Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                     Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? .....                     ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... .....                     Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA .....                     Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... .....                 

“Dedi ki, monopliyanı Ziya Məmmədovdan alıb ona verirlər” - sabiq MTN-çi işə qayıtmaq üçün rüşvət verib
Tarix: 11-08-2018, 13:05 | Çap et
“Dedi ki, monopliyanı Ziya Məmmədovdan alıb ona verirlər”
Bakıda sabiq MTN işçisinə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmə prosesində məlum olub ki, dələduzluqda ittiham edilən şəxs Azərbaycanda müxtəlif yüksək vəzifəli məmurlarla əlaqələrinin, qohumluğunun olduğunu deyərək müxtəlif şəxslərə qarşı da dələduzluq edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Azad Əliyev Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə külli miqdarda pul alıb. Ittihama görə, Azad Əliyev universitetə adam qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha 5 nəfərə qarşı dələduzluq edib.

Elan edilmiş ittihamla Azad Əliyev özünü qismən təqsirli bilib. O deyib ki, digər şəxslərlə iş görmək adı ilə razılaşsa da sonradan iş alınmayıb. Aldığı borcları da qaytara bilməyib. Amma sonradan onlarla razılığa gəlib. Azad Əliyev yalnız Faiq Muxtarovla bağlı ittihamı qəbul etməyib. O bildirib ki, nə olursa, olsun, bunu qəbul etməyəcək.

A.Əliyev deyib ki, o da Faiq Muxtarovu məhkəməyə verib: “Faiqlə şərikli biznes işi görəcəkdik. Onun özü MTN işçisi olub. Mən guya onu MTN-ə işə düzəltmək adı ilə pul almışam. Sonra da bir neçə dəfə iş görmək adı ilə pul verib. Əgər bir dəfə veribsə, işini görməmişəmsə, ikinci, üçüncü dəfə niyə verirdi?

Faiq məndən 230 min pul alıb. Həmin pulu ona görə verdim ki, Faiqin gətirdiyi malların rüsumunu ödəmək lazım idi. Əgər deyildiyi kimi, mən Faiqdən 400 min alsaydım, burada olmazdım.

Faiq deyir ki, guya mən ondan vəzifəli şəxslərə vermək üçün rüşvət almışam. Mənim öz şirkətimə 20 milyonluq mal gəlirdi. Mən bu qədər işin içində gedib Faiqdən 10 mini niyə almalı idim? Guya aldığım pulu MTN-ə rüşvət kimi verəcəkdim. Axı bu necə ola bilər? Camaat iş görəndə MTN-dən qaçırdı ki, gözə görsənməsin. Mən dəli idim ki, iş görüm, sonra da aparım pulu MTN-ə verib gözə girim? Mən mülki qaydada Faiq Muxtarovu məhkəməyə vermişəm. Bu ayın 17-də məhkəmənin hökmü çıxacaq”.

Məhkəmədə Faiq Muxtarov da ifadə verib. O, Azad Əliyevin dediklərinin yalan olduğunu söyləyib, bildirib ki, Azad Əliyevi birlikdə iştirak etdikləri məclislərdən birində tanıyıb və daha sonra onunla bir neçə dəfə görüşüb.

“Vəzifəli şəxslərin adını çəkirdi. Bəziləri ilə qohum olduğunu, bəziləri ilə sinif yoldaşı olduğunu, bəzisi ilə əsgər yoldaşı olduğunu və ya başqa variantlarla tanış olduğunu deyirdi. Bir neçə dəfə görüşüb çörək yedik. Mən Bakıya tikinti materialları gətirirdim. O dedi ki, gömrükdə adamları var. Özünün də tikinti şirkətinin olduğunu söylədi. Mənim mallarımı daha ucuz qiymətə gömrükdən keçirəcəyini dedi. Bu da mənə sərf edirdi.

Bir neçə dəfə mal gətirmək üçün pul verdim. Sonra armatur gətirəndə hər tonunda 15 min güzəşt edəcəyini dedi. Bunun üçün 100 min verdim. Amma mallar gecikdi. Keşlədə qatarların dayandığı yük yerindən öyrəndim ki, rüsum ödənmədiyindən malı buraxmırlar. Müxtəlif bəhanələr gətirdi, dedi ki, Hesablama Palatası yoxlama aparır. Əlavə olaraq o malı çıxarmaq üçün 5 min MTN işçisinə, 10 min gömrüyə, 5 min də Hesablama Palatasına vermək adı ilə istədi. Sonra da gəmi ilə mal gətirdik. Həmin malı da gətirəndə problem yarandı. İki dəfə cərimələndik. Azad dedi ki, xərci öz hesabından çıxacaq.

Bir dəfə də dedi ki, qum-çınqıl monopliyasını Ziya Məmmədovdan alıb onun şirkətinə verirlər. Buna görə də 250 min pul lazım olduğunu dedi. Bundan başqa, tender işlərində də adamının olduğunu söyləyirdi. Müdafiə Nazirliyində tender olacaqdı. Mən də öz adamımı Müdafiə Nazirliyinə göndərdim. Orada ona dedilər ki, tender yoxdur. Həmin adamım mənə dedi ki, daha sonra ona polkovnik Sabir Əliyev adlı şəxs zəng edib, deyib ki, siz tenderi udmusunuz. Guya bizim yerlimizdir deyə sevincinin də həddi-hüdudu yox imiş. Tenderə göndərdiyim adamdan nömrəni istədim ki, həmin Əli adlı polkovniklə özüm danışım. Zəng edəndə səsindən bildim ki, həmin adam polkovnik Əli yox, elə Azadın özü imiş. Səsimi eşidən kimi telefonu söndürdü. Sonra Azadla görüşdüm. And-aman elədi ki, polkovnikin adından danışan o deyildi”.

Faiq Muxtarov işə düzəlmək üçün Azad Əliyevə pul verməsi epizodu üzrə də danışıb. O deyib ki, bir neçə il əvvəl MTN-dən ixtisara düşüb: “Məni MTN-ə işə bərpa etdirəcəkdi. MTN-də kadrlar idarəsinin rəisi ilə qohum olduğunu dedi. Düzdür, mənim də bu işdə təqsirim var. Rüşvət verməyə görə mənə veriləcək cəzaya da razıyam”.

Faiq Muxtarov ifadəsinin sonunda ona dəymiş zərərin 300 min manat və 103 min dollar olduğunu deyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru