![MAŞIN YARIŞINA BAXMAĞA GEDƏN 12 YAŞLI QIZ YOXA ÇIXIB MAŞIN YARIŞINA BAXMAĞA GEDƏN 12 YAŞLI QIZ YOXA ÇIXIB](https://dia-az.shop/uploads/posts/2013-11/thumbs/1385533545_0001.jpg)
Bakıda avtomobil yarışına baxmağa gedən 12 yaşlı qız itkin düşüb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə barədə İsmayılov küçəsi, 57 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Müşfiq Məmmədov 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.
M. Məmmədov ərizəsində bildirib ki, qızı, 2001-ci il təvəllüdlü Lalə noyabrın 23-də Bakıda keçirilən GT3 avtomobil yarışına baxmaq üçün evdən çıxıb, bir daha geri qayıtmayıb.
Hazırda 12 yaşlı Lalənin tapılması istiqamətində iş aparılır.