![BOŞANAN APARICI XƏBƏRDARLIQ ETDİ BOŞANAN APARICI XƏBƏRDARLIQ ETDİ](https://dia-az.shop/uploads/posts/2013-08/thumbs/1377760307_0001.jpg)
Son vaxtlar boşanma xəbəri ilə gündəmdən düşməyən aparıcı Azər İsmayılov hər kəsə xəbərdarlıq edib.
Axşam.az-ın məlumatına görə, Azər sosial şəbəkədə keçmiş həyat yoldaşı Vüsalə Əlizadə haqqında yazılanlara son qoymaq qərarına gəlib.
Aparıcının öz profilində yazdığı həmin sözləri təqdim edirik:
“Bundan sonra rica və xəbərdarlıq edirəm ki, bu gündən sonra mənim və xanımın haqqında artıq-əskik yazmayın. Əks halda hər birinizin cavabı veriləcək. Hərə öz işi ilə məşğul olsun. Heç kim digərlərinin işlərinə qarışmasın".