Mehdiyevlə bağlı planların icrasına yaxın günlərdə start verilə bilər. Çünki Ramiz Mehdiyev istənilən halda həm hakimiyyətin monolitliyini və həm də elə İlham Əliyevin birnciliyini şübhəyə alan br faktor kimi qabarmaqdadır. Belə olan təqdirdə prezidentin onunla vidalaşması artıq qaçılmaz bir prosesə çevrilib.
Redaksiyamıza çatdırılan bir başqa məlumatda isə bildirilir ki, Zeynal Nağdəliyevin onun yerinə hazırlanması xəbərindən hali olan PA rəhbəri artıq əsas rəqibinə qarşı indidən hərəkətə keçib: «Bütün istiqamətlərdə Zeynal Nağdəliyevin adamları, ona yaxın olan şəxslər, hətta onun həmyerliləri belə sıxışdırılır. Vəziyyət o həddə çatıb ki, hətta bu günlərdə orta ranqlı bir vəzifəyə təyinat zamanı bir şəxs məhz Zeynal Nağdəliyevin həmyerliyi olması səbəbindən Ramiz Mehdiyevin müdaxiləsi ilə vəzifəyə təyin edilməyib. Yəni vəziyyət bu həddədir».
Təbii ki, bu prosesin bir sonu olmalıdır. Və olacaq da. Mənbəmiz bildirir ki, Ramiz Mehdiyev əslində hazırda özünümüdafiə ilə məşğuldur: «Bunlar hücum xarakterli deyil. Çünki hücum edən cinah əks tərəfdir».
Xatırladaq ki, bu vaxta qədər mətbuatda Ramiz Mehdiyevin PA rəhbərliyindən sonrakı dönəm üçün yeni iş yeri ilə bağlı da müəyyən informasiyalar verilib. Və bu xəbərlər içində ən populyarı Mehdiyevin hələ binasının inşası başa çatmayan HeydərƏliyev Mərkəzinə rəhbər gətirilməsidir. Qeyd edək ki, mətbuatda bu mərkəzin SSRİ zamanında mövcud olan keçmiş «politbüro» ilə eyni statusda olacağı söylənilir. Yəni Ramiz Mehdiyev PA-dan gedəcəyi təqdirdə belə, ona ölkənin idarə olunması yönündə müəyyən şansların tanınacağı söylənilir. Amma nə qədər şans tanınsa da, yeni post PA rəhbəri postu qədərində əhəmiyyətli ola bilməz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|