Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                     Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? .....                     ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... .....                     Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA .....                     Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə görə... .....                 

Yunis Səfərovun başındakı papaqdan tutumuş, sui-qəsdin detallarına qədər... - heç yerdə rastlaşmayacağınız bilgilər bu yazıda!
Tarix: 7-07-2018, 12:32 | Çap et
Yunis Səfərovun başındakı papaqdan tutumuş, sui-qəsdin detallarına qədər...
Respublikanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının Gəncədəki hadisə ilə bağlı son rəsmi məlumatında deyilir ki, Elmar Vəliyevə və Onun mühafizəçisi, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açılması planlaşdırılmış terror aktıdır. Məlumatda həmçinin qeyd olunur ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib. Həmin ilin iyun ayında odlu silah əldə etmək üçün «Kapitalbank»ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək «Makarov» markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçıb.

2018-ci il iyulun 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.

Bundan başqa rəsmi məlumata görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxslərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış etmişdir. Açıqlamada o da qeyd olunur ki, bu hadisə ilə əlaqədar daha 3 nəfər (hələlik adları açıqlanmır – m.) saxlanılıb.

Rus, fars, erməni
Bu sensasion, hadisəyə dair baxışları kökündən dəyişən məlumat bir sıra nüanslara aydınlıq gətirsə də. Bəzi suallar da yaradıb. Məsələn, məlumatda Y.Səfərovun İranın Qum şəhərinə getdiyi və ordan da Suriyaya yollandığı qeyd olun. Lakin burada İranın hansısa xüsusi xidmət və təhlükəsizlik orqanlarının adları açıqlanmır. Yəni bu işin İran qurumları tərəfindən hazırlandığına işarə edilmir. Əvəzinə İranda – Qumdakı qruplar, eləcə də Taleh Bağırovun rəhbərlik etdiyi �?’Müsəlman Birliyi Hərəkatı’’nın adı hallanır.

Yeri gəlmişkən, artıq MBH rəsmi bəyanat yayaraq bu hadisə ilə hər hansı bağının olmadığını, sui-qəsd hadisəsini dəstəkləmədiyini vurğulayıb. Eləcə də zorakılığa qarşı olduğunu qeyd edib. Y.Səfərovun Moskvada yaşayan “yaxınları” isə APA-ya Səfərovun radikal olduğunu, buna görə işlədiyi məktəbdən qovulduğunu bildiriblər. Eyni zamanda hadisədən dərhal sonra Yunis Səfərovun həyat yoldaşı olduğu iddia edilən qadının da dediyi kimi, Səfərovun yeganə bacısının 9 ildən çoxdur Yunanıstanda yaşadığı bildirilib.

Yunis Səfərovla bağlı günün daha bir sensasiyalı açıqlaması Elmar Vəliyevion qardaşı, respublika baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevdən gəlib. X.Vəliyev hadisədə erməni və rus kəşfiyyatı izini qeyd edib. Sitat: “Qaldı ki, Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir. O adamın özü, anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır”.

Rəsmi məlumatı, eləcədə də həyat yoldaşı olduğunu iddia edən qadının səs yazısı və qohumlarının açıqlamalarını tutuşdurduqda ortaya belə bir mənzərə çıxır. Yunis Səfərov Rusiya vətəndaşı olan, orada yaşamış bir dindardır. E.Vəliyevlə hələlik dəqiq bilinməyən konflikti olub, 2016-cı ildə başçını öldürəcəyi ilə hədələyib və bundan sonra İrana gedib. Oradan isə rəsmi məlumata inansaq, Suriyaya gedərək təlim keçib.

