![Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib... Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib...](/uploads/posts/2016-09/thumbs/1474955984_0001.jpg)
DİA.AZ: - Referendumdan sonra bir sıra rayon icra hakimiyyəti başçılarının tutduqları vəzifələrindən azad olunacaqları haqda informasiyalar hələ xeyli əvvəlindən KİV-lərdə dolaşmaqda idi. Bu barədə artıq DİA.AZ-a ilk xəbər daxil olub.
Bilgili qaynaqlardan redaksiyamıza ötürülən məlumatda deyilir ki, 2 rayonun icra başçısına "hazırlaşın" xəbərdarlığı deilib.
Mənbənin diaaz.space-a söylədikləri: "Konkret olaraq ilkin mərhələdə Ağsu və Samux rayon icra hakimiyyəti başçıları postlarından alınacaq. Onlarla bərabər isə daha 9 rayonun rəhbəri işindən kənarlaşdırılacaq".
Mənbə onu da bildirib ki, proses tədricən xarakter daşıyacaq və icra başçıları ilə bağlı islahatlar ilin sonuna kimi davam edəcək.