
FaktXəbər-in verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokratik İttifaqı seçkilərdən əvvəl reytinqini 8 faiz itirib. Keçirilən rəy sorğuları göstərir ki, seçkilərə 5 gün qalmış Merkelin partiyasını dəstəkləyənlərin sayı 36 faizdir.
Buna qədər aprel ayında sorğular zamanı Xristian-Demokratik İttifaqını dəstəkləyənlər 44 faiz təşkil edirdi. Ötən gün Angela Merkelin seçiciləri ilə görüş zamanı bir qrup şəxs ona etiraz edib.