
Tramp ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd irəli sürüb
ABŞ prezidenti Donald Tramp ölkənin Rusiyadakı səfiri vəzifəsinə namizəd irəli sürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu vəzifəyə Yuta ştatının sabiq qubernatoru Con Hantsmanın namizədliyini irəli sürüb.
Con Hantsman ABŞ-ın Çində və Sinqapurdakı səfiri vəzifəsində çalışıb, iki dəfə Yuta ştatının qubernatoru postuna seçilib. Bundan başqa, Con Hantsman “Hilton”, “Chevron”, “Ford Motor Company” və “Caterpillar” şirkətlərinin direktorlar şurasının üzvüdür.