![Meksika sərhədində divar ABŞ-a 64 milyard dollar xeyir verəcək Meksika sərhədində divar ABŞ-a 64 milyard dollar xeyir verəcək](/uploads/posts/2017-02/thumbs/1488174186_0001.jpg)
ABŞ-ın Meksika ilə sərhəddə inşa edəcəyi divar ölkəyə 10 il ərzində 64 milyard dollar qənaət etmək imkan verəcək. FaktXəbər-in "RT"-yə istinadən verdiyi məlumata görə, bu barədə immiqrasiya məsələləri üzrə elmi mərkəzin direktoru Stiven Kamarota hesabat hazırlayıb. Amerikalı alimin fikrincə, yeni divar Latın Amerikasından qeyri-leqal miqrantların axınını məhdudlaşdıracaq və bununla da büdcəyə qənaət etmək imkanı yaradacaq.
Qeyd edək ki, hər il ABŞ-a təxminən 170 min meksikalı qeyri-qanuni yollarla daxil olur. Hər bir qeyri-leqal miqranta ABŞ büdcəsindən 94 min dollar sərf olunur.
Xatırladaq ki, Meksika ilə sərhəddə inşa olunacaq divar ABŞ hökumətinə 21,6 milyard dollara başa gələcək. ABŞ-Meksika arasında inşa olunacaq sərhəd kompleksinin uzunluğu 2 min kilometr olacaq.