Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                 

RƏSMİ BAKININ ABSURD GEDİŞİ
Tarix: 27-01-2012, 12:28 | Çap et
RƏSMİ BAKININ ABSURD GEDİŞİ

AZƏRBAYCAN TƏRƏFİ ŞTRASSERİN İSTEFASINI TƏLƏB EDİB

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

- Yanvarın 26-da AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsində Azərbaycanla bağlı dinləmələr nə qədər əhəmiyyətli idi? Sizcə, bu, sonu görünməyən bir məsələdə növbəti epizod deyilmi?”
- Alman məruzəçi Kristof Ştrasser bu yaxınlarda “Azadlıq” radiosunda bəyan etmişdi ki, ona Azərbaycana səfər etmək imkanı yaradılmazsa, şəxsən onun və Hüquqi məsələlər və insan haqları Komitəsi tərəfindən təşkil edilmiş bu dinləmələrin nəticəsinə əsaslanaraq hazırda yazmalı olduğu hesabatı hazırlayacaq. Bu səbəbdən, ekspertlərin səsləndirdiyi bəyanatlar və komitə üzvlərinin şərhləri doğrudan da çox əhəmiyyətli idi.

- Nəyə görə Ştrasser hesabatı hazırlamaq üçün bu günə qədər Azərbaycana səfər etməyib?”
- Azərbaycan tərəfi Avropa Şurasının tamhüquqlu üzvü kimi öz öhdəliklərinə sadiqdir, məruzəçilərin səfərlərinin baş tutmasına hər bir imkanın yaradılması da bura daxildir. Azərbaycan tərəfi AŞPA-ya rəsmi qaydada müraciət edərək bildirib ki, Ştrasserin 2012-ci il ərzində ölkəyə səfər etməsi nəzərdə tutulur. Lakin biz həm ona, həm də bizə “siyasi məhbusu” adi cinayətkardan fərqləndirə bilməyi imkan verən hüquqi çərçivənin yaradılmasında israrlıyıq. Artıq bu debat neçə ildir, şəffaf və açıq şəkildə davam edir, çox təəssüf ki, bizə məlum olmayan səbəblərə görə, Avropa Şurası bu debatlara qatılmaqdan boyun qaçırır. Siz də bilməlisiniz ki, “siyasi məhbus” termini Avropa Şurasının ədliyyə institutu olan Avropa İnsan Haqları Məhkəməsi tərəfindən heç vaxt istifadə edilməyib. Bundan əlavə, digər beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və hətta “Amnesty İnternational” kimi tanınmış insan haqlarının müdafiəsində duran təşkilatlar da bu termindən istifadə etmir.

- Niyə istifadə etmirlər?
- Bu, normal haldır. Çünki heç bir beynəlxalq təşkilat indiyə qədər kimin siyasi məhbus olduğunu, kimin olmadığını müəyyən edən meyar barədə debat təşkil etməyib. Lakin əvvəl-axır bunu kimsə etməlidir. Avropa Şurasına bəzən “Avropanın vicdanı” təşkilatı deyirlər, ona görə də bu məsələ Avropa Şurasının işi olmalıdır. Lakin onlar bunu etmirlər. Cənab Ştrasser, komitə katibliyinin məsləhəti ilə nə vaxtsa AŞPA rəhbərliyinin tapşırığı ilə bir neçə ekspertin hazırladığı hesabatda göstərilən meyarları özünün hesabat yazması üçün kifayət olduğunu hesab edir, amma bu, əlbəttə ki, belə deyil. Bu “meyarlar” heç bir zaman plenar sessiyada müzakirə edilməyib, bu da o deməkdir ki, onlar siyasi və hüquqi səviyyədə razılaşdırılmayıb. Bu “meyarlar” bir neçə ekspertin şəxsi rəyindən başqa bir şey deyil.

- Beləliklə, siz təkid edirsiniz ki, açıq debatda müzakirə edilən və səs çoxluğu ilə plenar sessiyada qəbul edilən meyarlar olmalıdır, amma Avropa Şurası bunu etmək istəmir...
- Tamamilə düzdür. Bildiyiniz kimi, ölkəmiz uzun illərdir, müxtəlif düşmənlər tərəfindən hücumlara məruz qalır. Qısqanclıqlarını gizləyə bilməyən erməni və digər ölkələrin lobbiləri, mümkün olduğu qədər bizi çətinliklərə salmaq üçün iş aparırlar. Onlar bütün Avropada böyük gücə malikdirlər və yaxşı təşkilatlanıblar. Biz bunun nəticələrini hər gün görürük, məsələn bu günlərdə ABŞ-da olan erməni lobbisinin Kaliforniyada lobbiçiliyi nəticəsində ABŞ-ın Bakıdakı səfiri Azərbaycanla münasibətdə konstruktiv mövqe tutduğu üçün geri çağırıldı.

- Yenidən dinləmələrə qayıdaq. Dinləmələrin əsas məqsədi nə idi və ekspert qismində kimlər çıxış edirdi?
- Aydındır ki, cənab Ştrasserin bu dinləmələrlə bağlı böyük gözləntiləri var idi. Bu səbəbdən o, jurnalist Eynulla Fətullayevi, Azərbaycanda İnsan Haqları Mərkəzinin sədri cənab Eldar Zeynalovu və Azərbaycanda Demokratiyanın İnkişafı və İnsan Haqlarının Müdafiəsi fondunun direktoru Murad Sadəddinovu dəvət etmişdi. Bizim parlament nümayəndə heyətinə də bir ekspert dəvət etmək imkanı yaradılmışdı, bu, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev idi. Beləliklə, cənab Ştrasser iki keçmiş məhbus və bir insan haqları müdafiəçisini dəvət etmişdi. Onların hər biri cənab Ştrasserin mandatı ilə bağlı rəyini bildirdi. Onlar Ştrasserin fəaliyyətini çox mənfi qiymətləndirdilər. Ştrasserin dəvət etdiyi ekspertlər bildirdilər ki, cənab Ştrasser tərslik etməsi və praktiki fəaliyyət qura bilməməsi ucbatından təyin edilməsindən neçə il keçməsinə baxmayaraq, indiyə qədər heç bir nəticə əldə edə bilməyib. Eynulla Fətullayev həmçinin vurğuladı ki, bu məsələdə mütləq meyarlar əvvəl müəyyən edilməlidir. Digər hüquq müdafiəçisi Murad Sadəddinov bildirdi ki, 2 il ərzində Ştrasserə elektron poçtla göndərdiyi heç bir məktubuna cavab ala bilməyib. Ştrasserin özü tərəfindən seçilərək dəvət edilən ekspertlərin hər birinin verdiyi ifadə ona qarşı yönəlmişdi. Biz ona bu məsələ ilə bağlı bir neçə dəfə müraciət etmişik, lakin sanki bu sözləri cansız divara söyləyirsən. Ümid edirəm, o indi anlayır ki, komitə katibliyi onu nə qədər səhv yola yönəldib. Ştrasserin dəvət etdiyi hər 3 ekspert siyasi məhbus probleminin hüquqi müstəvidə həlli üçün meyarlar barədə AŞ-nın hüquqi sənədi olmasının vacibliyini bildirdi.

- Ekspertlərin çıxışlarından sonra komitə üzvü olan parlamentarların reaksiyası necə oldu?
- AŞPA-nın Hüquq məsələləri və insan haqları Komitəsi üzvlərinin mütləq əksəriyyəti beynəlxalq səviyyədə tanınmış hüquqşünaslardır, aralarında hətta keçmiş hakimlər də var. Ona görə də onlar hər zaman hər bir məsələyə hüquqi müstəvidən baxmağa üstünlük verirlər və mən bu yanaşmanı çox yüksək dəyərləndirirəm. Qısa olaraq onu bildirmək istərdim ki, çıxış edən komitə üzvlərinin əksəriyyəti Monitorinq Komitəsinin məruzəçilərinin işini təkrarlamaqdansa, bu məruzəçinin daha çox akademik və hüquqi aspektlərə üstünlük verən bir yanaşma nümayiş etdirməsinin vacibliyini təkidlə bildirdilər. Burada fərq nədən ibarətdir? Mənim də üzvü olduğum AŞPA-nın Monitorinq Komitəsi demək olar ki, gündəlik olaraq yeni qəbul edilmiş üzv ölkələrin öz vəzifə və öhdəliklərini necə yerinə yetirmələrinə nəzarət edir. Bu fəaliyyət hər bir ölkə üçün iki həmməruzəçi tərəfindən həyata keçirilir. Bizim ölkə üçün bu fəaliyyət bir ispan və bir maltalı millət vəkili tərəfindən aparılır. Cənab Ştrasser bir neçə gün bundan əvvəl bəyan etdiyi memorandumunda bildirir ki, onun Ukrayna və ya Rusiya Federasiyasına gedərək orada “siyasi məhbus” məsələsini araşdırmasına ehtiyac yoxdur, çünki onsuz da Monitorinq Komitəsindən olan həmməruzəçilər bu məsələni araşdırırlar. Digər tərəfdən isə, o yalnız Azərbaycana gedərək məruzə hazırlamasında israrlıdır, baxmayaraq ki, bir az əvvəl izah etdiyim kimi, bizim ölkə də monitorinq prosesi altındadır və digər məsələlərlə yanaşı, “siyasi məhbus” məsələsi onun həmməruzəçiləri tərəfindən araşdırılır.

