!["Rusiyaya qarşı sanksiyalar qüvvədə saxlanılacaq" "Rusiyaya qarşı sanksiyalar qüvvədə saxlanılacaq"](/uploads/posts/2016-03/thumbs/1458119591_0001.jpg)
“Rusiya Krımı Ukraynaya qaytarmayacağına gədər bu ölkəyə qarşı sanksiyar qüvvədə qalacaq.” ANS PRESS-in məlumatına görə, bu haqda ABŞ Dövlət Departamentinin Krımın ilhaqının 2-ci il dönümü ərəfəsində yaydığı bəyanatda deyilir.
“Biz XXI-ci əsrdə sərhədlərin güc yolu dəyişdirilməsini qəbul edə bilmərik. İşğal davam edənədək Krımla bağlı sanksiyalar güvvədə qalacaq. Biz Rusiyanı işğala son qoymağa və Krımı Ukraynaya qaytarmağa çağırırıq” – deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib. O həmçinin represiyalar haqda danışıb. Kirbinin sözlərinə görə, qeyri-hökümət təşkilatları Krımdan çıxarılır, beynəlxalq müşahidəçilər isə yarımadaya buraxılmır.
Rusiya martın 16-sı 2014-cü ildə Krımı referendum yolu ilə öz ərazisinə birləşdirib. Rəsmi Moskva Krımın sakinlərinin demokratik yolla beynəlxalq hüquqormalı çərçivəsində Rusiyaya ilə birləşməyə səs verdiklərini bildirir.
Daha əvvəl Rusiyanın 2 il ərzində iqtisadi sanksiyalardan 250 milyard dollar zərər çəkdiyi açıqlanıb. İqtisadi sanksiyalardan başqa məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağası tətbiq olunub. Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 200-dən çox adama şamil edilir.