![HDP-çilər AKP çadırına hücum etdi HDP-çilər AKP çadırına hücum etdi](/uploads/posts/2017-04/thumbs/1491027575_0001.jpg)
Bir qrup HDP-çi Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda qurulan çadırına hücum edib.
Axar.az xəbər verir ki, təcavüzkarlar ətrafa söyüşlər yağdıraraq, masa və stulları yararsız hala gətirib.
Qeyd edək ki, aprelin 16-da Türkiyədə keçiriləcək referendumla bağlı ölkənin əksər yerlərində referendumla bağlı “Hə” və “Yox” çadırları qurulub.