![MÜĞƏNNİ ELTON ŞAKİRAYA İLİŞDİ MÜĞƏNNİ ELTON ŞAKİRAYA İLİŞDİ](https://dia-az.shop/uploads/posts/2013-07/thumbs/1374649959_0001.jpg)
Müğənni Elton Hüseynəliyev özünə yeni avtomobil alıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında maşınına 95 min dollar ödədiyini deyib:
“Çoxdandır təzə maşın almırdım. Yeni avtomobilim “BMW X6 Sportage”dir. Köhnə maşınımın qiyməti 45-50 min dollar idi. Onu verdim və əlavə 95 min dollar ödəyərək yenisini aldım. 2011-ci ilin modelidir. Çox sevdiyim bir avtomobildir. Allah olmayanlara da qismət etsin”.
Avtomobilində fotoaparat gəzdirən müğənni ən böyük istəklərindən birini açıqlayıb:
“Şakira ilə sevgilisi Pikenin fotosessiyasını etmək istərdim”.