
İspaniyanı Avropa Birliyindən uzaqlaşdırmaq lazımdır.
Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerə müraciətində “Vikiliks” saytının rəhbəri Culian Assanc söyləyib.
Onun sözlərinə görə, İspaniya Lissabon razılaşmasının 2-ci maddəsini açıq şəkildə pozaraq insan haqları və azadlıqlarına əməl etmir.
Qeyd edək ki, bundan öncə Culian Assanc Kataloniyada baş verənləri birinci internet müharibəsi adlandırmışdı.