Milli Qəhrəman atası icra başçısından NARAZIDIR - “Bu şəhidlər abidəsini yaratmaq nə böyük problemdir ki?”
Tarix: 30-05-2022, 12:39 | Çap et
 “Siz biz şəhid ailələrinin istək və arzularını hər dəfə işıqlandıranda məsul şəxslər addım atmağa məcbur olurlar. Bu dəfə də Muradın büstünü düzəltirib evimizə gətirdik. Bizə deyiblər ki, büst Sabirabadda kollecə veriləcək və ondan başqa da bir-iki yerə büstünün qoyulmasıyla bağlı söhbət gedir. Amma Sabirabadda bir neçə şəhidimizin, həmçinin Muradın da adına küçə verildi. Ona qədər Sabirabadda Muradın adına küçə verilməmişdi. Təkcə Şəhidlər Xiyabanında büstü qoyulmuşdu. İndi düzəldilən büstü də heykəltəraş bizə hədiyyə edib”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevin atası Telman Mirzəyev deyib. Şəhid zabitimizin atası hələki həllini tapmayan bir neçə problemi də sadalayıb: “Allah köməyiniz olsun, qalan məsələləri də işıqlandırsanız, ümid edirəm ki, onlar da öz həllini tapacaq. Murad Mirzəyev Milli Qəhrəmandır, amma Sabirabadda bunu başa düşən məmur çox azdır. Muraddan qabaq Sabirabadın iki Milli Qəhrəmanı var və görək onlar üçün harda nə ediblər ki? Milli Qəhrəmanlarımızdan biri Fərhad Əliyevdir, o biri isə Mübariz Əhmədovdur. Bu iki qəhrəmanlarımızın da Şəhidlər Xiyabanında büstü var. Bizə çəkiliş gələndə onlara da göndərirdim ki, onların da haqqında yazı işıqlandırsınlar. Hər bir şəxsin gərək vətəndaşlıq borcu olsun”.
“Ancaq partlayıb, dağılıram ki, şəhidlərimiz...” “Siz gəncsiniz, onu başa düşürsünüz və bilirsiniz ki, Murad Milli Qəhrəmandır, gələcək nəsilə lazımdır. Mən sabah ölüb gedəcəm, yaşlı adamam, dünyanı tutub getməyəcəm ki. Heç kimin qəlbinə də dəymək istəmirəm. Ancaq partlayıb, dağılıram ki, şəhidlərimiz gələcək nəsilə lazımdır. Gələcək nəsil bilsin ki, bizim bir düşmənimiz var və o da ermənidir. Söhbət bundan gedir, bu, Azərbaycanın ən yeni tarixidir”. “Bu şəhidlər abidəsini yaratmaq nə böyük problemdir ki?” “Sabirabad rayonunda bir şəhidin adına bulaq və abidə açılışı yoxdur. Biz bir neçə dəfə məsələ qaldırmışıq ki, rayonumuzun 270 şəhidi var və onların adına abidə qoyulsun. O şəhidlərdən 44 nəfəri Vətən müharibəsində şəhid olub. Üç nəfər isə Milli Qəhrəmanımız var. Bu şəhidlər abidəsini yaratmaq nə böyük problemdir ki? Qoy ailə quran gənclər gəlib oranı ziyarət etsin, bir-birilərinə söz versinlər ki, biz sizin davamçılarınızı dünyaya gətirəcəyik, adınıza layiq övlad yetişdirəcəyik. Boşanma da baş alıb gedir, sabah boşanma da olanda o xanım ərinin yaxasından yapışsın ki, sən şəhidlərin qarşısında söz vermişdin. Bura gənclərin ziyarət yeri olsun, mənim davam budur”. “Bu altı il ərzində ildə 500 metr yol asfalt çəksəydilər...” “270 nəfər şəhidi olan bir rayonda bu abidəni yaratmaq üçün yer tapa bilmirlər. Hər dəfə söz verirlər, amma ortada heç nə yoxdur.
Bizim evdən iki kilometr yarım yol var, illərdir ki, təmirsizdir. Yağış yağanda su qurumur. Bu altı il ərzində ildə 500 metr yol asfalt çəksəydilər, indi problem bitmişdi. Təsəvvür edin ki, bunlar iki kilometr yarım yolu illərdir çəkə bilmirlər. Axı hər xırda şeydən ötrü Cənab Prezidentin qəbuluna da getmək düzgün deyil. Prezident daim tapşırıq verir ki, bütün məmurlar şəhid ailələrini diqqətdə saxlasınlar, lazım olan köməyi etsinlər”. Qeyd edək ki, polkovnik-leytenant Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Xüsusi Təyinatlılarımızın zabiti olan Murad, aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Murad Mirzəyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10 |
|
|
|
• Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08 |
|
|
|
• Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51 |
|
|
|
• Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41 |
|
|
|
• Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32 |
|
|
|
• "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25 |
|
|
|
• Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55 |
|
|
|
• Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49 |
|
|
|
• Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41 |
|
|
|
• Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24 |
|
|
|
• Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21 |
|
|
|
• "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14 |
|
|
|
• 2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09 |
|
|
|
• Bu gün ilk çərşənbədir
Bu gün, 00:07 |
|
|
|
• Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02 |
|
|
|
• "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23 |
|
|
|
• “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21 |
|
|
|
• Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17 |
|
|
|
• “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58 |
|
|
|
• Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30 |
|
|
|
• "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15 |
|
|
|
• Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14 |
|
|
|
• Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00 |
|
|
|
• Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52 |
|
|
|
• "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50 |
|
|
|
• Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37 |
|
|
|
• Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35 |
|
|
|
• Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31 |
|
|
|
• Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30 |
|
|
|
• Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21 |
|
|
|
• Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15 |
|
|
|
• Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13 |
|
|
|
• “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07 |
|
|
|
• Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02 |
|
|
|
• Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53 |
|
|
|
• Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39 |
|
|
|
• Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
• Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33 |
|
|
|
• "Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32 |
|
|
|
• Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28 |
|
|
|
• “Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17 |
|
|
|
• Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12 |
|
|
|
• Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08 |
|
|
|
• "Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06 |
|
|
|
|