
Türkiyə zenit-raket kompleksləri (ZRK) əldə etmək üçün İtaliya və Fransa ilə danışıqlar aparır. Trend-in məlumatına görə, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
Stoltenberqin sözlərinə görə, Türkiyə özünümüdafiə hüququna malikdir.
O qeyd edib ki, Türkiyə NATO-nun Suriya və İraqla sərhəddə yerləşən əsas ölkəsidir.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Ankaranın NATO üzv dövlətləri ilə zenit-raket komplekslərinin əldə olunması ilə bağlı danışıqlar aparmasına baxmayaraq, alyansın heç bir üzvü Türkiyəyə bu imkanı təqdim etməyib.