- O zaman Hüquq Məsələləri və insan haqları üzrə Komitənin Monitorinq Komitəsindən fərqi nədir?
- Üzv ölkədən gələn hər bir fərdi şikayətə baxmalı olan Monitorinq Komitəsindən fərqli olaraq, Hüquq məsələləri və insan haqları Komitəsi qlobal hüquqi məsələlərlə məşğul olur. Buna görə də, adətən bu komitənin Monitorinq Komitəsi ilə eyni iş aparması mümkün deyil, çünki bu komitələr arasında müəyyən edilmiş səlahiyyət və iş bölgüsü tam aydındır. Lakin, cənab Ştrasser Hüquqi məsələlər və insan haqları Komitəsinin məruzəçisi kimi, hər bir vəchlə Azərbaycana səfər edərək monitorinq aparmağa can atır, hətta bu işi görmək üçün əlində meyarı olmaya-olmaya! Beləliklə, İnsan Haqları Komitəsinin iclasda iştirak edən üzvlərinin böyük əksəriyyəti bu gün açıq şəkildə bildirdilər ki, “siyasi məhbus” məsələsinin həlli ilə bağlı Avropa Şurasında yeni səhifə açılmalıdır və nəhayət məsələ öz obyektiv həllini tapmalıdır. Hesab edirəm ki, cənab Ştrasser öz səlahiyyəti çərçivəsindən kənara çıxmamalıdır. Ona təklif edilməlidir ki, o İnsan Haqları Komitəsinin birbaşa səlahiyyətinə daxil olan bir işlə məşğul olsun, yəni “siyasi məhbus” terminin meyarlarını müəyyən edən hesabat yazsın. Hər bir halda, mənim üçün çox maraqlıdır ki, o, “Azadlıq” radiosunda bəyan etdiyi kimi, bu gün komitədə dinləmələr zamanı ünvanına səslənən ittiham və tənqidi fikirləri də öz hesabatına daxil edəcək, ya yox?

- Bu gün həm ekspertlər, həm də komitə üzvləri onun tutduğu mövqe ilə razılaşmadıqlarını bildiriblər. Bəs indi növbəti addım nə olacaq?
- Komitənin bir neçə tanınmış üzvü cənab Ştrasserə təklif etdilər ki, əgər o hələ də Azərbaycana səfər edərək hesabatını yazmaq istəyirsə, bu ölkəyə getməlidir, lakin o digər ölkələrə də səfər edərək ümumi hüquqi çərçivə və meyar müəyyən edən bir sənəd hazırlamalı, Monitorinq Komitəsindən olan həmkarlarının bu və ya digər ölkədə apardıqları monitorinq fəaliyyətini təkrar etməməlidir. Hətta belə bir fikir də səsləndirildi ki, həm Azərbaycandan gələn ekspertlər, həm də komitə üzvləri tərəfindən açıq şəkildə biabır edilən cənab Ştrasser istefa verməli və başqa bir məruzəçi ilə əvəz edilməlidir. Mənim fikrimcə hər iki variant məqbuldur. Lakin bir məsələ aydın olmalıdır - Azərbaycan hər vasitə ilə Avropa təşkilatları qarşısında götürdüyü vəzifə və öhdəliklərinə əməl edir. Buna misal olaraq, bu yaxınlarda ölkəmizə demokratiya və insan haqları sahəsində Avronest Parlament Assambleyası çərçivəsində təyin edilən Avropa Parlamentinin deputatı, cənab Ştrasser kimi Almaniyadan olan və sosialist partiyasının üzvü olan cənab Knut Flekenştaynın AVRONEST in nümayəndə heyətinin rəhbəri kimi mənim tərəfimdən ölkəmizə dəvət edilməsini göstərə bilərəm. Cənab Ştrasserdən fərqli olaraq, bu məruzəçi ölkəyə səfər etməmişdən əvvəl nə ölkəmizə qarşı, nə də digər həmkarlarına qarşı əsassız və sübutsuz heç bir ittiham irəli sürməyib. Qərəzli mövqedə duran cənab Ştrasser bizim ölkəyə qarşı şəxsi ədavətini həyata keçirmək istəyir, lakin biz buna qarşı bütün qanuni vasitələrdən istifadə etməklə mübarizə aparacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru