
ABŞ prezidenti Donald Tramp Mosuldakı qələbənin İŞİD terrorçularının Suriya və İraqdakı üzvlərinin məhv ediləcəyindən xəbər verdiyini bəyan edib.
Bu barədə SalamNews RT-yə istinadla xəbər verir.
“Mosuldakı qələbə İŞİD-in İraq və Suriyada sayılı günlərinin qaldığına işarə edir.”, - deyə ABŞ rəhbəri bildirib.
O, bundan əlavə, İŞİD-in tamamilə məhvinə nail olmağa söz verib və Mosulun terrorçulardan azad edilməsi münasibətilə İraqı təbrik edib.