Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                 

"Bu bina qanunsuz tikilib, yaşayış binalarının ortasında məktəb tikmək olarmı?" - NARAZILIQ!
Tarix: 13-06-2022, 10:35 | Çap et
"Bu bina qanunsuz tikilib, yaşayış binalarının ortasında məktəb tikmək olarmı?"
Nəriman Nərimanov prospekti 203-də tikilib, istifadəyə verilmiş “21-ci əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” adlı özəl təhsil müəsisəsi bu tikili ətrafında yaşayan sakinlərin ciddi narahatlığına səbəb olur. Təhsil müəsisəsinin yaxınlığında yerləşən bina sakinləri qeyd edirlər ki, onların narahatlığına səbəb olan əsas məsələ səhər saatlarında bina önündə güclü tıxacın yaranması və onların öz avtomobillərini bina həyətindən çıxara bilməmələridir.
Bina sakini Mehriban Şirinova bu barədə redaksiyamıza şikayət edərək bildirib ki, problemlə bağlı yüzlərlə imza toplanılsa da, aidiyyəti qurumlar bu şikayət məktublarına baxmır və görməzdən gəlir: “Bu məktəb 21 ildir ki, fəaliyyət göstərir və biz də bina sakinləri olaraq 21 ildir ki, bu müəsisənin burada açılmaması, hətta məktəbin sökülməsi üçün mübarizə aparırıq. Ona görə ki, bu bina qanunsuz tikilib, yaşayış binalarının ortasında məktəb tikmək olarmı? Hər səhər tıxaca düşmüş maşınlar gəlib binamızın önündə keçir, siqnal səslərindən, yaranmış tıxacdan illərdir əziyyət çəkirik. Bu məktəbin sahibi Arif Qaraşov adlı biridir, hətta bir dəfə məhəllənin böyüklərini qəbul edib, onlara bu problem həll edəcəyini söz vermişdi, amma heçnə dəyişmədi. Məktəbin illik ödənişi on min manatın üzərindədir, məlumdur ki, burada sıravi vətəndaşların övladları təhsil almır. Həmin valideynlər də gətirib öz uşaqlarını bu məktəbə yola salırlar, sonra da saymazyana məhəllənin ortasından keçib gedir, çox zaman da bina önündə tıxaca səbəb olurlar. Bununla bağlı məhəllə sakinləri olaraq, yığışıb bina önünə şlaqbaum saldıq, ancaq FHN-dən gəlib sökdülər. Dedilər ki, BNA-ya müraciət edək, onlarlıq deyil. BNA da deyir ki, bu məsələyə Yol Polisi baxır. Bax, beləcə hər qurum bir-birinin üzərinə atır. Polis rəisinin də qəbulunda olmuşuq, bizə deyib: “Özünüzü yormayın, adam pulunu verib, tikdirib, onsuz da həll olunası problem deyil”. Məktəbin yuxarısında yerləşən bina da “rəssamlar binası” adlanır. Orda nə qədər rəssam, memar, incəsənət nümayəndələri yaşayır, ən azından, onlara hörmət olunmalıdır. Bu tikintidən onlar da narazıdırlar. Məktəb həm bu aşağı məhəllədə, həm də o binanın qarşısında ciddi tıxaca səbəb olur, aidiyyəti qurumlar buna baxmalıdır”.

Mehriban Şirinova onu da bildirib ki, ərazi əvvəllər yaşıllıq idi, indi tikinti işlərinin ucbatından ərazidə bir neçə ağac qalıb: “Buralar yaşıllıq idi, məktəb tikilməmişdən öncə nə qədər ağac kəsildi. İndi bina sakinləri olaraq bir balaca yerimiz qalıb, oranı da əlimizdən alıb, məktəbə qatacaqlar, stadion etmək fikrindədirlər. Məktəbin sökülməsini istəyirik, bu müəsisə sökülsə, bütün problem öz həllini tapacaq. Bizə deyirlər ki, hara şikayət edirik, edək, heç kimin vecinə deyil. Ancaq biz qərarlıyıq, haqqımızı tələb edirik. Bura yaşayış yeridir, yaşayış yerinin ortasında məktəb açıb, insanların narahatlığına səbəb olanlar, qanunlara hörmətsiz yanaşanlar cəzalandırılmalıdır. Amma bu insanlara heçnə təsir etmir”- deyə, bina sakini bildirib.

Problemlə əlaqədar adıçəkilən təhsil müəsisəsində fəaliyyət göstərən işçilərin də fikirlərini aldıq. Məktəb binasının təhlükəsizliyindən məsul əməkdaşı Elxan bəy redaksiyamıza bildirib ki, bina sakinlərinin bir təhsil müəsisəsi ilə belə düşmənçilik aparması anlaşılmazdır: “Burada tikilən obyekt bir təhsil müəsisəsidir və 2001-ci ildəndir fəaliyyət göstərir, vətəndaşlarımızın övladları burada təhsil alır, yəni burada hər hansısa zərərli vərdişlər formalaşdıran, yaxud əxlaqdan kənar davranışlar sərgiləyən bir müəsisə olsaydı, sakinləri anlamaq olardı. Ancaq bura qeyd etdiyimiz kimi bir məktəbdir, insanlara təhsil verir, bir təhsil müəsisəsinin sökülməsini tələb etmək, o müəsisəsinin sahibinin kim olmasından asılı olmayaraq, ən azından, barbarlıq olardı. Bina sakinləri rəssamlar, memarlar və başqa incəsənət xadimləridirlərsə, əksinə, onlar da bu işdə maraqlı olmalıdırlar ki, təhsil müəsisəsi açılsın, hətta daha da inkişaf etsin. Biz burda heç kimə nə narahatlıq veririk, nə də maneçilik törədirik. Hətta təhlükəsizlik əməkdaşlarımız burda bir neçə dəfə “patı, kakos” qəbul edənlərin maşınlara, digər obyektlərə zərər vurduğunu, şüşəsini sındırdığını görüb, qarşısını alıb. O maşınlar da, obyektlər də elə həmin bu şikayətçi bina sakinlərinə məxsusdur. Hətta biz tıxac problemini həll etmək üçün məktəbin aşağısından keçən yolda bir maşın parklama yeri də açmışıq ki, səhərlər sakinlər maşın səsindən narahat olmasınlar. Uşaqların valideynləri də ki, övladlarını məktəbə buraxmaq üçün maşınlarını 10 dəqiqəlik saxlayırlar, daha sonra çıxıb gedirlər. Bunu bu qədər böyüdəcək nə var ki? Paytaxtın bir çox yerində məktəblə yaşayış binaları iç-içədir, heç kim də narazılıq etmir. Qaldı ki, bu məktəbin “qanunsuz” tikilməsinə, elə bir şey yoxdur. Burada təhsil müəsisəsinin açılması üçün bütün aidiyyəti qurumlardan icazə alınıb. Hətta FHN tərəfindən binadan təxliyə planı barədə xəritə də verilib, əgər qanunsuz olsaydı, bu, bizə verilərdimi? Şlaqbaumu da FHN-in əməkdaşları çıxarıblar. Ona görə ki, sakinlər burada qanunsuz şlaqbaum qoymuşdular, əgər bir yanğın hadisəsi baş versə, yanğınsöndürən maşınlar məktəb həyətinə necə daxil ola biləcəklər? Uşaqları necə təxliyə edərik? Bütün bunlar düşünülməlidir. 21 ildir fəaliyyət göstərən bu məktəbi indi bu binada yaşayan hansı sakin özünə maşın alsa, tez gedib şikayət edir. Şikayətçilərin çoxu da maşını olanlardır ki, onlar da sonradan maşın alıblar. Hətta bu məktəbdə öz övladını oxudan bina sakinləri belə var. Onların da bəziləri sonradan məktəbin varlığından narazılıq ediblər”.

Özəl təhsil müəsisəsinin nümayəndəsi onu da qeyd edib ki, ərazidə ağac kəsilməyib, əksinə, yaşıllıqlar salınıb: “Məqsədimiz buranı abadlaşdırmaqdır, park və stadion salınacaq. Həmin yerlərdən bu binanın sakinləri, onların övladları da istifadə edə biləcək. Biz burda heç kimlə düşmənlik etmək niyyətində deyilik. Əgər burda məktəb yox, başqa arzolunmaz obyektlər olsaydı, bina sakinlərini anlamaq olardı. Təhsil müəsisəsini qapatmaq, məktəb sökmək alqışlanası davranış deyil”.
Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru