ETİBAR PİRVERDİYEVİN ŞÜBHƏLİ MİLYONLARI
Tarix: 11-12-2013, 12:43 | Çap et
Prezident seçkiləri sona çatandan sonra cəmiyyətdə belə bir inam yaranmışdı ki, ciddi kadr dəyişiklikləri aparılacaq və prezidentin dediyi kimi korrupsiyaya qarşı mübarizə daha da ciddiləşəcək. Və artıq bu istiqamətdə bir sıra addımlar atlılıb və heç kimdə şühə qalmayıb ki, oliqarxlaşmış məmurlar ardıcıllıqla postlarından uzaqlaşdırılacaq. Belə oliqarxlardan biri də Etibar Pirverdiyevdr. Uzun illərdi ki,"Azərenerji" ASC-in prezidenti postunu tutan Etibar Pirverdiyev dəfələrlə vəzifəsini itirməyə çox yaxın olsada son anda xilas ola bilib. “Unikal”ın araşdırmalarına görə Etibar Pirverdiyev xilas olmanın yolunu hər zaman himayədarlarını dəyişməklə və daha güclülərin yanında durmaqla tapıb. Baş nazirin müavini Yaqub Eyyubovun himayəsində olan Etibar Pirverdiyev daha sonra xəttini dəyişərək prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun himayəsinə sığındı. Nəticədə həm postunu qoruya bildi, həm də biznes şəbəkəsini. Gəlin indi də Pirverdiyevin biznes şəbəkəsinə diqqət yetirək. Araşdırmalara görə Etibar Pirverdiyev ölkə kənarında da ciddi biznesi olan simalardan biridir. Onun əsas biznesi isə Rusiyada, daha dəqiqliyi ilə desək Dağıstandadır.
Dağıstanda tikinti biznesi
Məlum olub ki, Etibar Pirverdiyevin bu ölkə ilə bağlılığı illər öncə olub. İlk zamanlarda o və qardaşı Rusiyadan maşın hissələri gətizdirib satdırmaqla məşğul olub. Amma imkanları qaydaya düşəndən sonra daha ciddi biznesə girişiblər. Söhbət Dağıstanda tikinti sektoruna qoşulmaqdan gedir. Xatırladaq ki, tikinti bumu yaranan zaman Etibar Pirverdiyev də ciddi şəkildə bu sahədə fəaliyyət göstərirdi. Amma məlum olaylardan sonra o, bu fəaliyyətini Dərbənd də davam etdirməyə başladı. Bir müddət öncə isə bir hündürmərtəbəli binanı yaşayış üçün təhvil verib. Bundan sonra isə o daha böyük layihəyə sahiblənə bilib. Bunu da qeyd edək ki, Etibar Pirverdiyevin Dağıstandakı əsas rəqibləri də elə azərbaycanlı oliqarxlardır. Hələ ötən il Etibar Pirverdiyev Dağıstanla yanaşı, Çeçenistanda da tikinti işlərinə girişməyə çalışdı. Amma Çeçenistanda ciddi nüfuza sahib olan QMİ-in rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin sərt təpkisi ilə üzləşdiyindən geri çəkilmişdi.Sual oluna bilər, Etibar Pirverdiyev bu milyonları necə əldə edib? Gəlin adi bir əməliyyata diqqət yetirək.
Etibar Pirverdiyevin 2,5 milyard dollarlıq sirri
Məlum olduğu kimi Azərbaycan bir sıra layihələrin həyata keçirilməsi üçün xarici ölkə və təşkilatlardan kreditlər götürür. Təkcə bunu demək kifayətdir ki, 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon dollar cəlb edib. Həmin kreditlərin ən böyük "payçılarından" biri və bəlkə də birincisi "Azərenerji" olub: 24,09%. Yəni xaricdən alınan kreditlərin beşdə birindən çoxu Etibar Pirverdiyevin nəzarətinə yönəlib. Bu isə o deməkdir ki, söhbət kifayət qədər fantastik rəqəmlərdən gedir, bir az da konkretləşdirsək, nə az, nə çox düz 2,3 milyard dollardan! "Azərenerji" iddia edir ki, qurum həmin vəsaitlə 10 layihə icra edib. Amma nəzərə alsaq ki, nəinki media, hətta hökumətə yaxın millət vəkilləri zaman-zaman Etibar Pirverdiyevin başında dayandığı səhmdar cəmiyyətdə korrupsiya ehtimallarını qabardırlar, alınan külli miqdarda xarici kreditin təyinatı üzrə xərcləndiyinə dair əhəmiyyətli şübhələr yaranır.Çünki bu günün özünə qədər “Azərenerji”nin regional idarələri yarıtmaz durumdadır. Bildirilir ki, bu pulların böyük əksəriyyətinin,yarımötürücülərin alınmasına və bərpasına sərf olunub. Amma reallıqda bunlar yoxdur. Çünki köhnə avadanlıqlar təmir edilir və rənglənəndən sonra yeni avadanlıq adı ilə sənədləşdirilir. Bunun səbəbidir ki, bu günün özündə belə Azərbaycan tam elektriklə təmin edilməmiş durumdadır. Bunun isə səbəbi “Azərenerji”nin standartlara cavab verəcək avadanlıqlara, peşəkar iş sisteminə sahib olmamasıdır. Yəqin ki, indi Etibar Pirverdiyevin hansı pullarla biznes qurduğunun şahidi oldunuz. Elə gəlin, onun ölkədə ki, biznes şəbəkəsinə də diqqət ayıraq. Elə onun yalnız Qusardakı biznesinə baxmaq tam təsəvvür yarada bilər.
Etibar Pirverdiyev şimal bölgəsini necə "işğal" etdi
Demək olar ki, Xaçmaz, Qusar rayonlarında bütün torpaq sahələri Etibar Pirverdiyevin yaxın adamları vasitəsi ilə ələ keçirilib. Məlum rayonlarda fermer təsərrüfatları, əkin sahələri yalnız Pirverdiyev qardaşlarına məxsusdur. Məsələn, Xaçmazın məşhur Həsənqala gölü də zəbt edilib. Həsənqala kəndindəki bu göl, balıq vətəgəsinə çevrilib. Gölü kəndlilərin əlindən alıb, əkinlərini susuz buraxan isə “Azərenerji” prezidenti Etibar Pirverdiyevdir.Bunu da aydınlaşdırdıq ki, Etibar Pirverdiyev həmçinin restoran şəbəkələrinin yaradılması ilə də məşğuldur və məlum rayonlardakı istirahət mərkəzlərinin əksəriyyəti Etibar Pirverdiyevə məxsusdur. Yeri gəlmişkən, Etibar Pirverdiyev həm də əyləncəyə çox maraq göstərən məmur kimi tanınır. Elə bir müddət öncə "Anonymous” haker qrupu "Azerenerji” ASC-nin saytını dağıdaraq 80 vacib sənədi ələ keçirərək mətbuata yayanda məlum oldu. Sənədlərdə göstərilən xərclər cədvəlindən də görünür ki, "Azərenerji”dən olan məmurlar dövlət vəsaiti hesabına krallar kimi yaşamağı çox sevirlər. Ələ keçən sənəddən görünür ki: - Dubaydakı lüks "Jumeirah Dubay” hotelində nömrənin (otağın) bir sutkalıq xərci Azərbaycanın dövlət büdcəsinə 327 dollara başa gəlib; - Elitar "Salmontini Dubai - Restaurant” restoranında Azərbaycan dövlətini 1127 dollar ziyana salıb; - Həmin azərbaycanlı məmur yaxşıca yeyib-içəndən sonra saunaya getmək eşqinə düşüb və "Azərbaycan xalqının işıqlı gələcəyi yolundakı ağır və gərgin zəhmət”dən sonra "Bürc Xəlifə”dəki ticarət mərkəzinin lüks saunasında 487 dollara dincəlib; - "Louis VUITTON", "İF boutique”, "Harvey NİCHOLS”, "FALCON Gallery”, "HOME CENTRE” və digər dəbdəbəli butiklərdən alış-veriş edərək buna da 20000 dollaradək dövlət pulunu xərcləyib; - Biznes-klass sinfindən olan avtomobilin icarəsi isə ana vətənimizə nisbətən ucuz başa gəlib - "cəmisi” 780 dollara...