Haşiyə çıxaraq qeyd edək ki, azərbaycanlıların İŞİD, ən-Nusra və bənzər islamçı qruplara qoşulması ilə bağlı aşkar faktlar olsa da, şiə icmalarından gedərək Bəşər Əsəd tərəfdə döyüşənlərlə bağlı aşkar faktlar yox idi. Baxmayaraq ki, hələ 4 il əvvəl bəzi media orqanlarında bu barədə bilgilər vardı. Çünki həmin vaxt İran ordusu Suriyada müqəddəs şiə ziyarətgahlarını qorumaq çağırışı ilə Pakistan, Əfqanıstan, İraq və həmçinin İrandan olan könüllülər hesabına bir neçə silahlı briqadalar formalaşdırmışdı. İraqlıların “Əbəlfəzl Abbas”, əfqanların və pakistanlıların “Fatimiyyun” briqadaları daha sonra təkcə hərəmlərin müdafiəsi deyil, eyni zamanda digər bölgələrdə də Hizbullah və Suriya qüvvələri ilə əməliyyatlara qatılırdı. Azərbaycanlıların da hərəm müdafiəsində iştirak etdiyi iddiaları olsa da, bu günə qədər hansısa rəsmi mənbə, eləcə də bu faktı təsdiqləyən hər hansı bir fakt ortaya çıxmayıb.

Yunis Səfərovun başındakı papaqdan tutumuş, sui-qəsdin detallarına qədər...

Yunisin başındakı papaq İmad Muğniyyənin papağındandır
Yunis Səfərovun sosial şəbəkələrdə ən çox yayılan görüntüsü saqqalı və yay baş geyimində olan fotosudur. Bu fotoda hər hansı partizan elementi görünməsə də, Yunisin başındakı papaq 2008-ci ildə Suriya ərazisində sui-qəsd nəticəsində öldürülmüş Hizbullahın silahlı qanadının komandanı İmad Muğniyənin mediaya sızan nadir fotolarından birində başına qoyduğu papaqla eynidir. Bu papağın hizbullahçıların səhra geyimi olduğu, Yunisin bu papağı Suriyada əldə etdiyi haqda bir bilgi olmasa da, əsas işarə məhz onun bu qrupda olduğunu göstərməyə xidmət edir. Halbuki Səfərovun Suriyada olması və döyüşməsi ilə bağlı hələlik hər hansı bir fakt yoxdur.

Ancaq görünən odur ki, kimlərsə onu məhz bu şəkildə tanıtmaq istəyir. Sosial şəbəkələrdə yayılan roliklər, fotokollajlar, dini bənzətmələr məhz buna xidmət edir. Əcəba, bu təqdimat kimə və nəyə görə lazımdır. Aydın məsələdir ki, bu günə qədər hətta şiə azərbaycanlılar Əsədə dəstək üçün gediblərsə, bu fakt ciddi-cəhdlə ört-basdır edilib, açıqlanmayıb. Ancaq indi birdən birdə bu gizlilik götürülür, əksinə, cəmiyyətə Yunisin məhz İran üzərindən Suriyaya getdiyi, orada hökumət tərəfdən hərbi təlimlərə qatıldığı, daha sonra isə sərbəst şəkildə Azərbaycana gələrək Gəncənin mərkəzində, hər kəsin gözü önündə başçını güllələdiyi ssenarisi ötürülür.

Maraqlı daha bir detal isə rəsmi məlumatda hətta İran xüsusi xidmətlərinin adı belə çəkilmədiyi halda (halbuki İranın Qum şəhərinin adı çəkilir – Red.) başçının qardaşı, ölkənin hərbi prokuroru Rusiya xüsusi xidmətlərinin adını çəkir.

Bu hadisə müəyyən mənada Rafiq Tağı cinayətinə bənzəyir. Bütün izlər İranı göstərir, ancaq İranın adı və ya onu ittiham edəcək sübut ortada yoxdur.

Məsələ ondadır ki, Yunis Səfərovun dindar olması mümkündür və belə görünür ki, faktdır. Eyni zamanda, hələlik bəlli olmayan səbəblərdən onun hələ iki il əvvəl Elmar Vəliyevi ölümlə təhdid etdiyi də məlumdur. Hətta rəsmi məlumatda bu ilin qışında da E.Vəliyevə qəsd etməyə çalışdığı zaman polisi yaralayıb qaçdığı qeyd olunur. Ancaq Yunis Səfərovun E.Vəliyevi nəyə görə qətlə yetirmək istədiyi məlum deyil.

Vəliyevin fətvasını kim verib?
Digər tərəfdən, Y.Səfərovun Vəliyevə qarşı “dini hökm olaraq” sui-qəsd etməsi üçün hansısa dini əsas olmalıdır. Yəni məsələn, hansısa dini mərkəz və ya din xadimi bununla bağlı fətva verməli, çağırış etməlidir. Ortada isə hər hansı belə bir dini çağırış, fətva yoxdur. Digər tərəfdən, Elmar Vəliyev dinə, dindarlara qarşı onları qəzəblənidərəcək addımlar atsa da, bunlar sistemətik, yalnız bir şəhərə məxsus ardıcıl hücumlar olmayıb ki, ona qarşı dindar qəzəbi hər zaman davam etsin. “Şərab festivalı” 5 il əvvəl olub, Aşura qadağası ötən il baş verib və sonda yerli əhalinin təzyiqi ilə hökumət geri çəkilməli olub. Ancaq Vəlliyevin “din düşməni”, qətlə yetirilməli adam olması ilə bağlı hər hansı bir şərait, durum olmayıb. Bu mənada hadisəni İslam adına edilmiş hərəkət adlandırmaq çətindir. Əgər hətta Səfərovun Elmar Vəlliyevi “din adına” qətlə yetirmək istəyi olubsa da, bu daha çox fərdi qisas hissi deyiləcək hərəkətdir.

Soyuqqanlı və peşəkar...
Maraqlı və sual doğuran daha bir detal isə Yunis Səfərovun hərəkətlərinin həddən artıq təcrübəsiz, özfəaliyyət kimi görünməsidir. Məsələn, sosial şəbəkələrdə sual verirlər ki, xarici xüsusi xidmət orqanları ilə əlaqəsi olan, Suriyada döyüş təlimi keçmiş şəxs necə olub ki, dəqiq atəş aça bilməyib, eləcə də hadisə yerindən qaçmağı bacaramayıb, yaxud da qaçmaq istəməyib. Bu səbəbdən bu hadisənin peşəkar sui-qəsd olması ehtimalını guya çürüdürlər. Bizim fikrimizcə isə, Yunis kifayət qədər peşəkar davranıb. Hadisə anını və şəraitini öyrəndikcə, buna bir daha əmin oluruq. Məsələ budur ki, Elmarın Vəliyevin yanında 1 mühafizəçi + ən azından da 3 mühafizə polisi olub - İcra hakimiyyəti binasını qoruyan polislər. Yəni, Yunisin hədəfinin ətafında minimum 4 silahlı adam olub. Yunis bu qədər polisin əhatəsində olan adama 3 dəfə dalbadal atəş aça bilibsə, onun qeyri-peşəkar olmasını iddia etmək mümkünsüzdür. Üstəlik, ilkin məlumat budur ki, o, atəş açdığı tapançanı qoluna öncədən qoydurduğu gipsin arasında gizlədibmiş. Qoluna gips qoyduranda orada silah daçımaq üçün yuva - qobura düzəltdirib... Bu işdə ona dəstək verənlər də var və onlardan 3 nəfəri həbs olunub. Yəni, Yunusun sui -qəsd şəraiti mürəkkəb olub, hazırlıqsız biri qorunan bir başçıya yaxınlaşıb, o qədər polisin içində 3 dəfə atəş aça bilməzdi. Atdığı 3 güllədən 3-ü də hədəfə dəyib. Məlumatlara görə, onun boş gedən gülləsi olmayıb! Üstəlik, indiyə qədər yayılanməlumatlar bir yerə yılğanda aydın olur ki, atılan güllələrdən ikisi başçıya - başından və qarın boşluğundan, 3-cü isə silahlı mühafizəçiyə isabət edib. Ona da baş nahiyəsindən. Yəni adam 3 saniyəyə həm tapançanı çıxardıb, həm də 3 dəfə atəş açıb, iri cüssəli iki hədəfi tam zərərsizləşdirib. Bu, yüksək peşəkarlıq sayıla bilər. Məlumdur ki, Elmar Vəliyevi başından əməliyyat etmək üçün Türkiyədən xüsusi təyyarədə neyro-cərrah gətizdirilib, ağır əməliyyat keçirdib, üstəlik, iddialara görə, səhhətinin düzəlməməsi səbəbindən sonradan İsrailə aparlblar, hazırda bilinci qapalıdı... Hər şey Allahın əlindədir - bəzən 5-8 gülləyə ölməyənlər də olur. Bəzən 1 güllə də ölümə səbəb olur. Allah hər iki yaralıya şəfa versin - lakin kimsə ölməyib deyə, Yunisin peşəkarlığına da şübhə salaraq, onunla bağlı guya bütün ittihamları şübhəyə almaq da mümkün deyil. Adam soyuqqanlı bir peşəkar tətikçidir.

