Qızı vermədilər, oğurladılar .....                     Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                 

ŞOK: MƏXMƏRİ İNQİLAB GÖZLƏNİLİR
Tarix: 16-01-2012, 12:13 | Çap et
ŞOK: MƏXMƏRİ İNQİLAB GÖZLƏNİLİR

PARTİYA SƏDRLƏRİNDƏN BİRİ HAKİMİYYƏTİN ÖTÜRÜLMƏSİ ÜÇÜN DANIŞIQLAR APARIR

DİA.AZ: - «Hakim düşərgənin durumu heç də ürəkaçan deyil və bu gərginlik Azərbaycanda inqilabi dəyişikliklərə səbəb ola bilər». Bu sözləri redaksiyamıza hökumət içindəki çox mötəbər mənbələr ötürüb. Redaksiyamıza verilən xəbərlərdə o da vurğulanır ki, artıq Azərbaycanda siyasi hakimiyyətin yenilənməsi üçün gərəkən «geopolitik tsikl» başa çatmaq üzərədir və bu da həm Azərbaycanda, həm də ümumiyyətlə, Cənubi Qafqaz regionunda çox mühüm proseslərə təkan olacaq.

Faktlara keçməzdən öncə, son zamanlar regionumuzda və regionumuzla bağlı cərəyan edən olayları və bu olayları təhlil edən ekspertlərin rəylərini göz önünə gətirək.

İranın burnunun ucundakı diskomfort

Azərbaycan İranın şimal qonşusudur. Və bu gün İranla bağlı beynəlxalq konsorsiumun hansı planlarının olması da kimsəyə sirr deyil. Hətta ekspertlərin qənaətinə görə, Qərbin xəfiyyə dairələrinin həyata keçirdiyi «Ərəb baharı» dalğasının da yekun hədəfi İranda rejim dəyişikliyidir. Bəli, məhz rejim dəyişikliyi.

Məlmdur ki, bu gün dünyanın əsas söz sahibi kimi dəyərləndirilən ABŞ-ın Strateji Araşdırmalar Mərkəzi tərəfindən dünya siyasi xəritəsinin gələcək halı ilə bağlı davamlı olaraq açıqlamalar verilir. Və bir neçə il əvvəl ictimailəşən xəritə 2015-ci ili xarakterizə edirdi ki, həmin xəritə ilə Türkiyənin parçalanması nəzərdə tutulsa da, İranın bütünlüyü qorunur. Təbii ki, bunu Quran ayəsi kimi qəbul etmək olmaz. Amma bu vaxta qədər baş verənlərə söykənsək, ən azından ABŞ-ın xüsusi xidmət orqanlarının belə bir niyyətdə bulunmasını təxmin etmək olar. Yəni hətta Türkiyənin parçalanmasını belə düşünən Amerika bu gün cani-dildən üzərinə yeridiyi İranın parçalanmasını düşünmür.

Amma buna baxmayaraq, İranın şəklinin dəyişdirilməsində Azərbaycanın iştirakı qaçılmazdır. Hətta İran ətrafı çəmbərin tam olaraq ABŞ-ın nəzarətində olması halında belə Vaşinqton Azərbaycan olmadan İranda istədiyi prosesləri həyata keçirə bilməz. Bunu də Qərbin analitikləri söyləyir. Çox güman burada həm Azərbaycanın tarixi torpaqlarının böyük hissəsinin İran işğalı altında olması faktı və həm də Azərbaycan türklərinin İran əhalisinin böyük çoxluğunu təşkil etməsi nəzərə alınır.

Elə buna görə də İrandakı molla rejimi Bakı ilə yola getmir. Və Qərbin hücumlarının artması fonunda rəsmi Tehran da Azərbaycana təzyiqlərini artırır. Yəni İran burada «purjun» effekti nümayiş etdirir: Onu nə qədər sıxsalar, o da Azərbaycanı bir o qədər itələyəcək.

Azərbaycan isə İranla nəinki kəllə-kəlləyə gələcək səviyyədə deyil, hətta ölkəmizin xırda hərbi konfliktə qatılması be lə bizim üçün baha başa otura bilər. Amma buna rəğmən əcnəbi ekspertlər İranın Azərbaycana hər hansı hərbi müdaxiləsinin mümkünsüzlüyünə əmindirlər. Çünki bunun son nəticədə İranın çökməsinə nədən olacağı qənaəti var. Yəni keçən yazılarımızın birində qeyd etdiyimiz kimi, Azərbaycan İrana məzar olacaq.

Rəsmi Bakı yeni siyasətə ayaq uydura bilmir

Təbii ki, belə olan şəraitdə rəsmi Bakının davranışları çox mühüm əhəmiyyət kəsb edir. Yəni hər an regionda atəş səsi eşidilə bilər. Doğrudur, ilk atəş açılıb. Bir neçə ay əvvəl Azərbaycan sərhədçiləri İran-Azərbaycan sərhəddini qanunsuz olaraq keçən bir fars casusunu məhv etdilər. Rəsmi Tehran bu olayı fərqli təqdim etməyə çalışdı və casusun kimliyini gizlədərək, onun İran sərhəd qoşunlarının əsgəri olduğunu bildirdilər.

Halbuki Azərbaycan tərəfində tamam fərqli məlumatlar var idi. Və bu faktların ictimailəşməməsi günü bu gün də İranın xüsusi xidmət orqanlarının nəzarətində olan mətbuatın Azərbaycanın üzərinə yeriməsi üçün bir bəhanə rolunu oynamaqdadır.

