Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                 

Prezidentin Sərəncamı düzgün icra olunmur – Ağdam İcra Hakimiyyətindən şikayət
Tarix: 8-01-2021, 09:18 | Çap et
Prezidentin Sərəncamı düzgün icra olunmur
Ermənistanın hərbi təcavüzü nəticəsində mülkiyyətinə ziyan dəymiş Ağdam rayonu Zəngişalı kənd sakini Şahsuvar Şikar oğlu Məmmədov şikayət məktubu ilə redaksiyamıza müraciət edib.

Yenisabah.az-ın məlumatına görə, Ş.Məmmədov müraciətində bildirib ki, 44 günlük Vətən Müharibəsində Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb və nəticədə onun da evinə top mərmisi düşüb. Zərərçəkmişin sözlərinə görə, top mərmisi evin damını, bütün pəncərələri və məişət əşyalarını sıradan çıxarıb, otaqları bir-birindən ayran divarlarda çatlar əmələ gəlib. Ş.Məmmədov iddia edib ki, buna görə dövlətdən ona veriləcək maddi yardım Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən tam şəkildə ünvanına çatdırılmayıb:

“Oktyabrın 12-də Ağdam rayonu Zəngişalı kəndindəki evimə top mərmisi düşüb. Evimə ciddi ziyan dəyib. Qəlpələr bütün hər tərəfə səpələnib, qapı-pəncərələr, çilçıraqlar, şkaflar, termo, televizor, dolab, tozsoran, soyuducular, geyindiyimiz paltarlar yararsız hala düşüb. Evin özü də tam qəzalıdır. 12 pəncərədən heç biri əmələ gələsi deyil. Mərminin yaratdığı zərbə dalğası pəncərələrdən 3-nü tamamilə çərçivədən çıxarıb. Evin damı dağılıb, divarlar çatlayıb. 130 kvadratmetrə yaxın ev qəlbələrdən deşik-deşikdir. Nazirlər Kabinetinin yaratdığı işçi qrupunun üzvləri evimdə oldular, aktlaşdırma işləri apardılar, 3 dəqiqəlik videoçəkiliş etdilər. Bildirdilər ki, evə dəymiş ziyan dövlət tərəfindən aradan qaldırılacaq, əlavə olaraq məişət əşyalarına görə maddi yardım ödəniləcək. Dekabrın 14-də Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamda açıq şəkildə göstərilir ki, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə altı min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə min beş yüz manat məbləğində maddi yardım göstəriləcək. Dekabrın 17-də Baş nazir Əli Əsədovun imzaladığı Sərəncamla zərərçəkmiş əhaliyə maddi yardımın edilməsi üçün Ağdam Rayon İcra Hakimiyyətinə bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz manat vəsait köçürülüb. Əfsuslar olsun ki, Ağdam Rayon İcra Hakimiyyəti ayrılan vəsaiti təyinatı üzrə, tam şəkildə vətəndaşların hesabına köçürməyib”.

Zəngişalı kənd sakini Ş.Məmmədovun iddiasına görə, ona 6 min manat maddi yardım edilməsinə ciddi əsaslar olsa da Ağdam Rayon İcra Hakimiyyəti qeyri-obyektiv bölgü aparıb, cəmi min manat vəsait ödənilib: “Evimdəki şəxsi əşyalarım, o cümlədən televizor, iki soyuducu, tozsoran, paltar şkafları, paltaryuyan, geyimlər mərmi qəlpəsi nəticəsində yararsız hala düşməsinə baxmayaraq, mənə cəmi min manat maddi yardım ödənilib. Həmin məbləğ “Kapital Bank”ın Quzanlı qəsəbəsindəki filialında mənim adıma açılan karta köçürülüb. Belə haqsızlıqla təkcə mən deyil, əksər Ağdam rayon sakinləri üzləşiblər. Bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətinə, Zəngişalı kənd icra nümayəndəliyinə, “Kapital Bank”ın Quzanlı qəsəbəsindəki filialına edilən müraciətlərim, şikayətim cavabsız qalıb. Hər kəs “mən bilmirəm” deyib, məsuliyyəti boynundan atır. Saytınız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək kömək istəyirəm. Xahiş edirəm ki, bizə çatacaq vəsaitin, ayrılan maddi yardımın tam həcmdə ünvanına çatdırılmasına göstəriş verilsin”.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 14-də “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb (https://president.az/articles/48975). Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardımın ödənilməsi qərara alınıb: Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində. Digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində. Nazirlər Kabinetinə bu Sərəncama uyğun olaraq maliyyələşməni təşkil etmək, aidiyyəti yerli icra hakimiyyəti orqanlarına isə nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmək tapşırılıb.

Onu da əlavə edək ki, Azərbaycan Prezidentinin bu Sərəncamının icrasını təmin etmək məqsədilə Baş nazir Əli Əsədov dekabrın 17-də “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” Sərəncam imzalayıb (https://nk.gov.az/az/document/5012/). Həmin sənədə əsasən də Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsait 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsini təmin edilib. Bu vəsaitin 1 848 500 manatı Ağdam Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödənilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Dünən, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Dünən, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
22-02-2025, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
22-02-2025, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
22-02-2025, 23:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru