
Livanın “Hizbullah” hərəkatı Suriyada İŞİD terror qruplaşması ilə danışıqlara hazır olduğunu bəyan edib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu “Hizbullah”ın baş katibi Həsən Nəsrullah “Əl Manar” telekanalına müsahibəsi zaman bildirib. Müvafiq xahiş Suriya-Livan sərhədində mövqe qurmuş İŞİD silahlılarından daxil olub.
“Silahlıların xahişi ilə Suriya ərazisində danışıqlar apara bilərik... Razılaşma əldə olunmayınca atəş açılmayacaq. Danışıqların predmeti – İŞİD-in bu ərazidən getməsi (Suriya – Livan sərhədi), Ermənistanın həbsxanalarında livanlı əsgərlərin taleyi, habelə onların azadlığa buraxılması məsələləri olacaq”, - deyə D.Nəsrullah bildirib.
D.Nəsrullahın sözlərinə görə, Suriya-Livan sərhədindəki silahlıların sıralarında çaxnaşma və danışıqlara hazırlıq müşahidə edilir.