![“Tələbi dərhal Ukraynaya təhvil verilməsidir” “Tələbi dərhal Ukraynaya təhvil verilməsidir”](/uploads/posts/2016-04/thumbs/1459832448_0001.jpg)
Rusiyada 22 illik cəzaya məhkum edilmiş ukraynalı pilot Nadia Savchenko aprelin 6-dan quru aclığa başlayacaq. Bu barədə onun vəkilləri məlumat yayıb.
“Tələbi dərhal Ukraynaya təhvil verilməsidir”, Savchenko-nun vəkillərindən biri Nikolai Polozov aprelin 4-də “Twitter” sosial şəbəkəsində yazıb.
Polozov daha öncə yazmışdı ki, Savchenko-nun “səhhəti sabitdir. Yalnız su içir”.
34 yaşlı Savchenko martın 22-də 22 illik cəzaya məhkum edilib. O, Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə əli olmaqda, onların yerini deməkdə təqsirli bilinib. Hökm aprelin 5-dən qüvvəyə minir.
Özü ittihamları rədd edir. Həbsdə bir neçə dəfə aclıq aksiyası keçirib.