![Putin Əsədə tam sahiblənir Putin Əsədə tam sahiblənir](/uploads/posts/2017-05/thumbs/1496204387_0001.jpg)
Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədə tabe qüvvələrin İdlibdə kimyəvi silahdan istifadə etməsinə dair heç bir sübutun olmadığını bildirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu V. Putin “Le Figaro” nəşrinə müsahibəsində bildirib.
“Bizim məlumatımıza görə, Əsədin kimyəvi silahdan istifadə etməsinə dair heç bir sübut yoxdur. Biz əminik ki, o bunu etməyib”, - deyə Rusiya prezidenti bildirib.
“Suriya ordusunun kimyəvi silahdan istifadəsinə dair sübutsuz diskussiyalar dünya ictimaiyyətini sanksiyalar yolu ilə Əsədə təzyiqin davam etdirilməsinə zərurətin olmasına inandırmaq vasitəsidir”, - deyə Putin qeyd edib.