![Çində məktəbdə sıxlıq: ölənlər var Çində məktəbdə sıxlıq: ölənlər var](/uploads/posts/2017-03/1490159836_0001.jpg)
Çinin Xenan vilayətinin məktəblərinin birində sıxlıq nəticəsində 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə bu barədə Sinxua agentliyi xəbər verir.
Bildirilir ki, insident yerli vaxtla səhər saat 8 radələrində Puyan qəzasının məktəblərinin birinin tualetində baş verib.
Xəsarət alanlar xəstəxanaya aparılıb. Hadisənin araşdırılması üçün komissiya yaradılıb. Sıxlığın səbəbləri haqqında məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.