
ABŞ Donald Tramp ucbatından öz tarixinin ən çətin dövrlərini yaşayır.
Axar.az xəbər verir ki, bunu NBC televiziyasına müsahibəsində ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor söyləyib.
“Bizim heç vaxt ABŞ-ın dünyadakı statusuna zərər vuracaq qərarlar verən prezidentimiz olmayıb. Buraya ABŞ-ın Paris İqlimi Razılaşmasından çıxmaq qərarı da aiddir. Ümid edirdim ki, Tramp bu qərarını ləğv edəcək, amma yanıldım”, – deyə o bildirib.