![İŞİD terrorçularının daha bir lideri zərərsizləşdirildi İŞİD terrorçularının daha bir lideri zərərsizləşdirildi](/uploads/posts/2017-02/thumbs/1487400445_0001.jpg)
FaktXəbər-in verdiyi məlumata görə, İraqın Ənbar vilayətinə beynəlxalq koalisiya qüvvələri avia zərbələr endirib. Avia hücum zamanı İŞİD terror təşkilatının liderlərindən Məhəmməd Qəssa Əbdüləziz el-Həyyani öldürülüb.
İraq ordusunun polkovniki Vəlid əd-Duleymi mətbuata açıqlamasında deyib ki, koalisiya qoşunlarının təyyarələri Ənbarın Əl-Kaim rayonunda terrorçuların olduğu avtomobili vurub. İŞİD lideri ilə birgə avtomobildə daha bir neçə terrorçu məhv edilib.