
Özbək yazıçı Nurulloh Otahonov sentyabrın 27-də ikiillik sürgün həyatından sonra Daşkəndə qayıdıb və polis tərəfindən aeroportda saxlanıb.
Bu haqda onun həyat yoldaşı Gulnara Otahonova məlumat verib. Yazıçının əliqandallı polisə aparıldığı qeyd olunur.
Otahonova-nın sözlərinə görə, polis ona bildirib ki, həyat yoldaşı «Bu günlər» adlı kitabıyla bağlı istintaq çərçivəsində saxlanıb. Hökumətin dini məsələlər üzrə komitəsi həmin kitabı ekstremist ədəbiyyat siyahısına salıb.