"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                 

Həsənov qardaşlarını nə gözləyir? - Həbs olunacaqlar?
Tarix: 20-08-2020, 09:56 | Çap et
Həsənov qardaşlarını nə gözləyir?
Bir neçə gün öncə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Daha bir sərəncam ilə F.Quliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Dursun Həsənov Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır. 1994-cü ildən diplomatik sahədə çalışan Dursun Həsənov 2016-cı ildən bu vəzifədə idi. Dursun Həsənov 1994-2004-cü illərdə Xarici İşlər Nazırliyində (XİN), 2004-2006-cı illərdə Azərbaycanın İstanbuldakı konsulu, 2006-2009-cu illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin konsulu, 2009-2010-cu illərdə XİN-də müşavir, 2010-2015-ci illərdə Azərbaycanın Türkiyədəki səfirliyində müşaviri, 2015-2016-cı illərdə isə Azərbaycanın Gürcüstandakı səfirliyində səfir müavini vəzifələrində işləyib.

Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) XİN-də keçirdiyi xüsusi əməliyyatdan sonra hakimiyyət diplomatik sahədə “təmizləmələr”ə başlayıb. Yeri gəlmişkən, bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Ramiz Həsənov da DTX-də XİN-in vəzifəli şəxsləri barədə başlanmış cinayət işinin istintaqına cəlb edilib. Lakin o, sonradan açıqlama verərək məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Ehtimal edilir ki, qardaşı Dursun Həsənovun səfir vəzifəsindən geri çağırılmasından sonra Ramiz Həsənovun da karyerasına son qoyula bilər.

Bəzi ehtimallara görə, Dursun Həsənovun işdən çıxarılması silah qalmaqalı ilə bağlıdır. Söhbət Serbiyanın Gürcüstan üzərindən Ermənistana silah satmasından gedir. Bu arada qeyd edək ki, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov həbs olunub.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin deputatı Asim Mollazadə vurğuladı ki, nazirlikdə baş verən hüquq pozuntuları ilə bağlı araşdırma aparılır: “Azərbaycan qanunvericiliyində nəzərdə tutulur ki, səfirlik səlahiyyətinin vaxtının uzadılması ilə bağlı prezidentin xüsusi qərarı olmasa, hər 5 ildən bir səfirlər rotasiya olunmalıdır. Diplomatik xidmət haqqında qanunda hər bir diplomatın iş müddəti müəyyənləşdirilir, buna uyğun olaraq həmin şəxslər rotasiya olunmalıdır. Müəyyən müddət xaricdə çalışan Azərbaycan diplomatı mərkəzdə də işləməlidir ki, nazirliklə əlaqələr uzun müddət ayrılmasın. İndi araşdırmalar gedir, Xarici İşlər Nazirliyində bir çox xoşagəlməz faktlar müəyyənləşdirilib. Ona görə də bu işlər davam etdirilməlidir. Həm də rotasiya prinsipinə uyğun olaraq verilən müddət bitəndən sonra ya başqa ölkəyə getməli, ya da vətənə qayıtmalıdırlar”.

İki qardaşın eyni dövlət strukturunda oxşar vəzifələr tutmasının qanunvericilikdə necə nəzərdə tutulmasına gəlincə, Asim Mollazadə bildirdi ki, əgər onlar bilavasitə bir-birinin tabeliyində deyillərsə, mümkündür və hər hansı məhdudiyyət yoxdur.

Hüquqşünas Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qanunla belə bir qadağa yoxdur ki, iki qardaş eyni strukturda işləyə bilməz: “Bizdə Xarici İşlər Nazirliyində nəinki qardaşlar, o cümlədən ər və arvad eyni strukturda işləyir. Rəhbər vəzifədə olmasa da, ər bir ölkənin, arvad başqa ölkənin səfirliyindədir. Bu, prinsipcə qanuna zidd deyil, ancaq qanunvericilikdə belə məhdudiyyətlərin nəzərdə tutulması məqsədəuyğun olardı”.

Ə.Həsənovun sözlərinə görə, xaricdə Azərbaycanın maraqlarını təmsil edən şəxslərin hüquq pozuntularına yol verməsi, saxlanılması çox neqativ haldır: “Xarici işlər nazirinin işdən kənarlaşdırılması, Eldar Həsənovla bağlı baş verənlər, digər səfirlərimiz haqqında da söz-söhbətin olması təkcə daxili məsələ deyil, xaricilər də bunu izləyirlər. Diplomatlar ölkəni xaricdə təmsil edənlərdir. Bizim haqqımızda belə bir fikir formalaşa bilər ki, bir ölkənin xarici işlər naziri, səfirləri bu vəziyyətdədir. Xarici işlər naziri ən çox səfər etməli olan, kabinetdə oturmağa vaxtı olmayan şəxsdir. Əgər o ”evdən işləyirəm" deyirsə, digərlərindən nə gözləmək olar? Xaricdəki səfirlərin korrupsiyaya qurşanması ölkəmizin imici üçün çox pisdir. Dövlət rəhbərliyi də bunu başa düşür. Görün vəziyyət nə yerdədir ki, artıq bu məsələlər ictimailəşib. Müsbət bir hal odur ki, bu hadisələr ictimailəşdi, ört-basdır etmədilər. Amma istənilən halda xaricdəki imicimiz üçün çox pis haldır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Dünən, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Dünən, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Dünən, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Dünən, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Dünən, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Dünən, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Dünən, 09:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru