RAZİM MƏMMƏDOV QIZIL BİZNESİNDƏ MEYDAN SULAYIR
Tarix: 9-09-2013, 12:30 | Çap et
XƏTAİNİN İCRA BAŞÇISININ “TOXUNULMAZLIĞININ” DAHA BİR SİRRİ AÇILDI
DİA.AZ: - Təxminən, bir neçə ay öncə Milli Məclisin deputatı İlyas İsmayılov korrupsiya ilə bağlı məsələlərə toxunaraq tənqidi fikirlər səsləndirmişdi. O söyləmişdi ki, Azərbaycanın ən böyük problemlərindən biri korrupsiya ilə mübarizədir: «Fikrimcə, korrupsiyaya qarşı mübarizə hətta Qarabağ münaqişəsindən də mürəkkəb problemdir. Prezident İlham Əliyev də hər dəfə bölgələrə səfər çərçivəsində, eləcə də Nazirlər Kabinetinin iclaslarında etdiyi çıxışlarında korrupsiyaya qarşı mübarizəni ön plana çəkir.
2011-ci ilin fevral ayında Qazaxa səfəri zamanı da bu məsələni gündəmə gətirib. Dövlət başçısı çıxışında müvafiq qurumlardan korrupsiyaya qarşı mübarizə aparmağı tələb edib. Elə həmin ilin dekabr ayının sonunda, Yeni il axşamı Azərbaycan xalqına müraciətində də bu məsələnin üstündə dayanıb. Bu yaxınlarda Nazirlər Kabinetinin iclasında da korrupsiyaya qarşı mübarizəni qabartdı. Korrupsiya ilə mübarizə isə bir çox tədbirlərin həyata keçirilməsini zəruri edir».
Millət vəkili onu da qeyd edib ki, vəzifə sahibi paralel olaraq biznes fəaliyyəti ilə də məşğul olursa, bu zaman o, tutduğu vəzifədən ancaq öz maraqları naminə istifadə edir: «Korrupsiyanın da mahiyyəti sadəcə, kiminsə mənfəət güdməsindən, rüşvət almasından deyil, eyni zamanda məhz bundan da ibarətdir. Korrupsiyanın mahiyyəti ondan ibarətdir ki, dövlət aparatında məhz cinayətkar maraqlar çulğalaşır. Vəzifəli şəxsin bizneslə məşğul olması da məhz buna aparan yoldur. Bu yolun qarşısını kəsmək lazımdır». Deputatın da söylədiyi kimi, bu gün ölkəmizdə vəzifə tutan bir çox məmurlar vəzifələrindən sui-istifadə edərək bizneslə məşğul olurlar. Mövcud qanunvericilik isə məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını birbaşa qadağan edir. Belə məmurlardan biri də Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Razim Məmmədovdur. DİA.AZ bildirir ki, bu barədə “gundelik-baku” tərəfindən məlumat yayılıb.
Onun biznes fəaliyyəti ilə bağlı bu vaxta qədər mətbuat səhifələrində çox danışılıb. Məlumat üçün qeyd edək ki, məmurun Xətai rayonu ərazisində yüzlərlə obyekti-çay evləri, restoranları, avtoyuma məntəqələri, aptekləri, uşaq geyim dükanları, şadlıq sarayları fəaliyyət göstərir. Baxmayaraq ki, ayda 1200 manata yaxın maaş alır, amma bu qədər var-dövlətə sahibdir. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, icra başçısı qızıl biznesi ilə də məşğul olur. Onun yaxın adamları Azərbaycana Rusiya və Dubaydan qızıl gətirirlər: «Paytaxtın qızıl satışı həyata keçirilən ticarət mərkəzlərində icra hakiminin qızıl «polka»ları var. «Laçın», «Lotos», «Diqlas» və «Mərkəzi Univermaq»da, eləcə də Gənclikdəki qızıl dükanlarında icra hakiminin yaxın adamları onun qızıl biznesini idarə edirlər. Razim Məmmədov Rusiyadakı yaxın tanışlarının vasitəsilə qızılları ordan ucuz qiymətə aldırır və Bakıdakı satışa çıxarır». Mənbənin sözlərinə görə, icra başçısı ölkəyə gətirdiyi qızıl məmulatlarını gömrük orqanlarındakı tanışlarının sayəsində çox asanlıqla qeydiyyatdan keçirir: «Ölkənin qızıl biznesinin bəlkə də yarısı icra hakiminin nəzarəti altındadır. Məmur bu biznesə qoyduğu sərmayəni Xətaidə satdığı torpaqların və sahibkarlardan yığdığı «şirinlik»lərin hesabına əldə edib». Qaynağın iddiasına əsasən, qızıl biznesindən milyonlar qazanan icra hakimi həmin pulları tikinti sektoruna yatırır: «O, gələcəyini fikirləşib indidən özünə gün-güzəran yaradır. Heç kim vəzifədə əbədi deyil. Nə vaxtsa onu da işdən çıxaracaqlar. Bunu nəzərə alan icra başçısı bacardığı qədər sərvət toplayır ki, sabah vəzifədən çıxarılanda çətin vəziyyətdə qalmasın. Deyilənə görə, Bakının müxtəlif yerlərində hündürmərtəbəli binalar tikdirir. Bu işlərə onun yaxın qohumları və ailə dostları rəhbərlik edirlər. Xətai rayonu sürətlə xarabalığa çevrilir, məmur isə özünə gün ağlayır». Bir daha vurğulamaq istəyirik ki, ölkəmizdə məmurların biznes fəaliyyəti ilə məşğul olması qəti qadağandır. Razim Məmmədov bunu bildiyi halda, niyə qanunlara riayət etmir? Bütün bu işlər ondan xəbər verir ki, icra başçısı artıq heç kimə, hətta prezidentə belə tabe olmaq istəmədiyini göstərir. Biz isə inanırıq ki, cənab İlham Əliyev Xətainin rəhbərini öz bildiyi formada cəzalandırıb, rayona işini bacaran şəxsi başçı təyin edəcək.
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
|