"ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Nübar Ərbil AzTV-dən getdi .....                     Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ .....                     Hakerlər kimlərdir? .....                     Baş Prokurorluqda YENİ TƏYİNATLAR .....                     “Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib .....                     SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... .....                     Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür .....                 

"Muğanbank"la bağlı ilginc iddialar... - Bankın Eldar Mahmudovla nə əlaqəsi var?
Tarix: 2-10-2019, 10:16 | Çap et
"Muğanbank"la bağlı ilginc iddialar...
Sabiq millət vəkili, “Odlar Yurdu” Universitetinin və “Muğanbank”ın real sahibi Əhməd Vəliyev özünün çətin günlərini yaşayır. Onun kurasiyasında olan müəssisələrinin içərisində ən kritik durumda olan isə “Muğanbank”dır. Bununla bağlı cumhuriyyet.az bildirir ki, xüsusilə son illər bank sektorundakı əvvəlki nüfuzunu itirmiş “Muğanbank” artıq müştəri etimadını da tükəndirib.
İflasdan xəbər verən statistika
Bu ilin əvvəlində “Muğanbank” ASC-nin 2018-ci ilin yekunlarına dair yayılan maliyyə hesabatından da aydın olur ki, “Muğanbank” ötən ili mənfəətlə başa vursa da, bankın faiz gəlirlərində 2017-ci illə müqayisədə 5 faizə yaxın azalma qeydə alınıb. Belə ki, 2017-ci ildə 42 milyon 794 min manat faiz gəliri qazanan bank, 2018-ci ildə 40 milyon 887 min manat qazana bilib. Ümumilikdə 2 milyon manata yaxın faiz gəliri itirən “Muğanbank” həm də ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyyatların yaradılması üçün də 6 milyon 54 min manat ayırmalı olub.
Xatırladaq ki, son illər mətbuatda “Muğanbank”ın çətin maliyyə vəziyyətinə düşdüyü, banka Mərkəzi Bank tərəfindən xəbərdarlıq edildiyi, bağlanma ehtimalının yarandığı və s. barədə məlumatlar yer alıb. Bu da təsadüfi sayılmır, çünki bankın maliyyə göstəriciləri son illərdə onun vəziyyətinin qənaətbəxş olmadığından xəbər verirdi. Bunun sübutu kimi “Muğanbank”ın 2017-ci ildən 6.5 milyon manata yaxın ziyanla çıxmasını göstərmək olar. Doğrudur, bank 2018-ci ili 1 milyon 430 min manat mənfəətlə başa vurub, ancaq göründüyü kimi, bu məbləğ ötən illərdəki ziyanı qapatmaq imkanında deyil.
Bununla yanaşı, maliyyə hesabatından belə görünür ki, “Muğanbank” ötən il mənfəət vergisini də ödəməyib. Bank 26 milyon 772 min manat əməliyyat mənfəəti əldə etmək üçün ümumilikdə 25 milyon 342 min manat işçi heyətinə, əməliyyat xərclərinə və s. xərclərə vəsait ayırmalı olub. “Muğanbank”ın məcmu kapitalı isə 82 milyon 550 min manata çatıb ki, bu da Mərkəzi Bankın tələb etdiyi normadan yüksəkdir.
Rəqəmlərin zərbəsini qaranlıq keçmiş möhkəmlədir
Digər tərəfdən isə adıçəkilən bankın ictimai rəydə mənfi reputasiya qazanmasına mətbuatda bankın adının “MTN işində” hallanmasının da rolu az olmayıb. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığı araşdırmalar zamanı rast gəlinən informasiyalarda iddia olunur ki, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib.
“Muğanbank” kimindir?
Əslində, bu bankın kimə məxsus olduğu elə bankın öz saytında yazılıb. Bekəı ki, saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir – Mehdiyev Elmir Maqbet oğlu – 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı – 12,05 % (Əhməd Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu – 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi) Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 % (Ə.Vəliyevin qudası). Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır.Beləliklə, aydın olur ki, “Muğanbank” Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur.
Məlumatda bildirilir ki, Əhməd Vəliyevin respublikada bank sahibinə çevrilə bilməsində əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.
Bank rəhbərliyinin qanun pozuntusu
2000-ci ildən ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışan, bankın nizamnamə kapitalının 63,5 faizinə sahib olan Elmir Mehtiyevin fəaliyyətinə dair də ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, ASC rəhbərinin ölkənin bank sisteminə ciddi problemlər yaradır və Elmir Mehdiyev müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozaraq biznes fəaliyyəti ilə məşğul olur. Məsələn, “Jalə-Biznes” MMC-nin işçiləri direktoru Elmir Mehtiyevin qanunsuz əməllərinin üstünü açıb. Deyilənlərə görə, şirkətin inşa etdiyi kompleksin dövlət komissiyası tərəfindən təhvili zamanı böyük qanun pozuntularına yol verilib. Belə ki, Elmir Mehdiyev tikinti kompleksinin dövlət qəbulu zamanı komissiya üzvləri ilə “ənənəvi yol”la “razılığa” gəlib. Çünki bu binalardakı bütün mənzillərin sahəsi təsdiq olunan layihədə göstəriləndən 15-20 faiz çoxdur. Lakin problem bununla bitmir. Əvvəlki adı “Jalə-Biznes” MMC, indiki adı isə “Jalə” MTK olan bu şirkətin tikdiyi binadakı mənzillər müştərilərə bank vasitəsi ilə deyil, nağd yolla satılır. Burada əsas məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaqdır. Əgər hüquq-mühafizə orqanları, eləcə də digər müvafiq qurumlar bu məsələni araşdırsalar, bir çox mətləblərə aydınlıq gətirilə bilər.
Emil Mehdiyevin gizli dünyası
Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən, əvvəlki adı “Jalə Biznes” MMC, indiki adı isə “Jalə”
MTK olan şirkətin E.Mehtiyevə məxsus olduğu haqda mətbuatda kifayət qədər məlumatlar yayılıb. Həmin məlumatlara əsaslanaraq cumhuriyyet.az bildirir ki, o, inşa etdirdiyi binalar üçün yaratdığı şirkətləri yaxın qohumlarının adına təsis edib. İş o yerə çatıb ki, rayonda, kənddə mal-qara otaranların adına belə, 3 min kvadratmetrlik ofis özəlləşdirilib. Təbii, burada məqsəd vergidən yayınmaq və daha çox gəlir əldə etməkdir. Onu da qeyd edim ki, Elmir Mehdiyev Mərkəzi Bankın sədri Elman Rüstəmovla yaxınlığı ilə seçilən Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımov, Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin rəhbəri Adışirin Qasımov və Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadovla əlbir olub hündürmərtəbəli binanın 3 mərtəbəsini alıblar. Bu zaman sərf olunan vəsaitlərin dövlət büdcəsinə daxil olub-olmadığını deyə bilməsəm də, 1 məsələ var ki, bu işdə 20 milyon manatdan çox pul xərclənib və nəticədə çox böyük problemlər əmələ gəlib. Nədənsə bu məsələdə Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin rəhbəri Adışirin Qasımovun adı daha çox hallanır. Ümumiyyətlə, adıçəkilən şəxslər Elmir Mehtiyevin bir sıra qanundankənar əməllərini görməzdən gəlir, onun ölkənin bank sisteminə yaratdığı problemləri ört-basdır etməyə çalışırlar”.
Mənbə bildirir ki, E.Mehtiyev bir neçə dəfə “Muğanbank”da ayrı-ayrı şəxslərin adına külli miqdarda kredit açdıraraq öz işlərinin həllinə nail olub: “Elmir Mehtiyev Bülbül prospekti 40 ünvanında inşa edilən göydələnlər kompleksinin sifarişçisidir. Bu binaların tikintisini podratçı təşkilat olan “Falez-memarlıq” həyata keçirir. Elmir Mehtiyev isə dövlət büdcəsinə vergi ödəməkdən yayınmaq üçün podratçı təşkilatla bank vasitəsi ilə deyil, nağd yolla hesablaşır. Bu isə böyük miqdarda vergidən yayınmaqdır. Şirkətdə mənzillərin satışı da nağd yolla həyata keçirilir, yəni yenidən vergidən yayınma baş verir…

Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Bu gün, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Bu gün, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Bu gün, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Bu gün, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Bu gün, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Bu gün, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Bu gün, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Bu gün, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Bu gün, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Bu gün, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Bu gün, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Bu gün, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Bu gün, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Bu gün, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Bu gün, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Bu gün, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Bu gün, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Bu gün, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Bu gün, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Bu gün, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Bu gün, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Bu gün, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Bu gün, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Bu gün, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Bu gün, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Bu gün, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Bu gün, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Bu gün, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Bu gün, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Bu gün, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Bu gün, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Bu gün, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Bu gün, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Bu gün, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Bu gün, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Bu gün, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Bu gün, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Bu gün, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Bu gün, 15:07
"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Bu gün, 15:06
Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Bu gün, 14:00
Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Bu gün, 13:58
Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Bu gün, 13:10
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Bu gün, 13:06
Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi – Universitet aydınlıq gətirdi
Bu gün, 13:04
Dəniz piyada bölmələri ilə təlim keçirilib - VİDEO
Bu gün, 12:58
"Bu, məni çox həyəcanlandırır" - VİDEO
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru