
Azərbaycan həyat sığortası bazarının iştirakçısı olan “Atəşgah Həyat” sığorta şirkətinin bazar payı azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankın (AMB) açıqladığı hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə şirkətin ümumi bazar payı 8,2% təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 2,52 faiz bəndi azalaraq 5,73% olub.
Qeyd edək ki, AMB-nin hesabatında şirkətin yığımlarının da azaldığı qeyd olunub. 2018-ci illə müqayisədə ötən ildə şirkətin yığımlarının həcmi 35% azalıb.