Enerji imperiyasının milyardlıq sirri
Etibar Pirverdiyevin biznes imperiyasının milyardlıq bir qolu isə tutduğu vəzifə ilə şəxsi biznesini bir araya gətirməsidir. Araşdırmalar göstərir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “İnter Enerji” MMC-ni “Azenco” ASC-nin 97,5 faiz səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib.Bunun üçün isə dövlət büdcəsinə 6,4 milyon manat ödəməyi öhdəsinə götürüb. Qeyd edək ki, “İnter Enerji” MMC “Azərenerji” ASC-nin idarə heyətinin sədri Etibar Pirverdiyevə məxsusdur. Gerçək idarəetməni o, formal idarəetməni isə onun qaynı həyata keçirir. Həmçinin 7 min nəfərin çalışdığı nəhəng müəssisənin real bazar dəyəri ən azı 500 milyon manatdır. Yəni Etibar Pirverdiyev 500 milyon manatlıq “Azenco”-nu cəmi 6,4 milyon manata - real qiymətindən 78 dəfə ucuz qiymətə əldə edib. “İnter Enerji” Sumqayıtdakı Texnologiya Parkını da ələ keçirib. E.Pirverdiyev orada müxtəlif istehsal və xidmət sahələri (polikarbonat şüşələrin istehsalı, paylayıcı transformatorlar, sinkləmə, hidrogenerator, texniki qazların, sayğacların, yüksək gərginlikli avadanlıqların, 110-55 kV-lik kabellərin istehsalı sahələri, habelə dəmir məhsulları, hidroturbinlər və misəritmə istehsalat sahələri və s.) yaradır ki, “Azərenerji”nin təchizatını tam inhisarda saxlasın. Yəni “Azərenerji”yə qoyulan investisiyaların əhəmiyyətli kəsimi onun öz cibinə axsın. Buna nail də olub. Formal keçirilən tenderlərin qalibi istisnasız olaraq “İnter Enerji” MMC olur. Burada qiymət və xidmət tarifləri fantastik həddə şişirdilir. “İnter Enerji” MMC investisiya müsabiqəsində daha bir müəssisəni - Balakən kiçik su elektrik stansiyasını özəlləşdirib. Şirkət “Azerenerji”nin sayğac quraşdırılması sifarişini də yerinə yetirir. Bir sözlə, sifarişçi də Pirverdiyevdir, təchizatçı da, podratçı da. Daha sadə dillə desək, Pirverdiyev nəhəng investisiya və büdcə pullarını “İnter-Enerji” MMC vasitəsi ilə “silir”.
Etibar Pirverdiyevin qohumbazlığı
Etibar Pirverdiyev rəhbəri olduğu qurumda özünə komanda yaratması, peşəkar kadrları işdən uzaqlaşdıraraq, onların yerinə qohum-əqrəbalarını vəzifəyə təyin etməsidə adi hala çevrilib. "Azərenerji"də daha çox Etibar Pirverdiyevin qaynı Kərim Xammətov üstün mövqeyə malikdir. Bu adam əvvəlcə Etibar Pirverdiyevlə birgə Dövlət Əmlak Komitəsində işləyib. O zaman Etibar Pirverdiyev, Kərim Xammətov və onun əkiz qardaşı ölkəyə elektrik kabelləri gətirməklə məşğul olub. Etibar Pirverdiyev "Azərenerji"yə prezident təyin olunandan sonra isə Kərim Xammətovu "Bakelektrikşəbəkə"nin rayon şöbələrindən birinə rəis təyin edib. Bir müddət keçəndən sonra onu "Azərenerji"yə yüksək vəzifəyə gətirib. Bundan başqa, Etibar Pirverdiyev 4 il əvvəl qardaşı Vüqar Pirverdiyevə qohum olan Namiq Orucov adlı şəxsi Sabirabad Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Namiq Orucov da qurumu viran qoyub. İş o yerə çatıb ki, Etibar Pirverdiyev Namiq Orucovu həmin vəzifədən çıxararaq Enerji Təchizat İdarəsinə gətirib. Lakin bir müddət keçəndən sonra onu Göyçay Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Ümumiyyətlə "Azərenerji"də vəzifələrə təyinat Etibar Pirverdiyevin qardaşı Vüqar Pirverdiyevin məsləhəti ilə həyata keçirilir. Vüqar Pirverdiyev kimi istəyirsə, vəzifəyə təyin etdirir, kimi istəyirsə, işdən çıxartdırır. Həmçinin "Azərenerji"nin bütün transformatorlar, kabellər, ümumiyyətlə bu sahəyə aid bütün aksesuarlar Vüqar Pirverdiyevə məxsus şirkətdən alınır. Özü də bu mallar çox baha qiymətə rəsmiləşdirilir." Bundan başqa Pirverdiyevin hər kəsdən gizlətdiyi və digər bir yaxınının adı ilə təqdim etdiyi regionlardakı kənd təssərrüfatı biznesi haqqında da məlumatlar daxil olub. Belə ki, Şabran rayonunun Udulu kəndindəki dəvə fermaları "Azərenerji"-nin prezidentinə məxsusdur. Xaçmazda isə o, iri buynuzlu heyvan təsərrüfatını genişləndirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
|