![“Rusiya iqtisadiyyatı məhv olur” “Rusiya iqtisadiyyatı məhv olur”](/uploads/posts/2017-03/thumbs/1490762263_0001.jpg)
Rusiya iqtisadiyyatı çökməyə davam edir.
Axar.az xəbər verir ki, bunu “Ruskiy Monitor” saytına açıqlamasında rusiyalı ekspert Slava Rabinoviç söyləyib. O, iqtisadiyyatın batmasının əhalidə narahatlıq və əsəb yaratdığını bildirib:
“Rusiya iqtisadiyyatı davamlı şəkildə çökür. İnvestisiyalar azalır, sənaye istehsalı aşağı düşür, avtomobil satışı çökür, əhalinin gəlirlərinin azalması davam edir. Bu gün Rusiya əyalətlərində vəziyyət paytaxtla müqayisə edilməyəcək dərəcədə bərbaddır”.