Onu da bildirək ki, iranlı casusun sərhədçilərimiz tərəfindən öldürülməsindən molla rejimi fərqli məqsədlər üçün də istifadə etməkdədir. Məsələn, son zamanlar Tehranın təbliğat maşını tərəfindən «əsgərimizin qisası Azərbaycandan alınmalıdır» şəklində sərsəm fikirlər ifraz olunmaqdadır ki, bunun əslində açıq-aşkar təhdid olması kimsə üçün sirr deyil.

Təbii ki, burada Azərbaycan iqtidarının davranışları çox ehtiyatlı mahiyyətdə görünsə də, bu hədsiz ehtiyatlılıq nə Azərbaycanın dövlət maraqlarına, nə də Qərbin regiondakı planlarına cavab vermir. Bu isə Qərbi əlavə olaraq düşünməyə vadar edir. Yəni İranın dəyişdirilməsindən öncə Azərbaycanın da dəyişdirilməsinə ehtiyac var.

Bu arada maraqlı bir məqamı diqqətinizə çatdırmaq da istəyirik. Bu günlərdə Qərbin Cənubi Qafqaz Regionu ilə bağlı araşdırma yazısı ilə çıxış edən «Nyu York Tayms» qəzetində belə bir fikir vurğulanmışdı: «ABŞ İranda hakimiyyəti bəlkə də dəyişə bilər, amma Azərbaycanda bu mümkünsüz görünür». Təbii ki, bu fikirlərin müəllifləri Rusiyanın Azərbaycanda israr nümayiş etdirməsini, həmçinin neçə illər ərzində Qərbin könüllü əməkdaşlıq prosesi boyunca Azərbaycan iqtidarının əlinə Qərbi sıxa bilməsi üçün rıçaqlar verməsini əsas götürüblər.

Amma istənilən halda Qərbdə artıq belə düşünürlər ki, Azərbaycan iqtidarı onların maraqları ilə tərs-mütənasiblik təşkil edir. Buna görə də Azərbaycanın şəkli-şəmalının dəyişdirilməsi qaçılmaz proses kimi səciyyələndirilir.

Qərb Azərbaycanda məxməri inqilab istəyir

Bu, Qərbin başlıca planıdır. Davamlı olaraq buna cəhdlər edilib və hər zaman Kremlin diqtəs ilə proseslərdən çıxmağa çalışan rəsmi Bakının müstəvini qanlı olaylar məcrasına yönəltmə cəhdləri fonunda Qərb geri çəkilmək zorunda qalıb. Dəfələrlə buna şahidlik etmişik. Və buradan belə bir qənaət formalaşır ki, Qərb Azərbaycana nə İraq və nə də ki Suriya gözü ilə baxmır. Qərbdə yaxşı bilirlər ki, Azərbaycan əhalisi müsəlman olsa da, ərəb deyillər. Sırf şəkildə tayfaçılıq prinsiplərini yaşadan ərəb mentalından fərqli olaraq Azərbaycan türkləri daha çox toplumsal olduqlarından burada iç savaş ehtimalları sıfıra bərabərdir. Hətta Rusiyanın təhriki ilə öz xalqına atəş açan hansısa məmurumuzun belə inadkarlıq limiti var.

Məhz buna görə də, Qərb hər zaman Azərbaycanda incə davranmağa meyilli olub. Yenə də bu niyyətindədir. Və redaksiyamıza hökumət içindəki qaynaqlardan ötürülən xgəbərlərdə də vurğulanır ki, artıq hakim komanda da dəyişikliyin atmosferinə düşüb:

«Bu gün hakim düşərgə sanki vaxtının yetişəcəyi anı gözləməkdədir. Hər kəs dəyişikliyin olacağına tam olaraq inanır. Çünki hər kəsdə «bu, uzun sürə belə davam edə bilməz» qənaəti mövcuddur. Amma hələ də «bu dəyişiklik necə baş verəcək» sualına cavab verilmədiyindən, dəyişikliyin düsturu tapılmadığından istənilən bir hərəkətlənməyə qeyri-adekvat aqressiya nümayiş etdirilir və etdirələcək də».

Mənbəmiz bildirir ki, bunları nəzərə alan Qərb dairələri iqtidar düşərgəsi ilə də sıx əlaqələri olan müxalifət partiyalarından birinin rəhbərini danışıqlar masasına oturdublar:

«Həmin partiya sədrinin üzərinə böyük missiya düşür. Plana görə, bu partiya sədri hakim düşərgədəki etimadından istifadə edərək onları dəyişikliyə razı salmalı və bunun qarşılığında şərtlərini dinləməlidir. Hələlik danışıqların ilkin mərhələsi gedir. Və danışıqların başlaması faktı onu göstərir ki, «yuxarılar» hakimiyyətin dinc yolla ötürülməsinə maraq göstərirlər».

Əslində belə bir marağın olması reallığın nəzərə alınması faktı kimi qəbul olunmalıdır. Çünki «yuxarılar» da yaxşı başa düşürlər ki, proseslərin konservləşdirilməsi artıq beynəlxalq konsorsiumun marağında deyil.

Mənbəmizin bildirdiyinə görə, bu gün hakim komandanın meqa tikinti layihələrinə baş vurması, əslində Azərbaycanın yeni qiyafətə tədarükü kimi qəbul olunmalıdır: «Yəni bu yolla Azərbaycan iqtidarı Qərbə tutduğu yolun mahiyyətini göstərir. Amma bu keçərli olmayacaq. Çünki Qərbin regiondakı planları rəva görmür ki, Azərbaycan regiondan izolə olunmuş şəkildə, məsələn, Küveyt xanədanı kimi mövcudiyyətini qoruya bilsin. Hətta Küveyt belə, müəyyən müddət İraqın işğalı üçün bir bəhanə, bir tramplin rolunu oynadı. Odur ki, Azərbaycanın Qərbin İranla bağlı planları müstəvisində yaxasını kənara çəkməsi reallıqla uzlaşmır».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru