Yoxa çıxır, sonra bahalaşır: Şəkər tozunun qiyməti ətrafında oyunbazlıq - Dövlət HARA BAXIR?
Tarix: 8-07-2022, 10:51 | Çap et
 Bakıda ərzaq mağazalarında şəkər tozunun tapılmadığı, bəzilərində isə qiymətinin yenidən bahalaşdığına dair məlumatlar yayılıb. Sosial platformada da ərzaq mağazalarında şəkər tozunun olmadığı, bahalaşmaya görə satışının dayandırıldığı barədə paylaşımlara rast gəlinir. Binəqədi qəsəbə sakini Nəzakət Muradova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iki gün öncə şəkər tozu almaq üçün bir neçə mağazaya getməli olub. Onun sözlərinə görə, qəsəbədə üç mağazadan yalnız birində şəkər tozu satılırmış. Digərləri qiymətin bahalaşacağı səbəbindən topdan satışda şəkər tozunun satışının dayandırıldığını söyləyiblər. DİA.AZ xəbər verir ki, Sputnik Azərbaycan paytaxt mağazalarında şəkər tozunun satışı ilə bağlı vəziyyəti araşdırıb.
Öncə yolumuzu Bayıl qəsəbəsində yerləşən "Oba" marketdən salırıq. Bu marketdə satışda bir neçə adda şəkər tozu satılır. Satıcı bildirdi ki, hələ ki, şəkər tozunun topdan satışında problem yaranmayıb: "Bəzi mağazalarda iki gün öncə şəkər tozu tapılmadığından, ərazidə yaşayan sakinlər bizim mağazamızdan gəlib alırdı. Amma artıq deyəsən problem aradan qalxıb". Satıcının dediyinə görə, İmişli Şəkər Zavodunun istehsal etdiyi şəkər tozunun qiyməti ötən ayın 20-dən 10 qəpik bahalaşıb. Ondan sonra hələ ki, qiymət artımı baş verməyib: "Şəkər tozunun bir kiloqramı ötən ayın əvvəlində 1 manat 40 qəpik idisə, hazırda 1 manat 50 qəpikdir". Mağazada şəkər tozunun qiymətinin bahalaşmadığını bildirsələr də, satışda qablaşdırılmış şəkər tozlarının 700 qramı 1 manat 70 qəpiyə təklif olunurdu. Satıcı bildirdi ki, həmin şəkər tozları müxtəlif şirkətlər tərəfindən qablaşdırıldığından, qiyməti də onlar təyin edir.
"Araz" supermarketdə də şəkər tozu satışında qıtlıq müşahidə olunmur. Satıcı hazırda İmişli Şəkər Zavodunun istehsalı olan şəkər tozunun ötən ayla müqayisədə 10 qəpik baha satıldığını, qiymətdə yenidən artım olmadığını söylədi. Lakin etiraf etdi ki, qablaşdırılmış şəkər tozlarının qiymətində artım var. "Riçmond" şəkər tozunun 800 qramının qiyməti 1 manat 65 qəpikdir. "Qidam" 800 qramlıq şəkər tozu 1 manat 69 qəpikdir. Satışda Ukrayna istehsalı olan şəkər tozlarının qiymətində isə bahalaşma var. 1 kiloqramlıq Ukrayna istehsalı olan "Maestro" şəkər tozu hazırda satışda 2 manat 29 qəpiyə təklif olunur. 5 kiloqramlıq "Maestro" şəkər tozu 9 manat 19 qəpiyə satılır. Satıcı iri çəkidə şəkər tozunun bahalaşdığını bildirib. Kiçik ərzaq mağazalarında isə şəkər tozunun qiymətində nəzərəçarpacaq artım var. Ölkə istehsalı olan şəkər tozunun qiyməti Yasamal ərazisində yerləşən marketlərdə 1 manat 70 qəpik olub. Satıcı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda çəki ilə satılan şəkər tozuna tələbat artıb. Bu isə bəzi mağazalarda şəkər tozu qıtlığı yaradıb: "Bizə yaxın günlərdə şəkər tozunun qiymətinin bahalaşaraq 2 manat olacağını bildiriblər. Hələ ki, qiymət 1 manat 70 qəpikdir. Amma meyvə mövsümünə görə şəkər tozunu 10-20 kilo alırlar. Hamı qışa tədarük üçün mürəbbə bişirir. Şəkər tozu demək olar ki, gələn kimi bir günə satılıb qurtarır. Ona görə avqusta qədər yenidən bahalaşacağını deyiblər".
Satıcı ilə söhbət zamanı öyrəndik ki, 50 kiloqramlıq şəkər tozunun bir kisəsi hazırda mağazada 85 manatdır. Xatırladaq ki, Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti ötən ayın 20-də 75 manatadək bahalaşmışdı. Həmin vaxtadək isə şəkər tozunun 50 kiloqramlıq bir kisəsi 67 manata satılırdı. Yanvar-may aylarında Azərbaycana 14,4 min ton şəkər tozu ixrac edilib. İxrac edilən şəkər tozunun dəyəri 9,2 milyon dollar olub. 2021-ci ilin müvafiq dövründə dəyəri 16,2 milyon dollar olmaqla 31,6 min ton şəkər tozu ixrac edilib. Dünyada şəkər tozunun qiymət aprel ayına nisbətən 1,1 faiz azalsa da, illik əsasda 12,6 faiz artıb.
Mart ayında "Azərsun Holdinq" MMC mətbuatda ölkədə şəkər tozu qıtlığının yaranması barədə məlumatlara münasibət bildirmişdi. Şirkətlər qrupu bəyan edib ki, regionun ən böyük şəkər istehsalı müəssisəsi olan İmişli Şəkər Zavodu ("Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC) tam gücü ilə fəaliyyətini davam etdirir. "Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq", - deyə Holdinq bəyan edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10 |
|
|
|
• Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08 |
|
|
|
• Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51 |
|
|
|
• Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41 |
|
|
|
• Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32 |
|
|
|
• "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25 |
|
|
|
• Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55 |
|
|
|
• Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49 |
|
|
|
• Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41 |
|
|
|
• Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24 |
|
|
|
• Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21 |
|
|
|
• "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14 |
|
|
|
• 2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09 |
|
|
|
• Bu gün ilk çərşənbədir
Bu gün, 00:07 |
|
|
|
• Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02 |
|
|
|
• "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23 |
|
|
|
• “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21 |
|
|
|
• Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17 |
|
|
|
• “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58 |
|
|
|
• Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30 |
|
|
|
• "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15 |
|
|
|
• Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14 |
|
|
|
• Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00 |
|
|
|
• Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52 |
|
|
|
• "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50 |
|
|
|
• Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37 |
|
|
|
• Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35 |
|
|
|
• Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31 |
|
|
|
• Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30 |
|
|
|
• Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21 |
|
|
|
• Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15 |
|
|
|
• Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13 |
|
|
|
• “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07 |
|
|
|
• Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02 |
|
|
|
• Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53 |
|
|
|
• Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39 |
|
|
|
• Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
• Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33 |
|
|
|
• "Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32 |
|
|
|
• Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28 |
|
|
|
• “Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17 |
|
|
|
• Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12 |
|
|
|
• Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08 |
|
|
|
• "Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06 |
|
|
|
|