
Rusiya yeni hücumlara başlamaq üçün 3 motoatıcı diviziyasını Ukrayna ilə sərhədə yerləşdirib.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Mujenko deyib.
“Bu, 3-cü (Valuyki), 144-cü (Smolensk) və 150-ci (Novoçerkassk) diviziyalarıdır”, - Mujenko bildirib.
Onun sözlərinə görə, təşkilat-qərargah strukturu, hərbi texnikanın varlığı sürətli hücum əməliyyatlarının həyata keçiriləcəyini göstərir.