AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                 

Fətullah Güləndən xeyir əvəzinə ziyan görən daha bir məmur - Nurçularla şərikli biznes Qorxmaz Hüseynovu bitirir
Tarix: 21-05-2014, 11:26 | Çap et
Fətullah Güləndən xeyir əvəzinə ziyan görən daha bir məmur
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yaxın günlərdə işdən çıxarılacaq. Onun yerini isə spiker Oqtay Əsədovun yaxın qohumlarından biri tutacaq. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, Qorxmaz Hüseynovla bağlı qərarın verilməsinə səbəb “Azərsu” şefinin son dövrlər buraxdığı bir sıra səhvlər, iri yeyinti məsələlərində adının qabarıq şəkildə hallanması, habelə nurçularla bağlı şirkətlərlə geniş əlaqələr qurması olub.
Mənbənin sözlərinə görə, ASC rəhbərinin xüsusən də pullarını xaricə çıxarmaq cəhdi də yuxarı dairələrin diqqətindən qaçmayıb. “Avisa” sistemi ilə pullarını ölkədən çıxaran Hüseynovun bu hərəkətlərinin üstü açılıb. İcazəsiz milyonlarla vəsaiti başqa bir ölkəyə transfer cəhdlərinin bədəlini ödəyəcək.
Mənbə bildirir ki, Qorxmaz Hüseynovu əvəzləyəcək spikerin qohumunun adı hələlik açıqlanmır. Amma onun bu sahəyə naşı olmadığı barədə məlumatlar var.

“Azərsu” uzun müddət Milli Məclisin sədri Oqtay Əsədovun nəzarətində olub (spiker 2005-ci ilə qədər ASC-yə başçılıq edib). O spiker seçildikdən onu bu postda yaxın qohumu Nizaməddin Rzayev əvəzləyib. 2011-ci ilə qədər “Azərsu” spikerin obyekti kimi tanınıb. 2011-ci ilin fevralında ASC-nin idarə heyətinin sədri, “spikerin adamı” Nizaməddin Rzayev işdən çıxarıldı. Onun yerinə ARDNŞ-in vitse-prezidenti, Bəylər Əyyubovun kadrı sayılan Q.Hüseynov təyin edildi. Görünür, spiker yenidən “Azərsu”yu ələ keçirmək iddiasını ortaya qoyub.

Q.Hüseynovun nurçularla əlaqələrinə gəldikdə isə, bu barədə mediada məlumatlar dərc edilib. Gunxeber.com bununla bağlı araşdırma aparıb və maraqlı faktlar ortaya çıxıb. Q.Hüseynov Gülən camaatının Bakıdakı təmsilçiləri ilə böyük biznes qurub. “Azərsu” ASC-nin sifarişlərinin əksəriyyətinin Gülən camaatına məxsus olduğu iddia edilən “Hidro-Lotus” MMC gerçəkləşdirir. ASC-nin sifarişi ilə MMC ölkə üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələri həyata keçirir. MMC ASC-nin bir neçə yüz milyonluq layihələrinə sahib çıxıb. MMC-nin başında Bülənd adlı kürd mənşəli Türkiyə vətəndaşı durur. MMC-nin onlarla podratçıya çatacaq pulu mənimsəməsi barədə məlumatlar var.

MMC-nin saytında müəssisənin 26 iyul 2011-ci ildə dövlət qeydiyyatından keçdiyi bildirilir (BURADAN BAX). Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 29-da (məşhur Şəki restoranının arxasında) yerləşən “Hidro-Lotus” MMC Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli sərəncamına müvafiq olaraq “Azərsu” ASC ilə Bakı və ölkənin müxtəlif rayonlarında təmiz və çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması sahəsində müxtəlif müqavilələr imzalayıb. Elə bu məlumatlarda da nəhəng korrupsiya ocağının anonsu verilir – Nazirlər Kabinetin sərəncamından cəmi 11 gün sonra yaradılan MMC dəyəri yüz milyonlarla ölçülən layihələrə cəlb edilib. Bu tender qanunvericiliyinin açıq aşkar pozulması deməkdir.

Fətullah Güləndən xeyir əvəzinə ziyan görən daha bir məmur

Nazirlər Kabinetinin sərəncamı ilə “Azərsu”ya icazə verilib ki, “müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasın.

“Azərsu” ASC isə hətta bu qanunsuz sərəncama da axıra qədər məhəl qoymayıb. Bu sərəncamdan cəmi 11 gün sonra yaradılan “Hidro-Lotus” MMC ilə bir neçə yüz milyonluq müqavilə imzalayıb. “Hidro-Lotus” MMC-nin 70 faizi “Hidro-İnşaat Servis”ə, 30 faizi isə Türkiyənin “Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirkəti”nə (qısaca “Lotus”) məxsusdur. “Hidro-İnşaat Servis” MMC-də 2011-ci ildə qeydiyyatdan keçib. Onun təsisçisi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğludur. Bu MMC 2011-ci ilin aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra “Azərsu”nun layihələrinə cəlb olunub. Ardınca da Türkiyə şirkəti ilə “Hidro-Lotus” MMC-ni təsis edərək ASC-nin nəhəng layihələrinə cəlb edilib.

Qorxmaz Hüseynov ASC-nin rəhbəri təyin olunduqdan sonra (14 fevral 2011-ci il) müəssisəyə dövlət sərmayələri kəskin çoxalıb. Məsələn, 2011-ci ildə ASC-yə 198 milyon manat investisiya yatırılmışdırsa, 2012-ci ildə bu məbləğ 2 dəfədən çox artaraq 580 milyona, 2013-cü ildə 734 milyon manata, 2014-cü ildə isə 394 milyon manata çatıb. Yəni Q.Hüseynovun dönəmində ASC-yə 1 milyard 708 milyon manat (2,2 milyard dollar) yatırım qoyulub. Görünür, bir elə etimadın fonunda Q.Hüseynovun “səhvə” yol verməsi və Gülən camaatı ilə biznes əlaqələri onun hədəfə alınmasına səbəb olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

GUNXEBER.COM










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru