Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                 

"QAÇQINKOM" RƏHBƏRLİYİNƏ ŞOK İTTİHAM
Tarix: 5-12-2013, 12:12 | Çap et
"QAÇQINKOM" RƏHBƏRLİYİNƏ ŞOK İTTİHAM
Prezident İlham Əliyev and içmə mərasimində bir daha bəyan etdi ki, korrupsiyaya qarşı mübarizə daha da sərtləşdiriləcək və korrupsiyanın kökü kəsiləcək. Həmçinin Nazirlər Kabinetinin formalaşması zamanı daha çox şikaytlərin daxil olduğu iki nazirliyin rəhbəri postundan uzaqlaşdırıldı. Amma ekspertlər hesab edir ki, kadr təyinatları bundan sonrada davam edəcək və oliqarxlaşan bir sıra məmurlarla vidalaşma olacaq.
Əli Həsənovun görünməyən biznesi
Bunu da qeyd edək ki, bu gün oliqarxlaşan məmurların əksəriyyəti 20 ildən çoxdur ki, ya nazir,ya da komitə sədri postunda çalışıblar. Bunlardan biri də Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Əli Həsənovdur. Diqqəti uzun illər cəlb etməyən Əli Həsənov bu gün ölkədə ki, ən zəngin insanlardan biridir. “Unikal”ın apardığı araşdırmalara görə Əli Həsənovun bu gün biznesi uşaq bağçasından tutmuş tikinti sektoruna qədər, ticarət mərkəzlərindən tutmuş turizmə qədər, restoranlar şəbəkəsindən tutmuş, fermer təsərrüfatına qədər bütün sahələri əhatə edir. Öncələr Sumqayıt şəhərində daşınmaz əmlak, ticarət mərkəzlərinə sahiblənən Əli Həsənov yaxın qohumlarını bu şəhərdə müxtəlif vəzifələrə təyin etdirməklə demək olar ki, şəhərin mühüm hissəsinə sahiblənə bildi. Yeri gəlmişkən baş nazirin müavininin bu şəhərdə restoranları, uşaq baxçası və ticarət mərkəzləri də var. Amma gəlin tələsimədən ortada olan faktlara aydınlıq gətirək.

Əli Həsənovun
gəlir mənbələri

Sual oluna bilər ki, Əli Həsənov yüz milyonlarla manat dəyərində sərvəti necə əldə edib? Bu sualın cavabını isə gəlin qaçqın və məcburi köçkünlərə ayrılan vəsaitlərdə və bəzi qaranlıq nüanslarda axtaraq. Və sualı belə qoyaq,qaçqınlar adından milyonlarla manat dövlət büdcəsindən necə çıxarılır? Rəqəmlərə baxaq. Bu yaxınlarda Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəyan etdi ki, Azərbaycanda 1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkün var və hər bir qaçqın və məcburi köçkünə 1300 dollar vəsait sərf olunub. Nəticədə il ərzində qaçqın və məcburi köçkünlərin xərcləri ötən il 300 milyon manata başa gəlib. Bu il isə 600 milyon sərf olunur. Son 20 ildə isə 5,4 milyard dollar xərclənib. Bəs reallıqda necə? Aparılan araşdırmalar sübut edir ki, yer üzünün elə bir konflikt nöqtəsi yoxdur ki, qaçqınlara il ərzində bu qədər vəsait xərclənsin. Belə hesab edək ki, neft ölkəsi olduğumuzdan biz çox xərcləmişik. Amma bu gün qaçqın və məcburi köçkünlərin durumuna baxsaq bu rəqəmin üçdə birinin qaçqına sərf olunduğunu görəcəyik. Bundan başqa Hesablama Palatası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2012-ci ildəki fəaliyyətini təftiş edərkən, bu istiqamətdə böyük mənimsəmə faktları aşkara çıxarıb. Belə ki, 2012-ci ilin hesabatına görə, QMKDK ötən il respublika üzrə 555 min 475 nəfər məcburi köçkün elektrik enerjisi, 352 min 625 nəfə köçkünü təbii qazla, 526 min 510 nəfəri su ilə təzhiz edib.Nəticədə aydın olub ki, 283,2 min manat büdcə “yeyintisi”, 267 min manat isə vergidən yayınma halı aşkarlanıb.Gördüyünüz kimi adi bir yoxlama nəticəsində aydın olur ki, 500 min manatdan çox pul bir əməliyyatla silinərək aradan çıxarılıb. Bununla yanaşı ekspertlər hesab edir ki, reallıqda hər bir qaçqın üçün il ərzində ən çox halda 500 dollar sərf oluna bilər. Belə olan halda məlum olur ki, 300 milyon manatdan çox vəsait yoxa çıxır.
Tender tələs

Amma Dövlət büdcəsindən vəsait tək bu şəkildə yox olmur. Daha maraqlısı həyata keçirilən tenderlərdir ki, burda da tikinti ilə bağlı tenderlər diqqəti daha çox cəlb edir. “Unikal”ın apardığı araşdırmalar göstərir ki, komitənin tikinti ilə bağlı həyata keçirtdiyi tenderlər cəmiyyətdən gizli şəkildə həyata keçirilir və tenderlərin qalibi ya Əli Həsənovun qohumları olur, ya da ona yaxın şirkətlər. Buda bildirilir ki, istənilən tenderin qalibi olan şəxs qeyri-rəsmi şəkildə alacağı pulun 20 faizini geri qaytarır. Bu isə il ərzində bir neçə milyon manat deməkdir.Amma məsələ bununla da bitmir.

Tikilən evlər qaçqınlara necə verilir

“Unikal”ın araşdırmalarına görə əsasən bölgələrdə tikilən mənzillər qaçqınlara heç də havayı, dövlət hesabına verilmir. Belə ki, bir otaqlı evlər üçün tələb olunan rüşvət 3000 manat, otaqların sayı artarsa və ya sahəsi geniş olarsa, bu rəqəm 10 min manata qədər yüksəlir.Və bu elə şəkildə həyata keçirilir ki, kimsənin bunu sübut etməsi mümkünsüzdür. Bunu da qeyd edək ki,
Bütün bu əməliyyatlar Əli Həsənov, doğma qardaşı və Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov ,və sədrin yaxın qohumları, “Qaçqınkom”un departament rəhbəri Elman İsmayılovun rəhbərliyi ilə həyata keçirilir.Aparılan araşdırma zamanı aydın olub ki, qaçqınlarla bir başa təması adətən Ramiz Həsənov həyata keçirir və demək olar ki, bu sahədən gələn pullar onun vasitəsi ilə bir mərkəzdə toplanır. Özünün də qaçqın rayonunda icra başçısı olması işlərini asanlaşdırır.

Fermer biznesinin
şaxələri

Əldə etdiyimiz digər məlumata görə Əli Həsənovun dəyər verdiyi biznes sahələrindən biri də fermer təsərrüfatı sahəsidir. Bu gün Əli Həsənov və Elman İsmayılov ikisinin dəyəri milyonlarla ölçülən fermer təsərrüfatlarının yaradılması prosesinə start verdiyini bildirilir. Mənbənin sözlərinə görə, Bakı kəndlərində yaradılan fermer təsərrüfatları öz böyüklüyü və çoxçeşidliyi ilə diqqət çəkir.Bildirilir ki, hər iki dövlət yetkilisi fermer təsərrüfatlarının inkişafı üçün daha çox sovet dönəmindən qalan təsərrüfat obyektləri və torpaqlardan istifadə edir: “Son vaxtlar Bakıətrafı ərazilərdə sovet dönəminə məxsus ferma və torpaqların E.İsmayılov tərəfindən ələ keçirilməsi və tamamilə sökülməsi prosesi müşahidə edilməkdədir. Sovet dövrünə məxsus tövlələri sökən, ərazini qalınlığı yarım metrə çatan hündür beton hasarlarla əhatələyən “Qaçqınkom” yetkilisi keçmiş ferma torpaqlarında müasir tövlələr inşa etdirməkdədir. Artıq tikintisi aparılan bu tövlələrin inşasının yaxın bir neçə ayda başa çatdırılması nəzərdə tutulub. Nazirlik yetkililərinə məxsus məlum fermalardan biri Novxanı kəndinin girəcəyində, yolun sol tərəfində yerləşir ki, burada hər gün onlarla ağır texnikanın işlədiyi müşahidə edilməkdədir. Kənd sakinlərinin sözlərinə görə, tikiləcək fermalarda iribuynuzlu mal-qara ilə yanaşı, müxtəlif quş növləri də yetişdiriləcək.
Tənəkdən gələn milyonlar
Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun məşğul olduğu biznes sahələrini araşdırdıqca daha maraqlı məqamlarda ortaya çıxır. Hətta heç kəsin ağılına belə gəlməyəcək sahələrdən komitə sədrinin pul qazana bilməsi təccüb yaradır. Sən demə komitə sədri həm də dekorativ ağac biznesinidə manapoliyaya götürübmüş. Bu biznes sahəsi Ə.Həsənova yaxın şəxslərin tam nəzarəti altındadır. Onlar “Qaçqınkom” sədrinin patronajlığı altında çalışır və yaxşıca pul qazanırlar. Bakıda bəzək ağac və kollarının yetişdirilməsi ilə indiyə qədər üç iri şirkət məşğul idisə, indi artıq hər üç şirkət vahid mərkəzə tabedir, yəni bir vaxtlar ayrı-ayrı iş adamları tərəfindən yaradılan və inkişaf etdirilən bu firmaların üçünün də gerçək sahibi eyni adamdır.Şirkətlərin çiçəklənməsində Ə.Həsənovun Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyi ilə sıcaq münasibətlərinin də rolu var: “Son vaxtlar bu nazirliyin xətti və təşəbbüsü ilə Bakıda və şəhərətrafı ərazilərdə yaşıllıq zolaqlarının salınması prosesi xeyli sürətlənib. Hər dəfə də on minlərlə ağac və kol bitkisi əkildiyi haqda rəsmi məlumatlar yayılır. Amma onların haradan gətirilib dövlətə satıldığı haqda bir kəlmə də izah verilmir. Heç o ağacların sonrakı aqibəti də bəlli olmur. Təkcə son bir ildə əkilən yüz minlərlə belə bitkinin taleyi ilə maraqlanmaq istəyənlər Bakı-Salyan yolu boyunca Şıxovda, Qobustanda, Ələtdə magistral yolların kənarlarına basdırılan ağacların quruyub kösövə dönmüş budaqlarına baxa bilərlər”.
Qaynağımız bu məqamda daha bir maraqlı detalı vurğuladı: “O ağaclara qulluq etmək üçün əsasən xüsusi adamlar ayrılır. Amma ağaclar baxımsızlıqdan quruyub gedir. Növbəti ildə onların yerinə yeni tinglər əkilir. Bu şübhəli təkrar əkinlərin Əli Həsənovun nəzarət etdiyi söylənilən biznesə nə dərəcədə aidiyyətinin olduğunu bilən isə yoxdur”.
Qeyd edək ki, belə ağac və kol tinglərinin birinin ən ucuzu 50 manatdır. Dövlət büdcəsinin belinə biri 70-80 manata minən yaşıl bərbəzək də var.

İlk tüstü çıxd

Bunu da qeyd edək ki, uzun illər bu komitədə nələrin baş verdiyini sadəcə olaraq müəyyənləşdirmək çox çətin idi. Çünki Əli Həsənov komitə sədri olmaqla yanaşı, qaçqınlar sahəsinə həm də nəzarət etməli olan baş nazirin müavinidir. Yəni Nazirlər Kabinetində Əli Həsənovun fəaliyyətini yoxlamaq üçün, elə Əli Həsənovun özü yoxlamaya başlamalıdır. Bu isə bir daha sübut edir ki, bir sıra biznes sahələrində monopoliya yaradan Əli Həsənov elə qaçqınlarla bağlı sahəni də tam olaraq monopoliyaya götürüb. Amma bu yaxınlarda baş verən olaylar maxenasiya kartlarını ortaya çıxartdı. Belə ki, bu ilin mayında “Qaçqınkom”un nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışan Ayaz Orucovla Əli Həsənov arasında münaqişə olub və Ə.Həsənov deputatı iclasdaca işdən azad edib. Səbəb A.Orucovun rəhbərlik etdiyi fond tərəfindən həyata keçirilən tikinti layihələrində ciddi korrupsiyaya yol verilməsi olsada bu gizlədilib. Əslində isə aydın olub ki, A.Orucov prezident İlham Əliyevin qəzəbinə gəlib. Belə ki, prezident ötən ilin sonlarında Müşfiqabad yaxınlığında qaçqınlar üçün tikilmiş yaşayış binalarının açılışında iştirak edən zaman tikintinin yarıtmaz aparıldığının şahidi olub. Dövlət başçısı cavabdeh məmurlardan hesabat tələb edib. Əli Həsənov isə tikintiyə baş nazir Artur Rəsizadəyə yaxın şəxs olan deputat Ayaz Orucovun məsuliyyət daşıdığını bildirib.Mənbə bildirir ki, prezident baş nazirə bununla bağlı ciddi iradını bildirib. Daha sonra Ayaz Orucovun tikdirdiyi digər yaşayış binalarında da oxşar vəziyyətin hökm sürdüyü, tikintidə və mənzillərin təmirində ucuz materiallardan istifadə olunduğu, smeta sənədlərində isə qiymətlərin şişirdildiyi məlum olub. ”Unikal”ın araşdırmasına görə əslində Ayaz Orucovla Əli Həsənov illər boyu tikinti biznesində şərikli işləyiblər və vəziyyət mürəkkəbləşəndə sadəcə olaraq deputatı qurban verib. Gəlin tikinti sektorundan milyonların qazanılmasını sübut edən məqamlara baxaq. Belə ki, məlum olub ki, Bakıda Heydər Əliyev prospektinə alternativ yeni yolun çəkilməsi layihəsi çərçivəsində sökülən tikililərin arasında deputatın da obyektləri var.Ayaz Orucovun metronun “Koroğlu” stansiyasının ətrafında yerləşən obyektdə “Hidromaşservis” şirkəti, “İndesit” soyuducularının distribütor mərkəzi və “Espanyol mebel” salonu var. Bundan başqa aydın olub ki, onun biznes şəbəkəsinə Beyləqan rayonunda və Bakı ətrafında çoxsaylı restoranlar, mağazalar, mebel sexləri və s. daxildir. İtaliya markası olan “İndesit” soyudcularının Azərbaycandakı distribütorluğunu da deputatın şirkəti həyata keçirir. Həmçinin onun biznesinə digər məişət avadanlıqlarının ixracı və satışı daxildir.İndi isə təsəvvür edin, adi bir mərkəz rəhəbərinin bu qədər sərvəti varsa,komitə sədrinin nələri ola bilər? Çox maraqlıdır ki, Əli Həsənov həm də qohumcanlığı ilə ad çıxarıb. Bildirilir ki, komitə sədrinin ən vacib işlərindən biri də budur ki, qohumlarını ən müxtəlif sahələrdə işlərə cəlb edir. Komitədə onlarla qohumu, qardaşı icra başçısı olan Əli Həsənov elə onların vasitəsi ilə də biznes şəbəkəsini inkişaf etdirir. Bu gün komitə sədrinin Rusiyada, Türkiyədə, Yunanıstanda və Şərqi Avropada milyonlarla manat dəyərində biznesinin olduğu bildirilir

Əli Həsənovun
siyasi gedişləri

Əli Həsənovun biznes şəbəkəsi ilə yanaşı siyasi gedişləri də hər zaman maraqla izlənilir. Belə ki, daima pusqu mövqeyində olan Əli Həsənov məqamı çatanda hucuma da keçə bilir. Bir müddət öncə Əli Həsənovun biznesi ilə bağlı mətbuata informasiya sızdı və aydın oldu ki, bu işdə onun rəqiblərinin əli var. Hətta buda söylənildi ki, Əli Həsənov bu əməllərinə görə postundan uzaqlaşdırılacaq. Amma nələr baş verdi? Əli Həsənov gözlənilmədən mətbuat konfransı keçirtdi və bəyan etdi ki, narkotiklə məşğul olan gənclərin bir hissəsi məmur balalarıdır. Əslində Əli Həsənov bununla rəqiblərinə xəbərdarlıq edirdi və bu baş tutdu. Qeyd edək ki, hazırda Əli Həsənov baş nazirlik postuna ən iddialı şəxs kimi tanınır. Hələ Nazirlər Kabineti formalaşmamışdan öncədə o baş nazirlik uğrunda savaşa başlamışdı və bütün gücünü səfərbər edərək rəqiblərinə ağır zərbə vurmuşdu. Amma istəyinə nail ola bilmədi. Ekspertlər hesab edir ki, onu baş nazirlik postundan ayıran tək səbəb adının korrupsiya hallarında hallanmasıdır. Belə ki, deputat Ayaz Orucov çıxılmaz duruma düşən zaman lazımi orqanlara Əli Həsənovla bağlı kompromatlar ötürüb. Bu isə Əli Həsənovun durumunu ağırlaşdırıb
“Unikal”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru