Gəncədə şəhid ailəsini DİNLƏYƏN YOXDUR... - "QAPILARDA QALMIŞAM..."
Tarix: 1-07-2022, 09:04 | Çap et
 “Prezident deyir ki, şəhid ailələrinin, qazilərin problemlərini diqqətdə saxlayın, onlarla hörmətlə davranın, ancaq gedirsən icra hakimiyyətinə, məmur qapını arxadan bağlayır, qalırsan çöldə”.
Gəncə sakini Nərminə Məmmədovanın oğlu 28 yaşlı Nicat Qasımov İkinci Qarabağ müharibəsində həlak olub.
Nicatın iki övladı hazırda 5 və 8 yaşlarındadır.
Həyat yoldaşı Gülnişan Qasımova ailənin dolanışığı üçün dövlətin Özünəməşğulluq Proqramına qoşulub. Ona tikiş maşını və dərzilik üçün əlavə ləvazimatlar verilib. Ancaq Gülnişan Qasımova dərzilik fəaliyyətinə başlamaq üçün yer tapmır. Elə Nərminə Məmmədova da xeyli müddətdir ki, buna görə Gəncə Şəhər İcra Hakimiyyətinə gedib gəlir.
Onun gəlişindən xəbər tutan baş memar qapını arxadan kilidləyir, ana da kor-peşman geri qayıdır:
“Mənə elə icra hakimiyyətində deyiblər ki, bu işlərə şəhərin baş memarı baxır. Mən də baş memarın qəbuluna düşə bilmirəm. Köməkçisi deyir ki, gözlə, gedim baxım, otağındadır ya yox. Sonra da qapını arxadan bağlayırlar, qalıram qapı arxasında…”.
Nərminə xanım sonuncu dəfə icra hakimiyyətinə ötən həftə gedib, ancaq yenə qapı arxasından qayıdıb. Nərminə Məmmədova icra hakimiyyətinə həm də yaşadığı küçənin işıq sisteminin bərpa olunması üçün gedib-gəlir.
Dediyinə görə, 3 aydan çoxdur ki, yaşadığı Azərbaycan küçəsi “zülmətə qərq olub”. Küçənin işıqlandırma sistemi sıradan çıxıb. Ancaq aidiyyəti qurumlar problemi həll etmir.
O, bu səbəblə icra hakimiyyətinin məsələyə müdaxilə etməsini istəyib:
“3 aydır ki, böyük küçənin bir hissəsi işıqsız qalıb, oğurluq, cinayət artıb. Ya qapı arxasında qalıram, ya da deyirlər, “get, gəlib düzəldəcəklər”. Hər dəfə aldadırlar”.
Nərminə Məmmədovanın başına daha bir maraqlı hadisə gəlib. Bu yaxınlarda Gəncədəki “Təzə bazar” deyilən bazarın açılışına dəvət olunub. Bazarın sahibi bir neçə şəhid ailəsinə qayğı məqsədilə ticarət etmələri üçün onlara bazarda yer ayrıldığını elan edib. Hətta Nərminə Məmmədovaya ümumi sahəsi 40 kvadratmetr olan yer də göstərilib. Ancaq sonradan həmin yer ona verilməyib.
Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Nərminə Məmmədova bir neçə dəfə icra başçısının müavininin qəbulunda olub, ona bir neçə yer təklif olunsa da, razılaşmayıb, nəticədə seçimi özünə buraxıblar.
Dediklərinə görə, təklif ediblər ki, özü yer soraqlasın, icra hakimiyyəti imkanları daxilində həmin yerin şəhid ailəsinin istifadəsinə verilməsinə çalışacaq.
İşıqla bağlı məsələyə gəlincə, qurumdan bildirilib ki, qeyd olunan küçənin işıqlandırma sistemində yaranmış problemlə bağlı aidiyyəti qurumlara müraciət olunub.
Şəhid anasının bu narahatçılığı da dinlənilib və yaxın vaxtlarda problem həllini tapacaq. //Meydan TV//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19 |
|
|
|
• Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10 |
|
|
|
• Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08 |
|
|
|
• Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51 |
|
|
|
• Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41 |
|
|
|
• Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32 |
|
|
|
• "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25 |
|
|
|
• Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55 |
|
|
|
• Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49 |
|
|
|
• Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41 |
|
|
|
• Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24 |
|
|
|
• Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21 |
|
|
|
• "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14 |
|
|
|
• 2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09 |
|
|
|
• Bu gün ilk çərşənbədir
Bu gün, 00:07 |
|
|
|
• Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02 |
|
|
|
• "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23 |
|
|
|
• “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21 |
|
|
|
• Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17 |
|
|
|
• “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58 |
|
|
|
• Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30 |
|
|
|
• "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15 |
|
|
|
• Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14 |
|
|
|
• Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00 |
|
|
|
• Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52 |
|
|
|
• "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50 |
|
|
|
• Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37 |
|
|
|
• Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35 |
|
|
|
• Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31 |
|
|
|
• Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30 |
|
|
|
• Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21 |
|
|
|
• Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15 |
|
|
|
• Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13 |
|
|
|
• “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07 |
|
|
|
• Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02 |
|
|
|
• Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53 |
|
|
|
• Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39 |
|
|
|
• Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
• Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33 |
|
|
|
• "Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32 |
|
|
|
• Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28 |
|
|
|
• “Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17 |
|
|
|
• Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12 |
|
|
|
• Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08 |
|
|
|
|