![Heydər Əsədov Qərib Məmmədovun komitəsini ələ keçirir? Heydər Əsədov Qərib Məmmədovun komitəsini ələ keçirir?](/uploads/posts/2014-04/1396860774_0001.jpg)
DİA.AZ: - Hakimiyyət daxilində yeniliklər gözlənilir. Bildirələnə görə, nəzərdə tutulan yeniliklər çərçivəsində bir sıra struktur islahatlarının həyata keçirilməsi planlaşdırılır.
Nazirlər Kabinetindəki bilgili qaynağın DİA.AZ-a verdiyi xəbərə görə, islahatların hədəfində bir neçə dövlət qurumu var: «Artıq bir sıra yeniliklərin qərarı verilib. Sadəcə bu prosesin start düyməsinin basılması zamanı dəqiq deyil. Amma ortada niyyyət və tədarük var».
![Heydər Əsədov Qərib Məmmədovun komitəsini ələ keçirir? Heydər Əsədov Qərib Məmmədovun komitəsini ələ keçirir?](/uploads/posts/2014-04/1396860794_02.jpg)
Gələn məlumata görə, uzun müddətdir adı mətbuatda mənfiyə hallandırılan Diasporalarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun gözlənilən kampaniyanın qurbanları arasındadır:
![Heydər Əsədov Qərib Məmmədovun komitəsini ələ keçirir? Heydər Əsədov Qərib Məmmədovun komitəsini ələ keçirir?](/uploads/posts/2014-04/thumbs/1396860783_01.jpg)
«Nazim İbrahimov görəvindən alınacaq, amma Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edilərək, kənd təsərrüfatı nazirliyinə birləşdiriləcək. Bunu da Heydər Əsədovun qələbəsi kimi yozmaq olar».