Fikrimizcə, bu hadisəni sifariş edənlər də onu başından sonuna qədər peşəkar şəkildə hazırlayıblar. Yunis Səfərov da, onu bu işə yönəldənlər, sifarişi verənlər də peşəkarlar olub. Seçilən hədəf də dəqiq olub: Ölkədə ən çox nifrət edilən dövlət məmuru. Hansı ki, ona qarşı qəsd edən ictimai rəydə rəğbət doğuracaq, az qala qəhrəman olacaqdı... Necə ki oldu.

İranmı, Rusiyamı
Bu hadisənin daha bir müəmması İranın adının hallanması ilə bağlıdır. Məsələ ondadır ki, hazırda dünyada möhkəm sıxışdırılan, neft ixracatı iki dəfəyə yaxın azalan (gündəlik 2,8 milyon barreldən 1 milyona enmə təhlükəsi var – Musavat.com) və ABŞ-ın ciddi siyasi, iqtisadi təzyiqləri ilə üz-üzə qalan, regionda İsrail, ərəb dövlətləri kimi güclü rəqiblərinin təzyiqi altına olan İranın Azərbaycanda xaos və sui-qəsd törətmək nə qədər lazımlıdır?

Doğrudanmı Tehranda əyləşənlər indiki vaxtda Azərbaycan kimi strateji bir qonşu ölkəni özlərinə qarşı düşmən etmək istəyirlər? Bu məqam heç inandırıcı deyil, lakin buna yəqin ki, İran hakimiyyəti aydınlıq gətiməli olacaq. Sadəcə, onu deyək ki, hazırda İranla Rusiya Suriyada ortaq və müttəfiq kimi fəaliyyət göstərirlər və Bəşər əsədə hər cür yardım edirlər. Bu baxımdan, Rusiya vətəndaşının Moskvadan Quma, oradan Suriyaya, döyüşməyə getməsində heç bir çəlişki yoxdur. Hazırda Suriyada minlərlə Rusiya və iran vətəndaşı bir �?’səngərdə’’ döyüşürlər. Həmin vətəndaşlarıdan 1-2-sinin başqa bir ölkədə istifadə olunması hər zaman mümkündür...

Bir məsələni də qeyd edək. Rəsmi açıqlamada Qum və Suriya fraqmentləri ilə bağlı yayılan məlumatları İran XİN, ya da İranın Bakıdakı səfirliyi etməli olduğu halda, bunu bəzi tanınmış siyasətçilər, blogger və redaktorlar edirlər. Həm də xüsusi canfəşanlıqla. �?’Ola bilməz, mümkün deyil’’, məntiqi ilə.

Anlamaq lazımdır ki, bu məlumatlar xüsusi xarakterli məlumatlardır, hansısa AXCP fəalının cinayət işini �?’zənginləşdirmək’’ hərəkəti deyil. Qosqoca, güclü və qonşu bir dövləti qınağa salan məlumatlardır. Burada səhv və yalan olması ehtimalı yoxdur, böyük risk və cavabdehlik daşıyan iddialardır. Ən azından, 10 dəfə ölçülüb-biçilib, sonra yayınlanıb.

Məhz buna görə də onu hazırlayıb, yaymaq üçün 3 gün zaman lazım oldu...
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru