Heydər Əsədov yeni dəyişikliyə hazırlaşır - Oliqarx-məmurlar da zərərlə çıxacaq
Tarix: 3-02-2014, 12:33 | Çap et
DİA.AZ: - Kənd təsərrüfatı naziri postuna təyin olunandan sonra Heydər Əsədovun köklü islahat cəhdlərinə verilən qiymət barədə keçən günlərdə məlumat vermişdik. Aydın olanı o idi ki, Hesablama Palatasındakı rəhbərlik dönəmində əli pula oynamağa alışmış Heydər Əsədov da KTN-də əsasən gəlirgətirən nöqtələrə həmlə etməsi ilə diqqətləri cəlb etməkdədir. Belə ki, yalnız keçmiş nazir, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovun gəlir sahələrini ələ keçirməklə, həmin yerlərdəki kadrları dəyişərək, öz adamlarını təyin etməklə kifayətlənən Heydər Əsədov yerdə qalan digər kadrlarla yola davam deməyə üstünlük verdi.
Amma bütün bunlar görüntüdə olanı imiş. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbələrdən informasiya ötürülüb. Xəbəri verən qaynaq iddia edir ki, Heydər Əsədov yaxın günlərdə nazirliyə rəsmən «süpürgə çəkməyə» hazırlaşır. Məlumatı verən mənbənin sözlərinə görə, təxminən 20-yə yaxın nazirliyin aparat işçisinin vəzifəsindən alınması gözlənilir: «Təbii ki, bütün bu dəyişikliklər eyni gündə baş verməyəək. Amma artıq Heydər Əsədovun «qara siyahısı» hazırdır - deyə bilərik».
Keçən günlərdə məlumat verərək bildirmişdik ki, bu gün Heydər Əsədov əslində Hesablama Palatası üzərində də nəzarətini qoruyub saxlamaqdadır və bu imkanlarından KTN şefi postundakı mövqeləri naminə istifadə edir. Mənbənin söylədikləri: «KTN-nin ayrı-ayrı strukturları üçün Hesablama Palatası bir kabusa çevrilib. HP Heydər Əsədovun ən ağır silahıdır. Şübhəli qaldığı istənilən bir KTN strukturu məhz HP-nin mütəxəssisləri tərəfindən təftiş olunur».
Xatırladaq ki, bu günlərdə HP tərəfindən belə bir açıqlama verildi ki, qurum KTN-nin strukturlarından olan «Aqrolizinq»də yoxlama həyata keçirəcək. Əslində bu başlanğıc, anons idi. Və realda təkcə yoxlanılanı «Aqrolizinq» deyildi. Bu barədə danışan mənbə bildirir ki, İsmət Abbasovun bütün yeyinti yerlərini bir-birinin ardından aşkara çıxaran Heydər Əsədov paralel şəkildə «Aqrolizinq»də, Dövlət Baytarlıq İdarəsində, «Fitosanitar» idarəsində, «Aqrokredit»də yoxlamalar təşkil edib:
«Bu qurumlar məhz İsmət Abbasovun «incə nöqtələri» hesab olunurdu. Yəni gəlir gətirən yerləri. Eyni zamanda Heydər Əsədov Hesablama Palatasının mütəxəssislərinə KTN xətti ilə subsidiyaların verilməsi prosesini də analiz etdirir və ortaya ilginc faktlar çıxır. Belə ki, aydın olur ki, sən demə, bu günə qədər İsmət Abbasov yerlərdə subsidiyalar hesabına çox ciddi gəlir əldə edirmiş».
Mənbə bildirir ki, hər bir rayonda bu iş icra başçısının müavinlərindən birinin nəzarəti altında olur: «Əkilməyən torpaqlar belə əkilmiş torpaq kimi rəsmiləşdirilir. Bu ona görə lazımdır ki, dövlət tərəfindən əkin və biçin üçün ayrı-ayrılıqda ayrılan 40 manat, ümumi olaraq ayrılan 80 manatlıq vəsait mənimsənilsin. Təsəvvür edin, hər hektardan mənimsənilən 80 manat hesabına dövlət büdcəsindən hansı həcmdə pul oğurlanıb?».
Heydər Əsədov İsmət Abbasovun «qanadlarını» necə budayır?
Tək mənimsəniləni bunlar deyil. Mənbəmiz bildirir ki, Heydər Əsədov gələndən sonra İsmət Abbasovun digər «incə nöqtələrini» - gəlir yerlərini də aşkarlayaraq ortaya çıxarıb və hər bir sahəyə öz adamlarını təyin edib: «Bu gün KTN sistemində pul gətirən bütün istiqamətlərdə Heydər Əsədovun adamları yerləşdirilib. Halbuki dünənə qədər həmin sahələrdə İsmət Abbasovun adamları idi. Bu sahələrə nəzarət üçün mütəxəssis olmaq o qədər də vacib deyil. Əsas olanı pul yığmağı bacarasan».
Mənbəmiz bildirir ki, yuxarıda qeyd olunan bütün istiqamətlər təftişə uğradığından və əl dəyişdirdiyindən bu gün «Aqrolizinq»də, Dövlət Baytarlıq İdarəsində, «Fitosanitar» idarəsində, «Aqrokredit»də və subsidiyaların verilməsində rüşvətin miqdarı 5 faiz artıb. Maraqlıdır ki, bu beş vaizlik artım «Hesablama Palatasının payı» kimi xarakterizə olunur. Yəni Heydər Əsədov HP-dən ayrılsa da, oradakı dostları üçün «çörəkpulu yeri» imkanı da yaratmağı unutmur».
Bu gün «Aqrolizinq»də, Dövlət Baytarlıq İdarəsində, «Fitosanitar» idarəsində, «Aqrokredit»də Heydər Əsədovun adamlarının meydan suladığını bildirən mənbəmiz əlavə edir ki, bütün bunlara paralel olaraq yeni KTN şefi İsmət Abbasov üçün dəyərli hesab olunan spirtli içki sənayesi biznesinə nəzarəti də ələ keçirib və bunun da nəticəsində sözügedən istiqamətdə də ciddi RÜŞVƏT BAHALAŞMASI müşahidə olunmaqdadır.
Mənbənin bildirdiyinə görə, əgər dünənə qədər, yəni İsmət Abbasovun vaxtında çaxır və şampan içkilərinin istehsalı üçün müəssisələr KTN-dən bir lisenziyaya görə 60 min manat rüşvət ödəyirdilərsə, Heydər Əsədovun gəlişindən sonra rüşvətin miqdarı 80 min manata qədər qalxıb. Bu hələ harasıdır? Əsas bahalaşmanın araq sənayesində özünü göstərdiyini bildirən mənbəmiz iddia edir ki, dünənə qədər araq istehsalı üçün tələb olunan lisenziyaya 120 min manat ödəyən sahibkarlardan bu gün 150 min manat rüşvət istənilir. Yəni Heydər Əsədovun gəlişi özünü bu şəkildə göstərib: RÜŞVƏTİN BAHALAŞMASI FORMASINDA…
Və indi də aydın olur ki, artıq Heydər Əsədov İsmət Abbasovun digər kadrları ilə də yollarını ayırmağa hazırlaşır. Qərarın icrasına isə yaxın günlərdə start veriləcəyini söyləyən bilgili qaynaq onu da əlavə edib ki, KTN-dəki kadr islahatları zamanı həm də ayrı-ayrı məmurların bu nazirliklərdəki «təmsiçlçilikləri» hədəfə alınacaq: «İsmət Abbasovun vaxtından KTN sektorunda çox nüfuzlu oliqarx-məmurlar qərarlaşıblar. Onlar köhnə nazirlə münasibətlərindən istifadə edərək öz adamlarını KTN-də vəzifəyə də gətirmişdilər. İndi isə İsmət Abbasovdan qalma həmin dairələr də prosesdən zərərlə çıxacaqlar».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|