![ABŞ-da 134 maşın toqquşub ABŞ-da 134 maşın toqquşub](/uploads/posts/2016-03/thumbs/1458016448_0001.jpg)
ABŞ-ın Şimali Karolina ştatında 134 maşın toqquşub, 25 nəfər xəsarət alıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, hadisənin səbəbi əlverişsiz hava şəraiti və sürücülərin səhlənkarlığı olub.
Çoxsaylı qəzalar bir-birinin ardınca bazar günü axşam baş verib. Qatı duman və güclü yağış yağmasına baxmayaraq, bir çox sürücülər avtomobilləri yüksək sürətlə hərəkət edirdi və maşınlar arasında az məsafə saxlayırdı.